Saç əkdirmək dini cəhətdən düzgündür?
Müsəlmanlar > Bəzənmək > Fitvalar Tarix: 18 mart 2010 Tövsiyə et Çap et
Sual: Saç əkdirmək məsələsi dini nöqteyi-nəzərdən necə qiymətləndirilir?

Cavab: Türkiye Diyanet Vakfı-nın saç əkdirmək məsələsi ilə əlaqədar bir qərarı var. Həmin qərarla biz də həmfikirik. Qərarın mətni belədir:

“Hədis mənbələrində peyğəmbərimizin (s. a. v.) tökülən tüklərin yerinə saç taxdırmağa icazə vermədiyinə dair rəvayətlər mövcuddur.

a) Mədinəli müsəlman bir qadın (kəniz) ərə gedir, sonra xəstələnir və saçları tökülür. Ailə üzvləri bu qadına saç taxdırmaq istəyir və bu məsələnin dini hökmünü peyğəmbərdən soruşurlar. Peyğəmbər buna icazə vermir və deyir: “Saç taxana və taxdırana Allah mərhəmət etməsin (lənət etsin)”.1

b) Bir qadın peyğəmbərin yanına gəlir. Ərə vermək istədiyi qızının xəstəlik ucbatından saçının töküldüyünü və ona saç taxdırmaq istədiyini deyir. Peyğəmbər icazə vermir və deyir: “Allah saç taxana və taxdırana mərhəmət etməsin (lənət etsin)”.2

Peyğəmbərin saç taxdırmağı qadağan etdiyinə dair başqa rəvayətlər də var.3 Bəzi İslam alimləri bu hədisləri əsas tutaraq saç taxmağın dini cəhətdən düzgün olmadığını deyiblər. Lakin hədislər təhlil edildiyi vaxt məlum olur ki, peyğəmbər saç taxdırmağı insanları aldatmaq və yaradılışı dəyişdirmək baxımından qadağan edib; başqa sözlə desək, bu kimi cəhdlərin qarşısını alsın deyə, saç taxdırmağa icazə verməyib.4

Aldatmaq və yaradılışı dəyişdirmək məqsədi olmadan saç taxdırmaq isə hədislərdəki qadağaya daxil deyil. Yəni, saçı tökülən bir insanın müalicə olunmağı və yaxud təzədən tük bitirmək üçün dərman preparatlarından istifadə etməyi, eləcə də, saç əkdirməyində dini cəhətdən bir eyib yoxdur. Üstəlik saçı tökülən bir insan əgər bu vəziyyət onu psixoloji cəhətdən narahat edirsə, saç əkdirə bilər və qoyma saçdan (taxma saç) istifadə edə bilər”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Libas, 117; Buxari, Libas, 83. []
  2. Müslim, Libas, 115. []
  3. Müslim, Libas, 116-120. []
  4. Müslim, Libas, 120. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 627 dəfə oxundu
2 İslam dinində saça rəng qoymağa necə baxılır? 24.08.09 768 dəfə oxundu
3 Kişilərin çeçələ barmaqlarına xına qoymağı haramdır? 22.02.10 336 dəfə oxundu
4 Qadınların bədənlərindəki tükləri aldırmağı düzgündür? 15.01.10 665 dəfə oxundu
5 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 446 dəfə oxundu
6 Qadınların ətir vurmağı dini cəhətdən qadağandır? 05.02.10 538 dəfə oxundu
7 Qaş aldırmaq olar? 18.03.10 633 dəfə oxundu
8 Qulağı bir neçə yerdən deşdirmək olar? 18.03.10 350 dəfə oxundu
9 Saç əkdirmək dini cəhətdən düzgündür? 18.03.10 349 dəfə oxundu
10 Qadınlar evdən kənarda da makiajlı gəzə bilərlər? 22.03.10 428 dəfə oxundu
11 Dırnaq uzatmaq olar? 22.03.10 705 dəfə oxundu
12 Tatuirovka döydürmək olar? 30.06.10 287 dəfə oxundu
13 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 359 dəfə oxundu
14 Aybaşı vaxtı xına qoymaq 21.01.10 766 dəfə oxundu
15 Saça rəng qoymaq orucu pozur? 03.08.10 554 dəfə oxundu
16 Üzüyü hansı barmağa vurmaq olmaz? 15.07.10 779 dəfə oxundu
17 Evlilik üzüyü vurmaq olar? 27.01.11 511 dəfə oxundu
18 Qadın saçını düzəltdirə bilər? 18.02.11 300 dəfə oxundu
19 Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar? 23.02.11 266 dəfə oxundu
20 Hicablı qadın qızıl dəsti taxa bilər? 13.03.11 513 dəfə oxundu
21 Odekolondakı spirt namaza maneçilik törədir? 23.06.11 447 dəfə oxundu
22 Bədənin hansı hissəsində estetik əməliyyat aparmaq olar? 04.07.11 276 dəfə oxundu