Qüsldən sonra namaz qılmaq olar?
Müsəlmanlar > Dəstəmaz > Fitvalar > Qüsl Tarix: 11 mart 2010 Tövsiyə et Çap et
Sual: Qüsl etdikdən sonra namaz qılmaq üçün ayrı bir dəstəmaz almaq lazımdır? Yoxsa birbaşa namaz qılmaq olar?

Cavab: Qurani-Kərimdə dəstəmaz və qüsl ilə əlaqədar ayə aşağıdakı kimidir:

“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun. Başınızı məsh edin, ayaqlarınızı da topuqlarınıza qədər. Əgər cünub olmusunuzsa, yuyunun. Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin. Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz”.1

Yuxarıdakı ayəyə əsasən cünub (cənabət) olanlar sadəcə olaraq qüsl etməklə namaz qıla bilərlər. Başqa sözlə desək, bir nəfər qüsl etdikdən sonra dəstəmazı pozan (batil edən) hər hansı bir səbəb yoxdursa, namaz üçün təzədən dəstəmaz almağa ehtiyac qalmadan namaz qıla bilər. Bu məsələdə qüsl kifayətdir.

Aişədən (r. a.) belə rəvayət edilir:

“Rəsulullah (s. a. v.) qüsl alır (edir), iki rükəti (müstəhəb, sünnə) və sübh namazını (n fərzini) qılırdı. Onun qüsl etdikdən sonra dəstəmazı təzələdiyini xatırlamıram”.2

“Rəsulullah (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almırdı”.3

Tirmizi bu hədisi rəvayət etdikdən sonra belə bir şərh vermişdir:

“Əshabələrin və tabeinin alimlərindən əksəriyyətinin fikri belədir. Yəni, onlar: “Qüsldən sonra dəstəmaz almaq lazım deyil”, – deyirlər”.

Abdulla İbn Ömərdən rəvayət olunduğuna görə peyğəmbərdən (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almaqla əlaqədar bir sual soruşulduqda bele cavab verib:

“Hansı dəstəmaz qüsldən yaxşı ola bilər ki?”.4

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Maidə, 5/6. []
  2. Əbu Davud, Təharət (Təmizlik), 98. []
  3. Tirmizi, Təharət, 79; Nəsai, Təharət, 160; İbn Macə, Təharət, 96; Əhməd İbn Hənbəl, 6/68, 192. []
  4. Hakim, Müstədrək, Təharət, hədis nömrəsi 103: 548. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 823 dəfə oxundu
2 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 1.139 dəfə oxundu
3 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 332 dəfə oxundu
4 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 1.031 dəfə oxundu
5 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 827 dəfə oxundu
6 Məni, məzi və vədi nədir? 27.01.10 875 dəfə oxundu
7 Hamamda çox qalmaq günahdır? 27.01.10 361 dəfə oxundu
8 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 821 dəfə oxundu
9 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 828 dəfə oxundu
10 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 627 dəfə oxundu
11 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 388 dəfə oxundu
12 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 682 dəfə oxundu
13 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 580 dəfə oxundu
14 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 680 dəfə oxundu
15 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 883 dəfə oxundu
16 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 1.046 dəfə oxundu
17 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 583 dəfə oxundu
18 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 587 dəfə oxundu
19 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 363 dəfə oxundu
20 Cinsi əlaqə və qüsl 07.07.09 899 dəfə oxundu
21 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 544 dəfə oxundu
22 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 509 dəfə oxundu
23 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 641 dəfə oxundu
24 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 380 dəfə oxundu
25 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 313 dəfə oxundu
26 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 432 dəfə oxundu
27 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 375 dəfə oxundu
28 Qadınlar da ehtilam olurlar? 17.03.11 688 dəfə oxundu
29 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 951 dəfə oxundu
30 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 273 dəfə oxundu
31 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 378 dəfə oxundu
32 Qüsl almağın qaydası 27.05.11 743 dəfə oxundu
33 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 554 dəfə oxundu
34 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 556 dəfə oxundu
35 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 330 dəfə oxundu
36 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 29 dəfə oxundu