Kişilər nəyə görə qadınlardan çox miras alırlar?
Müsəlmanlar > Fitvalar > Miras-vəsiyyət Tarix: 25 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Qurani-Kərim mirasın bölüşdürülməsində qadına 1, kişiyə isə 2 hissə (pay) verilməyini məsləhət görür. Bunun hikməti nədir? İslam dini Quranın nazil olduğu dövrdəki ictimai quruluşa və ailə üzvlərinə (kişi, qadın) yüklədiyi məsuliyyət və öhdəliyə əsasən mirasdan pay vermişdi. Lakin indiki dövrdə, yəni, bizim dövrümüzdə ictimai quruluş, eləcə də məsuliyyət və öhdəliklər bir xeyli dəyişib. Belə olan halda, mirasdan qıza (qadın) bir hissə, oğlana (kişi) isə iki hissə verilməsi davam etməlidir? Yoxsa dəyişilən şərait, ictimai quruluş və öhdəliklərə görə hamı bərabər pay almalıdır?

Hər şeydən əvvəl qeyd edək ki, Quranın bütün hökmləri Qiyamətə qədər qüvvədədir. Qurani-Kərimdə hökmü verilmiş və nəsx edilməmiş tənzimləmələrin heç birinin tarixiliyini iddia etmək olmaz. Ayələrin hökmünü dəyişdirmək olmaz. Mirasın bölüşdürülməsi məsələsi Nisa surəsinin 11 və 12-ci ayələrində təfərrüat və təfsilatla izah edildikdən sonra aşağıdakı ayələr gəlmişdir:

“Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur”.

Kim Allah və peyğəmbərinə üsyan edib (asi olmaq) Allahın hüdudlarını aşsa, Allah onu içərisində əbədi qalacağı Cəhənnəmə daxil edər. Alçaldıcı əzab onun üçündür” (Nisa, 4/13-14).

Ayələrdən də göründüyü kimi, mirasın paylanması ilə əlaqədar tənzimləmələrin hamısı Allahın dəyişməyən qanunlarıdır. Heç kəsin həmin qanunları müxtəlif səbəblərə əsaslanma yolu ilə dəyişdirməyə ixtiyarı, haqqı və səlahiyyəti yoxdur. Hər bir mövzuda olduğu kimi, bu məsələdə də qeydsiz-şərtsiz bir təslimiyyətlə Allahın ayələrinə təslim olmaq, onları olduğu kimi qəbul etmək lazımdır.

Qardaşın (oğlan, kişi) bacıdan (qız, qadın) nəyə görə çox miras hissəsi alması məsələsinə gələk. Bunun hikməti ilə əlaqədar olaraq aşağıdakı məsələləri müəyyənləşdirmək mümkündür:

1) Kişi evləndiyi vaxt mehr verir. Qadın isə mehr alır, yəni, mehri alan tərəf qadındır. Misal üçün, biri oğlan, digəri qız olmaqla iki qardaş-bacı mirasda varis olsalar, ataları üç ev və üç yüz min manat miras qoyub getmiş olsa, evlərdən ikisi və iki yüz min manat oğlana, bir ev və yüz min manat qıza qalır. Əgər oğlan evləndiyi vaxt evlənəcəyi qadına əlli min manat mehr versə, arxada yüz əlli min manatı qalır. Qız da ərə getdiyi vaxt ərindən əlli min manat mehr alsa, onun da pulu yüz əlli milyon olur; beləcə, oğlanla qızın pullarının miqdarı bərabər hala gəlir. Oğlan arvadının yaşamağı üçün iki evdən birini ayırmalı olacaq. Qız isə ərinin təmin etdiyi evdə yaşayacaq. Beləliklə, həm qardaşın (oğlan), həm də bacının (qız) əlində kirayəyə vermək üçün bir evləri olacaq və bu baxımdan da bir-biri ilə bərabər səviyyəyə gələcəklər.

Təbii ki, bu misal bütün hallarda qüvvədə ola bilməz, amma məsələ barəsində müqayisə aparmaq imkanı yaradır.

Arvadla ərin də miras hissələri bərabər deyil. Nisa surəsinin 12-ci ayəsində belə deyilir:

“Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır”.

Nəzərə alsaq ki, evlilik qadına heç bir maddi məsuliyyət və öhdəlik yükləmir və bütün yük kişinin üzərinə düşür, bu bölüşdürmə-paylaşdırmanın yerli-yerində olduğunu görərik. Çünki qadının öz malından və qazancından bircə qəpiyini də ailənin büdcəsinə vermək, öz ehtiyaclarını və ya uşaqlarının ehtiyaclarını ödəmək üçün nəsə xərcləmək kimi bir məsuliyyəti yoxdur. Beləliklə, ailənin daxilində mal-mülk tarazlığı kişinin əleyhinə pozulur. Kişinin mirasdan aldığı artıq hissə isə bu tarazlığı bir növ bərpa edir.

2) Kişi öz arvadı, eləcə də uşaqları qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi vaxt rahat və gümrah olur. Çünki özünün mirasdan daha çox hissə alması ona məsuliyyətini xatırladır.

3) Kişinin maddi vəziyyətinin arvadının maddi vəziyyətindən yaxşı olması onun ailə daxilindəki mövqeyini möhkəmləndirir. Çünki arvadı və uşaqları üçün pul xərcləyə bilməyən, daha doğrusu, onların ehtiyaclarını ödəyə bilməyən bir kişi onların qarşısında xəcalət çəkir və ailə başçılığını layiqincə yerinə yetirə bilmir. Bu vəziyyət isə ailənin güzəranına kökündən zərbə vurur. Müşahidələr göstərir ki, arvadın varlı, ərin kasıb olduğu ailələrdə qalmaqal olur. Uşaqlar belə ailələrdə yaxşı böyümürlər və qadın da özünü xoşbəxt hiss edə bilmir.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kişi öldü. Arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? 09.02.10 296 dəfə oxundu
2 Kişi öldü. Üç oğlu, bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? 25.02.10 369 dəfə oxundu
3 Miras məsələsində uşaqlara fərq qoymağın hökmü nədir? 25.01.10 291 dəfə oxundu
4 Ölən adamın mirası necə bölüşdürülür? 25.01.10 287 dəfə oxundu
5 Kişilər nəyə görə qadınlardan çox miras alırlar? 25.01.10 282 dəfə oxundu
6 Haram pula varis olmaq olar? 25.01.10 297 dəfə oxundu
7 Rəddi-miras dini cəhətdən düzgündür? 25.01.10 324 dəfə oxundu
8 İki arvadı olan kişinin mirası necə paylanır? 25.01.10 293 dəfə oxundu
9 Kişi öldü. Arvadı, iki oğlu və iki qızı qaldı. Onun mirası necə bölüşdürülməlidir? 18.03.10 261 dəfə oxundu
10 Qadınlar öz ərlərinin mal-mülkünə hansı nisbətdə varis olurlar? 29.03.10 296 dəfə oxundu
11 Ölüm pulundan ölənin ata-anasına da pay düşür? 06.04.10 365 dəfə oxundu
12 Kişi öldü. Anası, arvadı, bir oğlu və iki qızı qaldı. Miras necə bölüşdürülməlidir? 15.04.10 268 dəfə oxundu
13 Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər? 21.04.10 317 dəfə oxundu
14 Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur? 10.05.10 293 dəfə oxundu
15 Ölənin uşaqları varsa, qardaş-bacıları mirasdan nəsə ala bilərlər? 11.05.10 299 dəfə oxundu
16 Mirasda əkin yerləri və torpaq sahələrini necə bölüşdürmək lazımdır? 24.05.10 323 dəfə oxundu
17 Kişi öldü. Arvadı, 5 oğlu, 2 qızı qaldı. Onun mirasını necə pay etmək lazımdır? 25.05.10 282 dəfə oxundu
18 Kişi öldü. Arvadı, 1 qızı və 2 oğlu qaldı. Onun mirasını necə pay etmək lazımdır? 07.06.10 275 dəfə oxundu
19 Övladlığa götürülən uşağa miras düşür? 29.06.10 481 dəfə oxundu
20 Kişi öldü. Anası, atası, arvadı və üç qızı onun mirasını necə bölüşə bilərlər? 06.07.10 267 dəfə oxundu
21 Ana öldü. Əri, 1 oğlu və 4 qızı qaldı. Miras necə paylanmalıdır? 04.12.10 283 dəfə oxundu
22 Bağışlanan şeylər vərəsəlikdə nəzərə alınır? 28.12.10 236 dəfə oxundu
23 Yetim uşağa qalan mirasdan anası da istifadə edə bilər? 14.11.11 175 dəfə oxundu
24 Evdən çıxıb gedən uşağa miras düşür? 23.04.11 220 dəfə oxundu
25 Ata öldü. 3 oğlu, 4 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir? 07.06.11 168 dəfə oxundu
26 Kişi öldü. Miras 2 oğul, 2 qız və ölən oğlanın uşaqlarına necə verilməlidir? 16.07.11 189 dəfə oxundu
27 Nisa surəsinin 7-ci ayəsinə əsasən kişi və qadın mirasda bərabərdir? 10.09.11 223 dəfə oxundu
28 Kişi öldü. Arvadı, 4 oğlu, 3 qızı qaldı. Miras necə bölüşdürülür? 27.09.11 155 dəfə oxundu
29 Heç uşağı olmadan ölən kişinin vərəsəsi kimə qalır? 19.10.11 136 dəfə oxundu
30 Özündən sonra ata-anası, arvadı və qızı qalan kişinin mirası nə cür bölünür? 10.11.11 133 dəfə oxundu
31 Bir arvad öldü. Əri, 1 qardaşı, 1 bacısı qaldı. Onun mirasını nə cür bölək? 14.12.11 146 dəfə oxundu
32 Bir nəfər mirasını uşaqlarından təkcə birinə vəsiyyət edə bilər? 28.12.11 84 dəfə oxundu
33 Varislərdən biri dinin miras sistemini rədd etsə, nə olar? 29.12.11 87 dəfə oxundu
34 Kişi öldü. Arvadı və 3 uşağı qaldı. Onun vərəsəsi necə pay olunmalıdır? 10.01.12 104 dəfə oxundu
35 Pul aldığım adam öldü. Onun borcunu kimə qaytarım? 16.01.12 104 dəfə oxundu
36 2 oğlu, 1 qızı olan kişinin mirası nə cür pay olunur? 18.01.12 172 dəfə oxundu
37 Ölümdən sonrakı dövr üçün xeyirxahlıq 31.01.12 107 dəfə oxundu
38 Ölünün ayın-oyununu yaxın qohumları işlədə bilərlər? 06.02.12 67 dəfə oxundu