Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 22 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Günahkar möminləri axirət həyatında nələr gözləyir? Onlar Cəhənnəmdə yanacaqlar? Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, hamı Cəhənnəmə gedəcək. Belə çıxır ki, oraya getməyən qalmayacaq. Bu məsələni necə izah etmək olar?

Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah Ona şərik qoşanları əsla bağışlamaz. Ondan başqa günahları istədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşubsa, haqq yoldan tamamilə azmışdır” (Nisa, 4/116).

Biz Qurani-Kərimə baxdığımız vaxt görürük ki, Cəhənnəmdə həmişəlik qalmalı olan şəxslər Allaha şərik qoşub şirkə düşənlər və münafiqlərdir. Allah Təala onların həmişəlik Cəhənnəmdə qalacaqlarını və oradan heç vaxt çıxa bilməyəcəklərini bildirib. Burada belə bir sual meydana çıxır: Elə isə günahkar möminlərin halı necə olacaq? Bir insan nə qədər günahkar olursa olsun, qəlbində iman varsa, başqa sözlə bu insan mömindirsə, onun yeri axirətdə nəhayət ki, Cənnət olacaqdır. Çünki Cəhənnəmdə həmişəlik qalmalı olan insanlar dünyada ikən Allaha şərik qoşanlardır.

Diqqət yetirdinizsə, Allah Təala yuxarıdakı ayədə sadəcə olaraq şirki bağışlamadığını və heç vaxt bağışlamayacağını, şirkdən başqa günahları isə istədiyi şəxslər üçün bağışlayacağını bildirir. Bu halda buradan belə bir nəticə çıxır: Allah Təalanın bağışlamaq istəmədiyi şəxslər günahkar müsəlmanlardır ki, onlar da öz günahlarının cəzalarını çəkəcəklər. Bu, Allahın ədalətindən irəli gəlir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s. a. v.) də bir çox hədisində Allahın günahlarını bağışlamadığı günahkar möminlərin Cəhənnəmdə əzab çəkəcəklərini, lakin cəzalarını çəkdikdən sonra təmizlənmiş olaraq Cənnətə gedəcəklərini də istisna etməmiş, əksinə, özü bunu bildirmişdir.

Xüsusilə qeyd etmək və unutmamaq lazımdır ki, Allah Təalanın mərhəməti son dərəcədə genişdir və Allah qətiyyən zalim deyildir. Nə qədər günahkar olsa da, bir mömini bir kafirlə eyni səviyyədə mühakimə edib, hər ikisinə də Cəhənnəmdə əbədiyyən əzab verməz.

“De: “Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir” (Zumər, 39/53).

Məryəm surəsinin 71-ci ayəsinə gəlincə, orada Allah Təala belə buyurur:

“Sizin aranızda elə bir kəs yoxdur ki, oraya getməsin. Bu, Rəbbinizin qəti bir hökmüdür”.

Ayəyə diqqət yetirdinizsə, buradakı ifadə Cəhənnəmə getmək deyil, oraya getməkdir. Bununla da Cəhənnəmdə yanmalı olanların oraya girməkləri, Cənnətə getməli olan möminlərin isə Cəhənnəmin qabağından keçib oraları və içindəkiləri görməkləri nəzərdə tutulur. Deməli, bu minvalla oraya getməyən heç kəs qalmayacaq.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 883 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.080 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 642 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 413 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 505 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 525 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 689 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 810 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 384 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 439 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 400 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 480 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 356 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 417 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 276 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 355 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 267 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 235 dəfə oxundu