Müsəlmanlar

Əzan və İqamə.

Sual: Əzan və İqamə necə verilir? Sözlərinin mənasını bizə yaza bilərsiz?

Cavab: Əzan və İqamə gətirməkdə məqsəd: Əzan, namaz vaxtı girəndə insanları namaza səsləmək üçün gətirilir. İqamə isə namaz qılmağa toplanmış camaatı fərz namazına qaldırmaq üçündür. Evdə tək başına namaz qılanlar, bunların heç birini etmədən də namaz qıla bilərlər.

Əzan və İqamənin sözləri eynidir. Sadəcə iqamədə əlavə olaraq “Həyyə-al əl-Fəlah” dedikdən sonra iki dəfə “Qad-qâmətis-Saləh” sözünü əlavə edilir. Üstündə şapka olan hərfləri uzatmaq lazımdır. Əzanın sözləri aşağıdakı kimidir:

Allâhu Əkbər, Allâhu Əkbər. (Allah ən böyükdür!)

Əşhədu ənlə ilâhə illəllâh. (Mən şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur!)

Əşhədu ənnə Muhəmmədən Rasûlullah. (Mən şəhadət edirəm ki, Mühəmməd Onun elçisidir!)

Həyyə-al əs-sal^əh. (Gəlin/tələsin namaza!)

Həyyə-al əl-fəl^ah. (Gəlin/tələsin nicata/qurtuluşa!)

Allahu Əkbər, Allahu Əkbər. (Allah ən böyükdür!)
L^ə ilâhə illəllâh. (Yoxdur Allahdan başqa ilah!)

İqamə isə belə gətirilir:

Allâhu Əkbər, Allâhu Əkbər. (Allah ən böyükdür!)

Əşhədu ənlə ilâhə illəllâh. (Mən şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur!)

Əşhədu ənnə Muhəmmədən Rasûlullah. (Mən şəhadət edirəm ki, Mühəmməd Onun elçisidir!)

Həyyə-al əs-sal^əh. (Gəlin/tələsin namaza!)

Həyyə-al əl-fəl^ah. (Gəlin/tələsin nicata/qurtuluşa!)

Qad-qâmətis-Saləh, Qad-qâmətis-Saləh. (Qalxın Namaza!)

Allahu Əkbər, Allahu Əkbər. (Allah ən böyükdür!)

L^ə ilâhə illəllâh. (Yoxdur Allahdan başqa ilah!).

Dəstəmazın və Namazın Qurandakı şəstlərini görmək istəyənlər aşağıdakı linkə tuşlasın:

https://www.muselmanlar.com/fitvalar/11545.html

https://www.muselmanlar.com/elanlar-xeberler/6684.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.