Müsəlmanlar
Samirinin görüb başqasının görmədiyi şey nədir?

Samirinin görüb başqasının görmədiyi şey nədir?

Sual: Samiri, Tə-ha surəsi 96-cı ayədə: “Mən onların görmədiyini gördüm”- deyərkən, onların görmədiyi şeylə nəyi qəsd edirdi?

Cavab: Bu ayədə “bəsurtu= بَصُرْتُ” ifadəsi işlədilir. Bu ifadə ilk baxışda görülməyən, bir şeyin arxa planını görməyə deyilir. Bizim dildə də “bəsirət” kəliməsi işlədilir. Hər insanın baxıb görə bilmədiyini, başa düşmədiyini başa düşənə, bir məsələnin ön və arxa planını qavrayana, düz dəyərləndirənə “bəsirət sahibi” deyilir. Sıradan bir görmə olsaydı “raəytu= رَأَيْتُ” deyərdi.[1]

Qısacası, Musa əleyhissəlam Samiriyə soruşanda ki; “Sənin dərdin nədir? (Tə-ha 95.)  Niyə öküz heykəlini düzəldib insanları azdırırsan? Sözünə Samiri:

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي

Mən onların görmədiyini gördüm, elçinin (sən Musanın) yoluna da tam bağlandım. Amma sonra tərk etdim. (Buna) Nəfsim məni sövq etdi.” (Təha 96.)

Yəni, Samiri, mən öz istəyimlə sənin göstərdiyin yolu tərk edib, nəfsimin arzuladığı yolu seçdim demiş və dünya mənfəətini axirətinə dəyişmişdi.

Fəqət bir çox müfəssirlər bu ayəyə özlərindən uydurma yorumlar qataraq guya, Samiri, “Cəbrayılı görmüş, onun atının basdığı yerdən bir ovuc torpaq almış və beləliklə düzəltdiyi öküz heykəli bağırmağa başlamışdır.”- deyə, məsələni həqiqi mahiyyətindən uzaqlaşdırmışlar. Fəxrəddin Razi, müfəssirlərin bu ayəni öz fantastik fikirləriylə təhrif etməsini tənqid etmiş və ən gözəl şəkildə çürütdükdən sonra  da ayəyə yuxarıda verdyimiz məalın bənzər yorumunu vermişdir: Mən onların görmədiyini gördüm, yəni sizin izlədiyiniz yolun doğru olmadığını anladım və ey elçi sənin dinindən və sünnətindən bir qismini çıxarıb atdım. Buna öz arzumla qərar verdim.”[2]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İsfahani, Müfrədat, “bsr” maddəsi.

[2] Razi, Mefatihul Gayb, Tə-ha 96-cı ayənin təfsiri.