Müsəlmanlar

Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur?

Sual: Türkiyənin bəzi şəhər qəbirsanlıqlarında 24 saat fasiləsiz radiodan Quran oxutdurulur. Bunun bir qəbahəti varmı?

Cavab: Bu cəhalət, təkcə müasir dövrümüzə məxsus bir şey deyildir. Müasir dövrümüzdə bir dəfə səs yazıldıqdan sonra rahat bu səsi düyməyə basıb, bütün günü səsləndirə bilərsiniz. Lakin keçmişdə oxuyan insan özü bilavasitə gəlib, bütün günü boğazı yırtılana qədər oxuyardı. Biri taqətdən düşdüyü zaman, digəri gəlib onu əvəz edirdi.

Bütün bunların nə mənası var? Nə oxuyan başa düşür nə də yatan eşidir[1], yatan eşitsə belə başa düşürmü? Deyək ki, başa düşdü. Artıq kitabı bağlandıqdan sonra başa düşməsinin nə mənası var? Eşitdiklərinə qalxıb əməl edəcək deyil ki?

Bəziləri də bu elədikləri ilə fəxr edirlər. Çünki, cahildirlər. Cahil insanlar isə, nə ilə fəxr edəcəklərini bilməzlər.

Qısacası, ölüyə Quran oxumaq və ya səsləndirmək; nə Quranın, nə peyğəmbər əleyhissəlamın, nə də səhabənin (r.a.) tövsiyə etmədiyi və heç bir zaman da tətbiq etmədikləri bir işdir. Belə bir işi din xadimləri xalqın din barəsindəki cəhalətini və duyğularını istismar edərək müəyyən müddət sonra bir bidat olaraq xalq arasında yaymağı bacarmışlar.[2]

Bənzər məlumat üçün aşağıdakı video keçidə yönəlin:

http://www.muselmanlar.com/kuran-dersleri/6456.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.”  (Nəml, 27/80.)

[2] Belə bir ənənə Zərdüştlükdə mövcud idi. (Bax: “Mecusilik”, md. DİA., c. XXV, s. 283.)