Müsəlmanlar

Dövlət vətəndaşına necə davranmalıdır?

Sual: Dövlət və dövlət başçısı vətəndaşına necə davranmalıdır?

Cavab: Dövlətin vətəndaşı ilə münasibətləri dini və ya ideoloji müstəvidə deyil, ədalət müstəvisində tənzimlənməlidir. Dövlət orqanlarının əsas vəzifəsi, ölkənin daxili və xarici təhlükəsizliyini təmin etmək, vətəndaşların haqq və hüquqlarını qorumaq, ədaləti bərpa etməyə çalışmaqdır. O cümlədən bütün bunlara mane olan səbəbləri ortadan qaldırmaqdır.

Belə bir dövlətçilik, dinimizdə və kitabımızda  idarəçilərin millətindən və inancından asılı olmayaraq tərif edilməkdədir.[1] Dövlət bir növ günəş kimi olmalıdır. Günəş necə müsəlman, xristian, yəhudi, zəngin, yoxsul arasında fərq qoymadan, dini, etnik, irqi, sosial və s. tərəfkeşliyə yol vermədən hər kəsə eyni məsafədə durursa, dövlət də vətəndaşlarına qarşı həmişə eyni məsafədə durmalıdır.

Bunu bərpa edən dövlət idarəçiləri həm Allah həm də xalqı tərəfindən sevilər. Bunu diqqətə almayan dövlət idarəçilərinin ətrafını istismarçılar, ikiüzlü yaltaqlar əhatə edər və etdikləri pis işlər onlara yaxşı göstərilər və nəticədə özünü bəyənmiş, Allahdan və xalqından uzaqlaşmış diktatorlar ortaya çıxar.

Mənbə: “Din və Dövlət münasibətləri”, GBS nəşriyyat, Bakı 2014, s. 13.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bax: Quranda Səbə kraliçəsindən bəhs edilən Nəml surəsi; Peyğəmbər əleyhissəlamın Həbəş kralı Necaşiyə olan münasibəti: “O, ölkəsində heç kimə zülm etməyən kraldır.” (Təbəri, Tarih, 1/547.)