Müsəlmanlar
Tövbə surəsinin 49-cu ayəsində hansı hadisədən danışılır?

Tövbə surəsinin 49-cu ayəsində hansı hadisədən danışılır?

Sual: Təbuk döyüşünə getdikdə Cəd ibn Qeys peyğəmbərə: “Rumların sarışın qadınları məni fitnəyə salar. İcazə ver, mən döyüşə getməyim”, - dedi. Peyğəmbər də ona icazə verdi. Lakin Tövbə surəsinin 43-cü ayəsində deyilir ki, Allah və axirət gününə iman gətirənlər mal və canları ilə cihad etməkdən uzaq qalmaq üçün səndən icazə istəməzlər. Eyni surənin 49-cu ayəsində isə buyurulur: “Onlardan eləsi də var ki: “Mənə icazə ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.” Bu hadisədə Cəd ibn Qeysin icazə istəməyi İblisin üsyan etməsi ilə bərabər tutulub: “Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.”, - deməklə kafirliklə səciyyələndiirlməsinə səbəb olubmu? Bu məsələni bur cür qəbul etmək olar?

Cavab: Əlbəttə, olar! Məsələ belədir: Allahın elçisi (rəsulullah) bir şey demiş, onlar isə müxtəlif bəhanələr uydurmaqla bundan boyun qaçırmışlar.

Bizdə belə bir anlayış var: Sanki bir nəfər müsəlman olan kimi İslama ikiəlli yapışır. Halbuki, belə deyil. Bəziləri deyirlər ki, mənim atam-anam müsəlmandır: Biz də ailə olaraq Allah yolunda çox iş görmüşük (məscid tikdirdik və sairə).

Buna bir misal verim: Bir gün (indi adını çəkmək istəmədiyim, əslində hamının tanıdığı və Türkiyədə müsəlmanlara vaxtilə çox qan udduran) bir nəfərlə söhbət edirdik. Mənə dedi ki, mənim babalarım çox məscid tikdiriblər. Ona görə də mənim İslama düşmən olmağım mümkün deyil. Mən ona cavab olaraq dedim:

“Babalarının gördüyü yaxşı və pis işlər ancaq və ancaq onların özlərinə aiddir, bunun sənə dəxli yoxdur.”

Odur ki, hamının əcdadı məlumdur. Ulu babası Allahın elçisi (peyğəmbər) olmayan bir şəxs yoxdur. Hamı Adəm peyğəmbərin nəvəsidir. Firon da onun vəvəsidir, İbrahim peyğəmbər də.

Allah insandan: “Sənin atan və ya baban nə iş gördü?”, – deyə, soruşmur; əksinə: “Sən nələr etdin?”, – deyə, soruşur.

Camaat elə güman edir ki, ailəvi surətdə müsəlmandırlar. Xeyr, belə deyil. Hər kəs tək başına Allahın dərgahına çıxıb sorğu-sual və haqq-hesaba çəkiləcək.

Allahın elçisinin (s. a. v.) qabağında ona min bir əziyyət çəkdirən münafiqlər var idi. Biz bunu Quranın Münafiqlər adlı surəsindən də öyrənirik.

Deməli, Tövbə surəsinin 49-cu ayəsində haqqında danışılanlar da İblis kimidirlər. İblislə aralarındakı fərq də budur:

İblis öz kimliyini açıq-aydın surətdə ifadə edib özünü ortaya qoydu, bunlar isə əl kimliklərini gizlədib münafiq oldular.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.