Müsəlmanlar
Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir?

Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir?

Sual: Bəqərə surəsinin 56-cı ayəsindəki “təzədən diriliş” ifadəsi ilə nə nəzərdə tutulur?

Cavab: Əgər siz Bəqərə surəsinin 56-cı ayəsini ondan əvvəlki və sonrakı ayələrlə birgə oxusanız, görəcəksiniz ki, burada nəzərdə tutulanlar həzrəti Muhəmmədin (s. a. v.) dövründə yaşayan yəhudilərdir. Həmin ayələr məhz onlardan bəhs edir və: “Siz belə etmişdiniz”, “Bu cür demişdiniz”, “Bir-birinizi öldürürdünüz” kimi ifadələr işlədilir.

“Siz bir gün: “Ey Musa, Allahı açıq-aşkar görənə qədər sənə inanmayacağıq”, – deyəndə, o şiddətli gurultu sizi sarsıtmışdı. Siz də baxa-baxa qalmışdınız.

Sonra sizi ölümünüzün ardınca diriltdik ki, bəlkə, təşəkkür edəsiniz.” (Bəqərə, 2/55-56)

Ayədəki: “Ölümünüzün ardınca diriltdik” ifadəsi də belədir. Onlara bu məqamlar izah edilib: Əcdadları o hadisədən (ildırım vurması) sonra tarix səhnəsindən silinməmişdir; təzədən canlanıblar; nəsilləri ayənin nazil edildiyi Mədinə günlərinədək gəlib çatıb.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.