Müsəlmanlar
Şeytanın aldada bilmədiyi Adəmi Həvva aldatdı?

Şeytanın aldada bilmədiyi Adəmi Həvva aldatdı?

Sual: Cənnətdə qadağan edilən meyvədən ilk dəfə yeyən Adəm əleyhissəlammı yoxsa Həvva anamızmı? Bunu başa düşmək istəyirəm: Kişilər qadınlara qarşı çox zəifdirmi? Belə deyirlər: Şeytan aldadıb yedirə bilmədiyi meyvəni Həvvaya yedirdi, Həvva da Adəmə yedirdi.

Cavab: Buxari və Müslim başda olmaqla bəzi hədis kitablarında “əgər Həvva olmasaydı heç bir qadın kişisinə xəyanət etməzdi” deyə bir hədis rəvayət edilməkdədir. (Buxari, Ənbiya; 1: Müslim, Rada, 62 (1470) Bu hədisi yorumlayan alimlər, Həvvanın xəyanətinin Adəmə qadağan meyvəni yeməyə sövq etməsi və aldatması olduğunu demişlər.

Adəm əleyhissəlam və İblis hadisəsinin keçdiyi yer Bəqərə, 2/34-39; Əraf,7/11-25 və Taha, 20/116-123 kimi ayələrdə Şeytanın Adəmi və arvadı(Həvva)nı aldatdığı və qadağan ağacdan yemələrini təklif etdiyi bildirilməkdədir. Bu ayələrin heç birində qadağan edilən ağacdan ilk dəfə yeyənin kim olduğundan və kim kimi sövq etdiyindən bəhs edilməməkdədir. Əksinə, şeytanın hər ikisini də aldatdığından və hər ikisinin də qadağan ağacdan yediyi ifadə edilməkdədir. Fəqət eyni hadisə Tövratın Yaradılış (Təkvin) 3. bölümündə bu cür izah edilməkdədir:

1. RƏBB Tanrının yaratdığı vəhşi heyvanların ən hiyləgəri ilandır. İlan qadına, “Tanrı həqiqətən, Bağdakı ağacların heç birinin meyvəsini yeməyin, dedimi?” deyə soruşdu.

2. Qadın, “Bağdakı ağacların meyvələrindən yeyə bilərik” deyə qarşılıq verdi,

3. “Ancaq Tanrı, bağın ortasındakı ağacın meyvəsini yeməyin, ona toxunmayın; yoxsa ölürsünüz, dedi”

4. İlan, “Əsla ölməzsiniz, dedi”,

5. “Çünki Tanrı bilirki, o ağacın meyvəsindən yediyiniz zaman gözləriniz açılacaq, yaxşı ilə pisi bilərək Tanrı kimi olacaqsınız”

6. Qadın ağacın gözəl, meyvəsinin yemək üçün uyğun və təcrübə qazanmaq üçün cəlb edici olduğunu gördü. Meyvəni qoparıb yedi. Yanındakı ərinə verdi, o da yedi.

7. İkisinin də gözləri açıldı. Çılpaq olduqlarını başa düştülər. İncil yarpaqlarını tikib açıq yerlərini örtdülər.

8.Bu zaman günün sərinliyində baxçada gəzən RƏBB Tanrının səsini eşitdilər. Ondan qaçıb ağacların arasına gizləndilər.

9. RƏBB Tanrı Adəmə “Haradasan?” deyə səsləndi.

10. Adəm,”Baxçada səsini eşidəndə qorxdum. Çünki çılpaq idim, bu səbəblə gizləndim” dedi

11. RƏBB Tanrı,”Çılpaq olduğunu sənə kim dedi?” deyə soruşdu, “Sənə meyvəsini yemə dediyim ağacdanmı yedin?”

12. Adəm “yanıma qoyduğun qadın ağacın meyvəsini mənə verdi, mən də yedim” deyə cavab verdi.

13. RƏB Tanrı qadına, “Sən neylədin?” deyə soruşdu. Qadın, “ilan məni aldatdı, ona görə yedim” deyə qarşılıq verdi.

14. Buna görə RƏBB Tanrı ilana, “bunu elədiyin üçün bütün ev və vəhşi heyvanların ən lənətlisi sən olacaqsan” dedi. Qarnının üstündə sürünəcək, həyatın boyunca torpaq yeyəcəksən.

15. Səninlə qadını, onun nəsliylə sənin nəslini bir-birinizə düşmən edəcəyəm. Onun nəsli sənin başını əzəcək, sən onun topuğunu dişləyəcəksən.”

16. RƏBB Tanrı qadına, “Uşaq doğarkən sənə çox acı çəkdirəcəm” dedi, “Ağrı çəkərək doğacaqsan. Ərinə meyilli olacaqsan və səni o yönləndirəcək.”

17. RƏBB Tanrı Adəmə, “Arvadının sözünə qulaq asdığın üçün və sənə meyvəsini yemə dediyim ağacdan yediyin üçün Torpaq sənin üzündən lənətləndi” dedi, “Həyatın boyu çalışmadan yemək tapa bilməyəcən.”

18. Torpaq sənə tikan və kol verəcək. Ot yeyəcəksən.

19. Torpağa dönənə qədər Çörəyini alın təri tökərək qazanacaqsan. Çünki torpaqsan, torpaqdan yaradıldın və yenə torpağa dönəcəksən.”

Gördüyümüz kimi Adəm əleyhissəlamı qandıranın Həvva validəmiz olduğuna dair məlumatlar Qurana deyil, Tövrata əsaslanır. Böyük ehtimalla bu məlumatlar bizim mənbələrimizə də “hədis” olaraq oradan girmiş  və elə də rəvayət edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.