Müsəlmanlar
“Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir?

“Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir?

Cavab: Başda həzrəti Muhəmmədin tərcümeyi-halından bəhs edən kitablar olmaqla bəzi hədis və təfsir mənbələrində bu rəvayətə təsadüf etmək olur. Lakin Kütubi-Sittə (Altı Kitab) kimi tanınan səhih (mötəbər, düzgün) hədis kitablarının heç birində belə bir hədis yoxdur.

Həmin rəvayət kitablarda əsasən bu formada qeyd olunub:

1) “Mən 2 qurbanlığın oğluyam”. Guya bunu peyğəmbər özü deyib.

2) “Ey 2 qurbanlığın oğlu”. Deyildiyinə görə bunu bir bədəvi peyğəmbərə müraciət edərkən deyib.

Alimlər bildirirlər ki, 2-ci rəvayət səhihdir, lakin onlar 1-ci rəvayətin peyğəmbər tərəfindən işlədilən bir söz olub olmadığını müəyyən edə bilmədiklərini qeyd edirlər. ((Ətraflı məlumat üçün baxın: Əcluni, Kəşful-Xəfa, Beyrut, 1988-ci il, 1-ci cild, s. 199, hədis nömrəsi 606.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.