Müsəlmanlar

Quran, bir gecədəmi nazil oldu?

Sual: Bizə deyirlər ki, Quran iki mərhələdə nazil olub. İlk mərhələsi; Quran bütöv halda bir gecədə göyün sonuncu qatına və oradan da parça-parça Muhəmməd əleyhissəlama nazil olub. Əgər belə olubsa, onda insanların imtahan olunmalarının bir anlamı qalmaz, çünki, Quranda hər şey əvvəlcədən yazılmışdır. Siz buna inanırsızmı? Xahiş edirik fikrimizə aydınlıq gətirəsiz.

Cavab: Bəli, Ənənə dini mənsubları Quranın nazil olması barədə belə bir fikrə sahibdirlər: “Lövhi məhfuz”da olan Quran, ilk dəfə yerə yaxın səmaya və oradan da parça-parça Rəsulullaha Cəbrayıl vasitəsi ilə nazil olmağa başladı.”[1]

Onların belə bir qənaət daşımaları iki əsas səbəbdən qaynaqlanır:

  1. Qəza-qədər anlayışı. Biz bu barədə həm yazılı həm də video dərs şəklində kifayət qədər məlumat vermişik. Arzu edənlər bu linkdən baxa bilərlər: https://www.muselmanlar.com/elanlar-xeberler/7316.html
  2. Quran kəlməsini tam qavraya bilmədiklərindən.

Quran kəlməsinin kökündə bir çox anlamı vardır.[2] Bunlardan ən doğrusu budur: Quran, قرأَ يقرأ (قَرْأ وقِراءَة) وقرآناً felinin masdarı olan “qur القُرْء veya qar القَرْء” əmələ gəlmişdir. Ona bu adın verilməsi, hərflərin və kəlmələrin bir araya gəlməsi səbəbiylədir. Yəni Quranın əsl mənası “toplamaq” və “oxumaq”- deməkdir.

Quran deyiləndə bir çoxunun ağlına hal-hazırda əlimizdə mövcud olan bütöv bir kitab gəlməkdədir. Bəli, bu doğrudur. Amma bununla yanaşı, mövzu ilə bağlı hökm ifadə edən birdən çox ayələrə də quran deyilməkdədir. Bunu bizə izah edən Uca Allahdır:

وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً

“Biz onu, quranlar/ayələr bağı şəklində ayırdıq ki, ona (ayələr bağının tamamlanmasına) riayət edərək insanlara öyrədəsən. Onu parça-parça nazil etdik.” (İsra 17/106).

Ənənə dini mənsubları, Quran qavramının bu yönünə diqqət etmədikləri üçün “Qədr” surəsində keçən “Biz Quranı qədr gecəsində nazil etdik.” ayəsini səhv başa düşmüşlər. Bu səbəblə özlərindən əlavə yorumlar gətirmiş və sizi də çaş-baş salan fikirlərə düşürmüşlər.

Qısacası; Qədr gecəsində “İqra!” ilə başlayaraq nazil olan ilk ayələrdən etibarən son ayəyə qədər[3] yəni əlimizdə hal-hazırda mövcud olan şəklinə gələnə kimi Allah “Quran, Kitab”  ifadələrini işlədir. Quran heç bir zaman nə səmada nə də yerdə bir bütöv şəkildə nazil olmamışdır:

“Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə izah etdik”. (Furqan, 25/32)

Bir başqa, doğru deyə bilinən səhvləri öyrənmək üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/14082.html

[1] Hakim, “Müstədrək” c. II, s. 223.

[2] Quran kəlməsinin kök anlamları haqda Bax: https://www.muselmanlar.com/fitvalar/quran/6507.html

[3] Maidə 5/3.