Müsəlmanlar

Molla sözünün mənası nədir?

Cavab: Molla sözü, ərəb dilindəki “sahib”, “əfəndi”, “alim” mənasına gələn “mövla”[1] kəliməsindən gəldiyi söylənir. Ərəbcədəki bu mövla kəliməsinin dəyişikliyə məruz qalması nəticəsində “molla” deyə, dilimizə uyğun şəkildə ifadə edilmişdir.

Molla sözünün mənşəyini daha keçmişə götürənlər, bu sözün əslinin eyni mənaya gələn “Monla”, “Munla” olduğunu və daha sonra “n” hərfinin ortadan götürülüb, yerinə “l” əlavə etməklə “molla” olduğunu demişlər.[2]

Molla kəliməsi daha çox İranda və ölkəmizdə işlədilir. Keçmişdə bu ada savadlı insanlar, şairlər, ədiblər, alimlər layiq görülürdü. Məsələn, Molla Pənah Vaqif, Molla Nəsrəddin, Molla Şakir, Molla Gürani, Molla Cami kimi alimlər bu təxəllüsə layiq görülüblər. Müəllimlərin dini tədris üçün dərs keçdikləri yerlərə də “mollaxana” deyilirdi.

Əfsuslar olsun ki, günümüzdə artıq bu kəlimə belə ünvanlara sahib insanlara deyil, adətən, dini ayinləri, dəfn mərasimlərini, kəbin və yas məclislərini aparan din xadimlərinə və hətta mövhümatçıları tanıtmaq üçün işlədilir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/4826.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İbn Mənzur, Lisanul Ərəb, “vəli” md.

[2] TDK İslam Ansiklopediyası, Hamid Algar, “molla” md.