Müsəlmanlar

Bir qadının əri ateist olarsa, nikahları pozulurmu?

Cavab: “Allah yoxdur” deyənlər, yalanı birbaşa özlərinə söylərlər. Çünki, belə deyən insan, ilk növbədə öz fitrətinə zidd davranmış olur. Buna görə də Quranda Allahın varlığını ispatla əlaqəli bir tək ayə yoxdur.

Evliliklə əlaqəli, Nisə surəsinin 23-24-cü ayələrində evlənəcək insanlara din şərtlərini əmr etməz. Lakin, Bəqərə surəsinin 221- ayəsində bir müsəlmanın kiminlə evlənib, kiminlə evlənməməsi lazım olduğunu bildirən tövsiyələr vardır. Ayə belədir:

“Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.”

Əlbəttə, bu ayədə verilən tövsiyəyə biz də uyarıq. Lakin, artıq evlənmiş olan bir cütün inanç, din fərqinə görə ayrılmasını nə Allah nə də biz istəmərik. Çünki, belə bir evlilərlə əlaqəli Quranda bir çox nümunələr vardır. Məsələn:

“Allah inkar edənlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkir. Onlar bizim bəndələrimizdən iki yaxşı bəndənin nikahında idilər. (Amma) onlara qarşı xainlik etdilər. Bu ikisi onları Allaha qarşı heç cür xilas edə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də o atəşin içərisinə girin!” – deyildi. (Təhrim 10)

Bu ayələrdə ərləri peyğəmbər lakin zövcələri müşrik olan qadından bəhs edilir. Bir sonraki ayədə isə Firon kimi zalım birin, müsəlman olan avradından bəhs edilməkdədir:

“Allah inananlara Fironun arvadını misal çəkir. O, belə demişdi: “Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev düzəlt. Məni Firondan və etdiyi əməllərdən xilas et. Məni bu zalım dəstədən uzaq et”. (Təhrim 11)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6618.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.