Müsəlmanlar

Loğman surəsi

 

Loğman surəsi 34 ayədən ibarətdir. Surənin 12 və 13-cü ayələrində Loğman əleyhissəlamın adı keçmiş və surəyə onun adı verilmişdir. 

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

الم

  1. Əlif, Lam, Mim![1]

 

تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ

  1. Bunlar, bütün hökmləri doğru olan[2] kitabın ayələridir.[3]

 

هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ

  1. Gözəl davrananlara bir rəhbər və bir rəhmət qaynağıdır.

 

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

  1. O kəslər ki, namazını düzgün və davamlı qılır, zəkatı verir və axirətə də tam yəqinliklə inanırlar.[4]

 

أُوْلَئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

  1. Məhz onlar, Rəbbindən/Sahibindən[5]gələn rəhbərə tabe olanlardır.. Qurtuluşa nail olanlar da məhz onlardır.[6]

 

وَمِنَ النَّاسِ مَن يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا أُولَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

  1. İnsanlardan elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan döndərmək[7] və onu ələ salmaq üçün boş/mənasız sözlərə yönəlirlər.[8] Onlar üçün alçaldıcı bir əzab vardır.

 

وَإِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا وَلَّى مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

  1. Ona ayələrimiz bağlantıları ilə birlikdə[9] oxunduğu zaman onları heç eşitməmiş kimi, qulaqlarında sanki bir ağırlıq varmış kimi təkəbbürlənərək üz çevirir.[10] Sən də onu acı dolu bir əzabla müjdələ!

 

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ

  1. Həqiqətən, inanıb güvənən və xeyirxah işlər görənlər üçün nemətlərlə dolu cənnətlər vardır.[11]

 

خَالِدِينَ فِيهَا وَعْدَ اللَّهِ حَقًّا وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

  1. İçində həmişəlik qalacaqları cənnətlər… Bunu Allah bir haqq olaraq vəd etmişdir.[12] O Əzizdir, hökm/hikmət sahibidir.

 

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا وَأَلْقَى فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

  1. Allah göyləri, gözlə görə biləcəyiniz dirəklər olmadan[13] yaratmış, (yer qabığı) sizi sarsıdar deyə, yerə sabit dağlar[14] yerləşdirmiş və yer üzünə hər cür canlını yaymışdır. Göydən su endirib onunla orada hər cütdən cürbəcür bitkilər bitirdik.[15]

 

هَذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُّبِينٍ

  1. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar?[16] Əslində zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.

 

وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

  1. Loğmana hikmət/doğru qərar vermə qabiliyyəti verdik.[17] “Allaha şükür et!/Ona qarşı vəzifəni yerinə gətir!” – dedik. Kim şükür edərsə özü üçün şükür edər. Kim də nankorluq edərsə (bilsin ki), Allahın heç bir şeyə ehtiyacı yoxdur, hər cür tərifəlayiqdir.[18]

 

وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

  1. Bir gün Loğman öz oğluna öyüd verərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma! Əlbəttə ki, şərik qoşmaq böyük bir zülümdür/haqsızlıqdır!”[19]

 

وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ

  1. Biz insana valideynlərinə qarşı yaxşı davranmasını tövsiyə etdik.[20] Anası onu (qarnında) çox çətinliklə[21] daşımışdır. Onun süddən kəsilməsi də iki il içində olur.[22] Sən həm Mənə həm də valideynlərinə şükür et/təşəkkür et! Dönüb gələcəyiniz yer Mənim hüzurumdur.

 

وَإِن جَاهَدَاكَ عَلى أَن تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

  1. Əgər onlar, bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd etsələr, onlara itaət etmə![23] Amma dünya işlərində onlarla gözəl keçin![24] Sən mənə yönələnlərin yolu ilə get! Sonra dönüşünüz Mənə olacaq! Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!

 

يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

  1. “Ey oğlum! Etdiyin hər iş bir xardal dənəsi ağırlığında olub bir qayanın içində və ya göylərdə ya da yerin dibində olsa belə, Allah onu gətirər (axirətdə qarşına qoyar).[25] Allah lətifdir/lütfkardır, hər şeydən xəbərdardır![26]

 

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

  1. “Ey Oğlum! Namazı düzgün və davamlı qıl![27] Marufu/ yaxşı işlərin görülməsini istə, münkərdən/pis işlərdən uzaqlaşdır.[28] Başına gələnə də səbr et/dirayətli ol! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.[29]

 

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

  1. İnsanları xor görərək təkəbbürlə üz çevirmə[30] və yer üzündə lovğalanaraq gəzmə![31] Allah, özündən razı və qürrələnən heç bir kimsəni sevməz![32]

 

وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِن صَوْتِكَ إِنَّ أَنكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ

  1. Yerişində təbii ol![33] Səsini alçalt; şübhəsiz ki, səslərin ən çirkini uzunqulaqların səsidir.”

 

أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِعِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

  1. Allahın göylərdə və yerdə nə varsa, hamısını sizin xidmətinizə verdiyini[34] və nemətlərinin sizə açıq-aşkar və gizli olaraq tamamladığını görmədinizmi? İnsanlardan elələri var ki, bir biliyi, bir rəhbəri/yol göstərəni ya da aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər.[35]

 

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَى عَذَابِ السَّعِيرِ

  1. Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyiləndə, onlar: “Xeyr, biz atalarımızdan nə gormuşuksə, ona tabeyik.” – deyərlər.[36] Məgər şeytan onları atəşli bir əzaba çağırsa da (tabe olacaqlar)?

 

وَمَن يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ

  1. Kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, ən sağlam qulpa yapışmış olar.[37] Bütün işlərin sonu Allaha gedib çıxar.

 

وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوا إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

  1. Kim kafirlik edərsə, onun kafirliyi səni üzməsin.[38] Dönüb gələcəkləri yer Bizim huzurumuzdur. O zaman onlara etdikləri hər şeyi xəbər verəcəyik. Şübhəsiz ki, Allah sinələrdə olanı biləndir.

 

نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَى عَذَابٍ غَلِيظٍ

  1. Biz onları bir az keçici nemətlərdən faydalandırırıq, sonra da onları ağır bir əzaba məhkum edərik.[39]

 

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

  1. Əlbəttə ki, sən onlardan: “Göyləri və yeri kim yaratdı?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər.[40] De ki: “Həmd Allaha məxsusdur.”[41] Lakin onların çoxu bunu bilməz.

 

لِلّٰهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

  1. Göylərdə və yerdə nə varsa, Allahındır.[42] Şübhəsiz ki, Allah heç bir şeyə möhtac olmayan, hər cür tərifə layiqdir.

 

وَلَوْ أَنَّ مَا فِي الْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِن بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ  

  1. Əgər yer üzündəki ağaçlar qələm və dəniz də mürəkkəb olsa, ardından ona yeddi dəniz də qatılsa, Allahın sözləri yenə də tükənməz![43] Şübhəsiz ki, Allah Əzizdir/güc-qüvvət sahibidir, hökm/hikmət sahibidir.

 

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

  1. Sizin yaradılmanız və (axirətdə) dirildilməniz sadəcə tək bir nəfsin/özün[44] yaradılması və dirildilməsi kimidir.[45] Allah daim dinləyəndir, görəndir.

 

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي إِلَى أَجَلٍ مُّسَمًّى وَأَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

  1. Məgər Allahın gecəni gündüzün içinə qatdığını və gündüzü də gecənin içinə qatdığını, Günəşi və ayı ram etdiyini/xidmətinizə verdiyini görmədinmi?[46] Hər biri (öz orbitində) müəyyən vaxtadək axar gedər.[47] Allah, nə etdiklərinizdən xəbərdardır.

 

ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

  1. Bu belədir. Çünki Allah haqdır. Onunla aranıza qoyub yardıma çağırdıqları isə batildir/boşdur. Həqiqətən, Allah, O ucadır, böyükdür.[48]

 

أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُم مِّنْ آيَاتِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

  1. Gəmilərin dənizdə Allahın neməti sayəsində üzüb getdiyini görmədinmi? Bu, ayələrindən/dəlillərindən bir qismini sizə göstərməsi üçündür.[49] Şübhəsiz ki, bunda səbr edən/dirayətli, şükür edən hər kəs üçün ayələr/dəlillər vardır.

 

وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ

  1. Dalğalar onları kölgəliklər kimi bürüdüyü zaman Allahın dininə bir şey qatmadan sadəcə Ona yalvarırlar. Allah onları quruya çıxarıb qurtardığı zaman onlardan bir qismi ölçülü davranır.[50] Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar.[51]

 

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَّا يَجْزِي وَالِدٌ عَن وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِ شَيْئًا إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ

  1. Ey insanlar! Rəbbinizə qarşı çıxmaqdan çəkinib qorunun! Valideynin övladı naminə bir şey edə bilməyəcəyi, övladın da valideyni naminə bir şey edə bilməyəcəyi gündən çəkinin![52] Şübhəsiz ki, Allahın vadi haqdır! Elə isə, dünya həyatı sizi oldatmasın! O çox aldadıcı (şeytan) olmaya sizi Allah ilə aldatmasın![53]

 

إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

  1. O saat/məzardan qalxma saatının elmi yalnız Allah qatındadır.[54] Yağışı O yağdırır.[55] Bətnlərdə olanı O bilir.[56] Heç kim sabah nə qazanacağını bilə bilməz! Heç kim harada öləcəyini də bilə bilməz.[57] Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.[58]

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] “Hakim” hikmətli deməkdir. Hikmət, Allahın yaratdığı və nazil etdiyi ayələrdən çıxarılan doğru hökmlərdir. Uca Allah, Qurandan hikmət çıxartma metodunu ayrı bir elm olaraq ortaya qoymuşdur (Əraf 7/52).

[3] Yunus 10/1, Hud 11/1, Yasin 36/2.

[4] Əraf 7/52, Yunus 10/57, Yusuf 12/111, Nahl 16/64, 89, Nəml 27/77.

[5] Bəqərə 2/3-4, Ənfal 8/2-4, Nəml 27/2-3.

[6] Bəqərə 2/5

[7] Həcc 22/3, 8-9, Loğman 31/20.

[8] Bunlar insan şeytanlarıdır. İblis (Şeytan) kimi, onlar da insanların hisslərini manipulyasiya edir, yalanı həqiqət kimi təqdim edir və onları doğru yoldan azdırırlar (Bəqərə 2:16, 175; Ənam 6:112; Qasas 28:85).

[9] Tilavət sözünün kökü olan t-l-v (تلو) “bir neçə şeyin ardıcıl olaraq düzülməsi, arasına fərqli bir şeyin qarışmaması” deməkdir (Mufradat). Buna görə də, tilavat bir-biri ilə əlaqəli ayələrin birlikdə oxunmasıdır (Kəhf 18/27, Nəml 27/92, Ənkəbut 29/45).

[10] Ənam 6/25, İsra 17/45-46, Kəhf 18/57, Fussilət 41/4-5, Casiyə 45/7-8.

[11] Maidə 5/9, Həcc 22/50, 56, Fatır 35/7, Fussilət 41/8, İnşiqaq 84/25, Buruc 85/11.

[12] Nisa 4/122, Zümər 39/20.

[13] Rad 13/2.

[14] “Sabit dağlar” mənasına gələn “rəvasi” (رواسي) sözü, “meyd” (ميد) kökündən törəmiş feil ilə birlikdə, bu ayə də daxil olmaqla, cəmi üç ayədə keçir (Nəhl 16/15, Ənbiya 21/31). “Meyd” (ميد) sözünün iki əsas mənasından biri hərəkət və meyldir (Mekâyîs). “rəvasi” (رواسي) ilə eyni kökdən törəmiş sözlər Quranda dağları sabitləşdirmək (Naziat 79/32) və gəmini lövbər salmaq (Hud 11/41) mənasında istifadə olunur. Allah yeri xalça kimi sərdi, suyunu və otlağını çıxardı və dağlarını sabitləşdirdi (Bəqərə 2/22, Naziat 79/30-32). Həmçinin hər dağın bir mıx olduğu da bildirilir (Nəbə 78/7). Allah yeri insanları aparmaması üçün yaratdı. Yer kürəsində çatlar, yəni qırılma xətləri var (Tariq 86/12). Buna görə də, zəlzələlər yerin təbii quruluşundan qaynaqlanır. Nəticədə yeni çatlar əmələ gəlir. Qəbirlərin açılması və yeni yaradılışda insanların oradan çıxması da belə bir zəlzələ vasitəsilə baş verəcək (Zilzal 99/1-2).

[15] Bəqərə 2/164, Hicr 15/19, Şuara 26/7, Nəml 27/60-61, Kaf 50/7.

[16] Nahl 16/20, Hac 22/73, Furkan 25/3, Fatır 35/40, Ahkaf 46/4.

[17] Bəqərə 2/269.

[18] Nisa 4/147, İbrahim 14/7, Nəml 27/40, Zümər 39/7.

[19] Ənam 6/82.

[20] İsra 17/23-24, Əhqaf 46/15.

[21] “Çox çətinliklə” kimi tərcümə olunan ifadənin orijinal mənası “zəiflik üstünə zəiflik” deməkdir. Bir qadın uşağı daşıyarkən, körpə onun bədənindən çoxlu miqdarda protein, kalsium, dəmir, bir çox vitamin və mineral udur; eyni zamanda onun emosional vəziyyətinə təsir edən bir çox hormonal dəyişikliklər yaşayır. Buna görə də, bir qadın hamiləlik dövründə həm fiziki, həm də zehni olaraq müxtəlif zəifliklər yaşayır. Bu ayədə qeyd olunan iki il uşağın ana südü ilə qidalanması üçün maksimum müddətdir (Bəqərə 2:233).

[22] Bəqərə 2/233. Əhqaf 46/15.

[23] Ənkəbut 29/8.

[24] “Gözəl keçin” deyə, tərcümə olunan söz “məruf”dur. Məruf, ağılın və ya dinin doğru hesab etdiyi hər şeyə aiddir. Bunun əksi “münkər”dir (Müfradat). Hər cəmiyyətin özünəməxsus “məruf” normaları var. Quranla ziddiyyət təşkil etmədiyi müddətcə, onlara əməl olunur.

[25] Ənam 6/59, Ənbiya 21/47, Zilzal 99/78.

[26] Mülk 67/14.

[27] Bəqərə2/238, Hud 11/114, İsra 17/78, Tə-ha 20/132.

[28] Tövbə 9/71, 112.

[29] Bəqərə 2/155-157, Ali İmran 3/186, Şura 42/43.

[30] “İnsanları xor görərək təkəbbürlə üz çevirmə” deyə, məal verdiyimiz kəlmənin dilimizdəki qarşılığı “yanağını çevirmək” deməkdir. Ərəb dilində xor görmək və təkəbbür mənasını verən bu ifadə dilimizdə “burnu yuxarı qaldırmaq” ilə təsvir olunur və “bəyənməmək, xor görmək, dəyər verməmək” mənasını verir.

[31] İsra 17/37.

[32] Nisa 4/36, Hədid 57/23.

[33] Furqan 25/63.

[34] Bəqərə 2/164, İbrahim 14/32-33, Nəhl 16/12, Həcc 22/65, Casiyə 45/1213.

[35] Həcc 22/3, 8Mümin 40/35, 56.

[36] Bəqərə 2/170, Maidə 5/104, Əraf 7/28, Zuxruf 43/22-24.

[37] Bəqərə 2/112, Nisa 4/125.

[38] Ənam 6/33-35, Yunus 10/65, Nəhl 16/127, Nəml 27/70, Yasin 36/76.

[39] Bəqərə 2/126, Ali İmran 3/178, 197.

[40] Yunus 10/31, Muminun 23/8489, Nəml 27/60, Ənkəbut 29/61, Zümər 39/38, Zuxruf 43/910, 87.

[41] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[42] Bəqərə 2/284, Ali İmran 3/109, 129, Nisa 4/126, 131-132, Yunus 10/55, Nur 24/64, Nəcm 53/31.

[43] Quran ayələri Allahın bizə vəhy etdiyi biliklərin yalnız kiçik bir hissəsini əhatə edir (İsra 17/85, Kehf 18/109).

[44] Nisa 4/1, Ənam 6/98, Əraf 7/29, 189, Zümər 39/6.

[45] Ənbiya 21/104, Rum 30/11, Kaf 50/15.

[46] Gecə və gündüz, günəş və ay kimi, öz orbitlərində fırlanan ayrı varlıqlardır (Yasin 36/40). Yer ilə Günəş arasındakı daim dəyişən bucaq gecə ilə gündüzün uzanıb qısalmasına səbəb olur. Gecə gündüzün içinə girəndə gecə qısalır və gündüz uzanır. Gündüz gecənin içinə girəndə gecə uzanır və gündüz qısalır. Kosmosdan çəkilmiş fotoşəkilləri araşdıranlar gecə ilə gündüzün həmişə mövcud olduğunu görə bilərlər (Ali İmran 3/27, Həcc 22/61, Fatir 35/13, Hədid 57/6).

[47] Bu ayəyə görə, gecə və gündüz Günəş və Ay kimi Yer kürəsinin ətrafında fırlanan və orbitləri olan iki ayrı varlıqdır. Günəşin, Ayın, gecənin və gündüzün öz orbitlərində hərəkət etməsi faktı Ənbiya surəsinin 21/33 və Yasin surəsinin 36/38-40 ayələri ilə daha da dəstəklənir.

[48] Həcc 22/6, 62.

[49] Yunus 10/2223, İbrahim 14/32, İsra 17/66, Həcc 22/65, Rum 30/46, Fatır 35/12, Şura 42/32-33.

[50] Ənam 6/6364, Yunus 10/2223, İsra 17/6769, Ənkəbut 29/65.

[51] Əvvəlki ayə, bu ayə və digər oxşar ayələr göstərir ki, hətta özlərini ateist adlandıranlar belə çətin anlarda Allaha dua edirlər. “Allaha vasitəçi olmadan çatmaq mümkün deyil” deyənlər də vasitəçiləri unudur və belə anlarda birbaşa Allaha dua edirlər. Buna görə də hər bir insan Allah haqqında həqiqəti bilir, lakin bilərəkdən yolunu azır (Ənkəbut 29/47, 49).

[52] Bəqərə 2/48,123, Məaric 70/11-14, Abəsə 80/33-37, İnfitar 82/19.

[53] Fatır 35/5, İnfitar 82/6.

[54] Əraf 7/187, Əhzab 33/63, Fussilət 41/47, Şura 42/17, Zuxruf 43/85, Naziat 79/4244.

[55] Şura 42/28.

[56] Ali İmran 3/5-6, Rad 13/8-9.

[57] Hud 11/123, Neml 27/65, Fatır 35/38.

[58] Bu ayəyə əsasən, yalnız Allahın biləcəyi üç şey var: Qəbirdən dirilmə vaxtı, insanın harada öləcəyi və sabah nə qazanacağı. Yağış və bətnlərdə baş verənlərlə bağlı məsələlərdə “heç kimin bilmədiyi” əvəzinə “Allah bilir” ifadəsinin bildirilməsi insanların da bu şeylər haqqında məlumatlı ola biləcəyini göstərir. Buna görə də, hava şəraiti və bətndəki uşaqlar haqqında dəqiq proqnozlar vermək olar.