Müsəlmanlar

Hər doğulan uşaq İslam fitrəti üzərə doğulur?

Sual: Belə bir hədis rəvayət edilir: “Hər doğulan uşaq İslam fitrəti üzərə doğulur. Sonra ata-anası onu Yəhudi, Xristian ya da Məcusi edər. Amma doğduğu an fitrəti üzərə doğmuşdur.” Bu hədis, yaşanan hadisələrə və Qurana nə dərəcədə uyğundur?

Cavab: Bəli, bu söz tamamilə həm yaşanan hadisələrə həm də Qurani Kərimə tam tamına uyğundur. Bu hədisə bənzər həqqətlər, Qurani Kərimin bir çox yerində də qeyd edilir.

Fitrət nədir? Fitrət, insanın sahib olduğu təbii formasıdır. Hər şeyin bir özü, forması yəni fitrəti vardır. O cümlədən, hər insan doğulanda Yaradanın ona lütf etdiyi və Quranda tərif edilən xüsusiyyətləri üzərində daşıyaraq doğulur. Yetkinlik yaşına çatanda Quranla tanışan hər kəs ordakı həqiqətləri görür və “bəli, bu həqiqətlər mənim bildiyim və olmaq istədiyim şeylərdir” deyir. Lakin, mənfəətləri və nəfsi ilə imtahan ediləndən sonra çoxu bu həqiqətlərə göz yumur və olması lazım olan şəxsiyyətdən özü üz çevirir.

Rəbbimiz, dinini də fitrət adlandırır:

Sən üzünü doğru-dürüst bu dinə – Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə yaradıb. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir (Rum, 30/30).

Allahın nazil etdiyi bu dinə/fitrətə sonradan uyğun olmayan bir çox dinlər icad edildiyi kimi, Allahın yaratdığı insan təbiətinə də insan özü sonradan uyğun olmayan düşüncə tərzləri, inançlar, məzhəblər və davranışlarqatar. Məhz Peyğəmbərimiz əleyhissəlam da bunu vurğulamaqdadır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1982.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.