Kredit kartını POS maşına oxutdurub nağd pul götürmək olar?
Müsəlmanlar > Faiz və kredit > Fitvalar > Kredit kartı Tarix: 01 Temmuz 2013 Tövsiyə et Çap et
Sual: Bəzən elə olur ki, mağazalara gedib tanış satıcılarla razılaşır və kredit kartımızı onların POS maşınlarına oxutdurub nağd pul alırıq. Əslində isə nəsə bir mal və yaxud xidməti satın almırıq. Bu cür hərəkət etmək İslam hüququna əsasən düzgündür?

Cavab: Bu əməliyyat dini cəhətdən düzgün deyil. Bu, alış-satış donu geyindirməklə həyata keçirilən faizli bir əməliyyatdır. Birbaşa faizdir. Faiz isə məlum olduğu kimi, haramdır.

Bu məsələni bir az açaq:

Al-verlə məşğul olan və mağazasında hansısa bankın POS maşını olan ticarət adamları sizə bu əməliyyatın nəticəsində əldən – nağd olaraq (misal üçün) 97 manat verirlər. Siz isə banka 100 manat ödəməli olursunuz. Borc məsələlərində yaranan hər cür artıqlıq eynilə bunun kimi, faizdir. Çünki faiz borcdan götürülən gəlir deməkdir.

Qeyd edək ki, bəşəriyyət tarixin alış-satış adı altında faizli əməliyyatlarla əlaqədar misallarla doludur. Bu məsələlərlə yaxından tanış olmaq istəyirsinizsə, aşağıdakı keçidlərdəki “Ticarət və faiz” adlı kitabımızı oxuyun:

http://www.suleymaniyevakfi.com/10-ticaret-ve-faiz.html

http://www.suleymaniyevakfi.org/kitaplarimizi-indirin?did=15

Faizə dair ətraflı məlumat isə saytımızda mövcuddur:

http://www.muselmanlar.com/fitvalar/faiz

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.237 dəfə oxundu