Müsəlmanlar

Adlar taleyə təsir edir?

Sual: Uşaqlara qoyulan adlar həyatlarının gedişatına təsir edir? Deyilənə görə, Gül adı qoyulan qızın ömrü gül kimi az olur. Xalid (ölümsüz) adı qoyulan oğlan uşağının ömrü isə çox uzun olur. Bunlar nə dərəcədə düzdür? Belə bir şey mümkündür?

Cavab: Bundan heç söhbət də gedə bilməz. Adların qəzavü-qədər, başqa cür desək, insanın taleyinə heç bir təsiri yoxdur. İstər müsbət olsun, istərsə mənfi.

Bir insanın nə vaxt öləcəyini ancaq Allah bilir. Çünki bunu O müəyyənləşdirir.

Əcəlin uzanmağı qətiyyən mümkün deyil. Lakin Quran ayələrində əcəlin qısalmağına dair məlumat var. Bu 2 şey əcəlin qısalmağına səbəb olur:

Səhv hərəkətlər və özünü Allahın yolunda fəda etmək.

Odur ki, uşağa qoyulan adın onun aqibətinin necə olacağına bir təsiri yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.