Qəbir ziyarəti
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 29 iyun 2009 Tövsiyə et Çap et
Sual: İslam dini baxımından qəbir ziyarətləri necə olmalıdır? İnsanlar qəbir üstünə getdikləri vaxt hansı məsələlərə diqqət yetirməlidirlər?

Cavab: Muhəmməd peyğəmbər qəbir üstünə getməyi tövsiyə edib. O, bu barədə belə buyurub:

Qəbirləri ziyarət edin, bu, sizə axirəti (o biri dünyanı) xatırladar.1

Qəbir və türbələri ziyarət edərkən İslamın əsl məğzi, eləcə də tövhid (tək allahlılıq, monoteizm) anlayışı ilə ziddiyyət təşkil edən, etiqad baxımından zərərli olan davranış və tutumlardan uzaq durmaq lazımdır. Çünki dinimizdə qəbirlərin ziyarət edilməsiylə əlaqədar bəzi prinsiplər var.

Bu prinsiplərə əsasən qəbir ziyarəti vaxtı aşağıdakı hallara qətiyyən yol verməmək lazımdır:

1 – Türbələrdəki ölüləri fövqəlbəşər varlıqlar hesab etmək və onlar haqqında: “Bu şəxslər Allahın sevimli bəndələridir. Allah onların sözünü qəbul edər və xətirlərinə dəyməz”, – deyib onları Allahla özləri arasında vasitəçi etməyə çalışmaq;

2 – Qəbir üstünə getməyi dini bir borc kimi qəbul etmək;

3 – Qəbirlərə əski parçası və qatma bağlamaq, orada şam, çıraq və sairə yandırmaq;

4 – Türbə, pir və qəbirlərdə yatan ölülərə nəzir etmək;

5 – Belə yerlərdə qurban kəsmək;

6 – Konfet, şəkər, noğul, nabat və bunlara oxşar şeylər paylayıb kömək diləmək;

7 – Qəbir üstündə ucadan ağlayıb səs-küy salmaq;

8 – Qəbirlərin ətrafındakı dəmir və daşları öpmək, onları qucaqlayıb ağlamaq.

Belə şeylər tövhid dini olan İslamın hökmlərinə heç cür uyğun gəlməyən şeylərdir. Ölülərdən nəsə ummaq və onlardan bir şey gözləmək şirk, başqa sözlə, Allaha şərik qoşmaqdır. Şirk isə Allah Təalanın heç vaxt bağışlamayacağını bildirdiyi yeganə günahdır. Qurani-Kərimdə bu barədə belə deyilir:

“Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, doğru yoldan tamamilə çıxar”.2

Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir. Qəbrin yanına gələndə: “Ey möminlər yurdunun sakinləri! Sizə salam olsun! İnşallah biz də sizin cərgənizə qoşulacağıq. Allah bizdən və sizdən ölmüş və ölməmiş olanlara rəhmət etsin. Allahdan bizə və sizə mərhəmət diləyirik. Ey Allahım! Bunlara rəhmət et, bağışla onları. Onları Cəhənnəm əzabından qoru və Cənnətinə qoy”, – deyib dua etmək də olar.

QEYD: Pirlər, türbə, ocaq və ziyarətgahlarla əlaqədar bir tədqiqat işi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

http://www.muselmanlar.com/fitvalar/2595.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. İbn Macə, Sünən, Cənaiz, 47. []
  2. Nisa, 4/116. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 836 dəfə oxundu
2 Qəbir ziyarəti 29.06.09 2.370 dəfə oxundu
3 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 744 dəfə oxundu
4 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 515 dəfə oxundu
5 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 465 dəfə oxundu
6 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 492 dəfə oxundu
7 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 430 dəfə oxundu
8 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 502 dəfə oxundu
9 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 376 dəfə oxundu
10 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 835 dəfə oxundu
11 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 260 dəfə oxundu
12 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 397 dəfə oxundu
13 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 330 dəfə oxundu
14 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 249 dəfə oxundu
15 Pir və ziyarətgahlar 07.12.10 660 dəfə oxundu
16 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 188 dəfə oxundu