Məcbur qalıb başı açmaq
Müsəlmanlar > Fitvalar > Geyim-kecim > Hicab-təsəttür Tarix: 17 Aralık 2010 Tövsiyə et Çap et
Sual: Mən 2 il bundan qabaq başımı bağladım. Namaz qılmağa başladım. Biz Almaniyada yaşayırıq. Hicab geyinməyim əvvəllər ərimi narahat etmədi. Ancaq sonra mənə dedi ki, başını aç. Mən hicabda olduğuma görə Alman dostlarının yanında utanır. Mən ona müqavimət göstərirəm. Birdən elə olur ki, onun təzyiqlərinin qarşısından sustalıram. Məni hədələyir ki, başını açmasan, səndən boşanacağam. Bunun günah olduğunu bilirəm. Lakin nə edəcəyimi bilmirəm. Sizcə mən nə etməliyəm?

Cavab: Möminə xanımların örtünməyi Allahın açıq-aydın əmridir. Heç bir səbəb icazə vermir ki, Allahın əmri yerinə yetirilməsin. İslam dininə əsasən içində Allaha üsyan olan bir məsələdə yaradılanlara itaət etmək olmaz. Siz səbrli olun, müqavimət göstərin və bunun Allahın əmri olduğunu həyat yoldaşınıza hər dəfə başa salmağa çalışın. Əgər buna görə sizi boşasa, o vaxt Allahdan daha xeyirli olanını istəyin. Görəcəksiniz, sizin üçün daha yaxşı olacaq. Quranda Allah Təala belə buyurur:

“Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər yaxşı davranıb qorunsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır”.

“Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”.

“Əgər ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah (hərşeyi) Əhatə edəndir, Müdrikdir”. (Nisa 4/128-130.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
9.648 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qurandakı cəlabib sözünün mənası çadra deməkdir? 16.08.09 3.273 dəfə oxundu
2 Gəlin paltarı geyinmək 30.11.10 8.381 dəfə oxundu
3 Dəstəmaz alanda hicabın üstündən məsh çəkə bilərik? 10.02.16 2.068 dəfə oxundu
4 Qadının evdə başı açıq oturması 16.08.09 4.044 dəfə oxundu
5 Məcbur qalıb başı açmaq 17.12.10 9.648 dəfə oxundu
6 Dövlət qadınların niqabla imtahana girmələrinə mane ola bilərmi? 19.12.16 953 dəfə oxundu
7 Alman məktəblərində müsəlman qızların geyimi haqqında 16.08.09 3.385 dəfə oxundu
8 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 2.460 dəfə oxundu
9 Hicaba qarşı çıxan valideynə itaət  etməliyəm? 15.09.17 1.047 dəfə oxundu
10 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 7.137 dəfə oxundu
11 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 2.869 dəfə oxundu
12 Namaza duran qadın nə üçün örtünməlidir? 21.09.18 421 dəfə oxundu
13 Məhrəm və naməhrəm məsələləri 16.08.09 8.595 dəfə oxundu
14 Müsəlman bir qadının təsəttürü necə olmalıdır? 22.11.14 2.790 dəfə oxundu
15 Quranda Hicab/Başörtüsü. 24.09.18 724 dəfə oxundu
16 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 8.034 dəfə oxundu
17 Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır? 08.03.11 3.420 dəfə oxundu
18 Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər? 15.01.10 4.539 dəfə oxundu
19 Dikdaban ayaqqabı geyinmək günahdır? 07.04.11 5.719 dəfə oxundu
20 Çadra geyinmək ifrata varmaq deməkdir? 08.02.10 7.821 dəfə oxundu
21 Qadın təsəttür məqsədilə mütləq niqab taxmalıdır? 13.09.11 3.708 dəfə oxundu
22 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 6.455 dəfə oxundu
23 Bir gəlin ögey qayınatasının yanında başıaçıq gəzə bilər? 03.10.11 2.014 dəfə oxundu
24 Hicablı qadınlar pasport üçün fotoşəkli necə çəkdirməlidirlər? 15.12.14 2.734 dəfə oxundu
25 Müsəlman qadın paltarlı yatmalıdır? 27.01.12 4.278 dəfə oxundu
26 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.640 dəfə oxundu
27 Hicab duası var? 30.01.12 3.769 dəfə oxundu
28 Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir? 16.08.09 4.930 dəfə oxundu
29 Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur? 07.04.10 2.591 dəfə oxundu
30 Atamın xəbərdarlığına baxmayaraq başımı açsam, o da günaha batar? 06.02.12 2.207 dəfə oxundu
31 Qadınların örtünməyinin səbəbi nədir? 16.08.09 3.280 dəfə oxundu
32 Pariklə əlaqədar fikriniz hicaba zidd deyilmi? 07.04.10 2.319 dəfə oxundu
33 Qadınların hamama getməyi günahdır? 11.04.12 3.096 dəfə oxundu
34 Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır? 16.08.09 20.293 dəfə oxundu
35 Müsəlman qadının parik taxmağı düzgündür? 07.04.10 2.378 dəfə oxundu
36 Bir qadın öz babasının yanında başıaçıq dayana bilər? 04.02.13 2.276 dəfə oxundu
37 Müsəlman qadının başı açıq işləməsi 16.08.09 4.270 dəfə oxundu
38 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 4.283 dəfə oxundu
39 9 yaşlı qız uşağı başını bağlamalıdır? 11.08.13 8.389 dəfə oxundu
40 İslam dininə əsasən qadınlar çadra geyinməlidirlər? 16.08.09 4.150 dəfə oxundu
41 Reyhanə anamız hicab geyinməyib? 29.11.10 3.159 dəfə oxundu
42 Hicabı tərk etmək nə dərəcədə düzgündür? 04.12.13 3.496 dəfə oxundu