Peyğəmbərə salavat demədən dua etmək olmaz?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 22 Kasım 2010 Tövsiyə et Çap et
Sual: Dua etməyə başlamadan əvvəl mütləq peyğəmbərimizə salatu-salam (salavat) gətirmək lazımdır? Deyilənə görə salavat oxumadan dua Allah Təalaya gedib çatmır. Bu nə dərəcədə düzdür?

Cavab: Namaz qıldıqdan sonra və yaxud da dua edildiyi vaxt duaya Allaha həmdü-səna və peyğəmbərimizə salavatla başlamaq şərt deyil, tövsiyədir. Bir hədis belədir:

Fəzalə ibn Übeyddən (r. a.) nəql edilir ki, o belə deyib: Rəsulullah (s. a. v.) məsciddə oturmuşdu. Bir nəfər gəlib namaz qıldı. Sonra belə dua etdi:

“Allahım, məni bağışla. Mənə mərhəmət et”.

Bunun üstündən peyğəmbər buyurdu:

“Ey namaz qılan, sən tələsdin. Namaz qılıb oturduğun vaxt Allaha layiq olduğu kimi həmd et, sonra mənə salavat və salam de, ardınca da hansı duanı edəcəksənsə, et”.

Sonra başqa bir nəfər də namaz qıldı. Namazdan sonra Allaha həmdü-səna edib peyğəmbərə salavat gətirdi. Başqa bir iş görmədi. Peyğəmbər o adama belə dedi:

“Ey namaz qılan kəs! Dua et, duan qəbul olunsun (müstəcəb olsun)”.1

Bəziləri deyirlər ki, peyğəmbərimizə salavat gətirməmiş dualar Allah qatına yüksəlməz. Onlar aşağıdakı hədis rəvayətini əsas tuturlar:

Ömər ibn Xəttabdan (r. a.) rəvayət olunduğuna əsasən o belə deyib:

“Dua göylə yerin arasında qalır. Peyğəmbərə (s. a. v.) salavat gətirənə qədər həmin duadan heç bir şey Allah qatına yüksəlmir”.2

Tirmizinin hədislərini şərh edən Əl-Mübarəkfuri isə bu sözün peyğəmbərimizə deyil, həzrəti Ömərə məxsus olduğunu bildirmiş, hədisin sənədindəki ravilərdən Əbu Qurra Əl-Əsədinin məchul (bilinməyən, tanınmayan) bir nəfər olmağına görə bu hədisin zəif hədis olduğunu demişdir.3

Ulu Allah buyurur ki, mənə dua edin, duanızı qəbul edim. Mənə ibadət etməyə təkəbbürlülük göstərənlər xor (zəlil) və alçalmış olaraq Cəhənnəmə girəcəklər. (Mömin, 40/60.)

Göründüyü kimi, ayədə duadan əvvəl həmdü-səna və salavat gətirmək kimi bir şərtdən danışılmır.

Allah Təala Quranda açıq-aydın formada Ondan necə kömək istəmək lazım olduğunu bildirib. Bununla əlaqədar ayələr belədir:

“Ey iman gətirənlər! Səbr və namazla Allahdan kömək diləyin. Çünki Allah şübhəsiz, səbr edənlərlə bərabərdir”. (Bəqərə, 2/153.)

“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”. (Bəqərə, 2/186.)

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar”. (Əraf, 7/180.)

“Rəbbinizə yalvara-yalvara və gizlincə dua edin. Çünki O, həddini aşanları sevməz”. (Əraf, 7/55.)

“Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir”. (Fatir, 35/10.)

Axırıncı ayədəki yaxşı əməl sadəcə olaraq salatu-salamdan ibarət deyil. Ona görə də yuxarıdakı hədisin ayələrlə üst-üstə düşmədiyini rahatlıqla deyə bilərik.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Dəavat, 65. []
  2. Tirmizi, Səlat, 352. []
  3. Əl-Mübarəkfuri, Töhfətul-Əhvəzi, 2-ci cild, s. 357, 486-cı hədisin şərhi. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
9.600 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İstixarə nə deməkdir? 28.03.10 4.370 dəfə oxundu
2 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 2.404 dəfə oxundu
3 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 4.009 dəfə oxundu
4 Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı? 03.02.16 911 dəfə oxundu
5 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 1.859 dəfə oxundu
6 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 2.925 dəfə oxundu
7 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 3.098 dəfə oxundu
8 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 6.384 dəfə oxundu
9 Hicab duası var? 30.01.12 3.181 dəfə oxundu
10 Bəzi ayələrdəki “Allahın zikri” ifadəsi ilə nə nəzərdə tutulur? 01.05.14 1.226 dəfə oxundu
11 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 23.030 dəfə oxundu
12 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 1.554 dəfə oxundu
13 Evlənmək ya da arzularıma nail olmaq üçün nə etməliyəm? 17.03.14 8.470 dəfə oxundu
14 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 5.386 dəfə oxundu
15 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.103 dəfə oxundu
16 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 3.921 dəfə oxundu
17 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 3.185 dəfə oxundu
18 Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? 01.05.11 11.660 dəfə oxundu
19 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 2.932 dəfə oxundu
20 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 2.066 dəfə oxundu
21 Azan duasını məsciddə camaatla birlikdə etmək doğrudur? 13.12.12 1.825 dəfə oxundu
22 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 2.970 dəfə oxundu
23 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 1.582 dəfə oxundu
24 Kagıza yazılan duanı atmaq olarmı? 25.01.16 1.304 dəfə oxundu
25 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 2.135 dəfə oxundu
26 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 10.219 dəfə oxundu
27 Quran 29/45-dəki “ən böyük zikr”lə nə nəzərdə tutulur? 15.01.14 1.895 dəfə oxundu
28 “Üzünün suyu xatirinə” – deyə, dua etmək olar? 06.10.14 1.450 dəfə oxundu
29 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 1.487 dəfə oxundu
30 Sələfilərin iddia etdiyi kimi camaat halında təsbih çəkmək bidətdir? 30.09.15 852 dəfə oxundu
31 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 741 dəfə oxundu
32 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.605 dəfə oxundu
33 Səmimi olaraq edilən hər dua qəbul edilirmi? 10.03.15 1.667 dəfə oxundu
34 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 9.600 dəfə oxundu
35 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.386 dəfə oxundu
36 Bəddua etmək nə dərəcədə doğrudur? 31.07.15 1.244 dəfə oxundu
37 İmtahanda müvəffəq olmaq üçün hansı duanı oxumaq lazımdır? 26.11.14 22.384 dəfə oxundu
38 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.785 dəfə oxundu
39 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 1.057 dəfə oxundu
40 Zikrin fəzilət və faydaları 26.11.10 4.314 dəfə oxundu
41 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 4.266 dəfə oxundu
42 Ölmüş əqrabalarımız dua etməklə əfv edilə bilər? 29.07.16 672 dəfə oxundu
43 “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” demək nə dərəcədə doğrudur? 02.03.16 2.422 dəfə oxundu
44 Cövşən nədir? 21.01.11 4.528 dəfə oxundu
45 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 4.249 dəfə oxundu
46 Camaatla bərabər dua etməyin dinimizdəki yeri nədir? 08.09.17 107 dəfə oxundu
47 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 2.099 dəfə oxundu
48 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 5.920 dəfə oxundu
49 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 1.800 dəfə oxundu
50 “Allahım! Səndən Sənə sığınıram” deyə bir dua varmı? 20.09.17 209 dəfə oxundu