Qeybə inanmaq nə deməkdir?
Müsəlmanlar > Fitvalar > İman-əqidə-ibadət Tarix: 29 Nisan 2010 Tövsiyə et Çap et
Sual: Bəqərə surəsinin 3-cü ayəsində deyilir ki, onlar qeybə inanırlar. Qeyb sözü ilə nə nəzərdə tutulur? Əgər qeyb itmiş bir şeydirsə, ona iman necə olur?

Cavab: Allah Təala Bəqərə surəsinin 3-cü ayəsində belə buyurur:

Onlar qeybə inanırlar. Namazı müntəzəm surətdə qılırlar. Onlara verdiyimiz ruzidən xeyirxah işlərə sərf edirlər. (Bəqərə, 2/3.)

Bu ayəyə əsasən aşağıdakıları söyləmək olar:

1) Allaha inanmaq qeybə iman gətirmək deməkdir.

Allah həm zahir, həm də batindir; yəni, onun varlığının həm aşkar, həm də gizli cəhətləri var. Allahın varlığı aşkardır. Çünki hər şey onun varlığının bir sübutudur. Hər insan öz müşahidələri ilə Allahın varlığını, birliyini, onun yaradıcı olduğunu və qüdrətini qəti surətdə qəbul edir. Buna sanki onu gözüylə görmüş və əli ilə toxunmuş kimi şahid olur. Elə buna görə də peyğəmbərlər onun varlığını sübut etməyə çalışmayıblar. Quranda da Allahın varlığının isbat edilməsi ilə əlaqədar bir ayə yoxdur.

Allahın görünməyən cəhəti də vardır. Heç kim onun necə olduğunu bilmir. O, heç bir varlığa oxşamır. Öz-özünə, öz-özlüyündə və bütün xüsusiyyətlərində təkdir. Bu dünyada onu görmək qeyri-mümkündür.

Peyğəmbərlərin ən çox diqqət yetirdikləri məsələ araya insanlar tərəfindən qoyulmuş ilah və bütlər mövzusudur. Allahın varlığı ilə əlaqədar çoxlu sübut olduğu halda, ondan başqa bir tanrının varlığı ilə bağlı heç bir sübut yoxdur.

Belə bir iddia var ki, İbrahim peyğəmbər Allahın varlığını sübut edib və bu sübut Ənam surəsinin 75-ci və sonrakı ayələrində öz əksini tapıb. Bu iddia doğru deyil. O ayələrdə İbrahim əleyhissəlama göylərin və yerin mələkutunun, yəni, oradakı hökmranlığın kimə aid olması bildirilib. Çünki o cəmiyyətin insanları əslində göylərin və yerin Allah tərəfindən yaradıldığını bilirdilər; amma bunların idarə edilməsi məsələsinin günəş, ay və ulduzlara həvalə edildiyini iddia edirdilər. Günəş, ay və ulduzlarda bir ruhanilik olduğuna inanır, heykəllərin qabağında təzim edir və onlardan bəzi şeylər istəyirdilər. Beləliklə, Allaha şərik qoşurdular. İbrahim əleyhissəlam onlara belə demişdi:

Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən  şərik qoşanlardan deyiləm!

Həzrəti İbrahimin bu sözlərindən sonra onların heç biri göyləri və yeri yaradanın kim olduğunu soruşmadı; çünki bunu bilirdilər. Lakin günəş, ay və ulduzlarda bir canlılıq olduğunu və onlara bəzi səlahiyyətlər verildiyini iddia edirdilər. Buna görə də İbrahimlə mübahisəyə girişdilər. İbrahim onlara dedi:

Allah mənə hidayət verdiyi [məni doğru yola yönəltdiyi] halda, siz mənimlə Allah barəsində mübahisə edirsiniz? Mən Rəbbimin istədiyi şeylər istisna olmaqla, sizin ona şərik qoşduğunuz şeylərdən qorxmuram! Rəbbim hər şeyi öz elmi ilə əhatə edib. Məgər ağlınız başınızda deyil?”, – dedi.

Ona şərik qoşduqlarınızdan niyə qorxmalıyam? Siz isə Allahın onlara ibadət edilməsi barədə heç bir dəlil endirmədiyi halda, ona şərik qoşmaqdan qorxmursunuz. Əgər bilirsinizsə, bu iki tərəfdən hansı [o dünya əzabından] arxayın olmağa daha layiqdir (Ənam, 6/79-81)?

Şərik qoşan insan ən azı iki tanrı qəbul edir. Bunlardan birincisi həmişə Allahdır. Digəri də Allahla özü arasında vasitəçilik etdiklərinə inandığı şeylərdir. Belə insan bu cür vasitəçilərə Allaha xas olan bəzi xüsusiyyətlər yaraşdırır və müşrik olur. Yeganə istinad nöqtəsi özündən böyüklərdən eşidib gördüyü şeylər, başqa sözlə, adət-ənənə və ənənəvi şeylərdir. Belə insanlar öz ağıllarından istifadə edib fikirləşmirlər. Allah Təala bu barədə belə buyurur:

Onlara: “Allahın endirdiyinə və elçisinə tərəf gəlin!”, – deyildiği vaxt: “Atalarımızın tutduğu yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs onların ataları heç bir şey bilməyib,  haqqın yolunda deyildilərsə, necə olacaq (Maidə, 5/104)?!

Allah ağlını işlətməyənləri murdarlığa düçar edər (Yunus, 10/100)!

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allahındır. Allahdan başqasına sığınanlar ona qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə tabe olar və yalan [özlərinə sərfəli olan şeylər] danışarlar (Yunus, 10/66).

Allah ilə insanlar arasında vasitəçi olduqları güman edilən ilahların heç bir zahiri və batini cəhəti yoxdur. Onların guya yerinə yetirdikləri bu funksiya nə ağla, nə həqiqətə, nə də Allahın kitabına uyğundur. Buna görə də bunlar heç bir əsası olmayan batil inanclardır.

2) Peyğəmbərlərə inanmaq qeybə inanmaqdır.

Bu məsələnin həm zahiri, həm də batini cəhətləri var. Allah bəzi insanları elçi olaraq seçmiş, öz əmrlərini onların vasitəsi ilə bildirmiş və hər elçiyə bir sənəd vermişdir. Bu sənəd təqlid edilə bilmədiyinə görə möcüzə adlanır. Möcüzəni görən insan o elçinin Allahın peyğəmbəri olduğunu qəti surətdə başa düşür. Buna sanki Allah o peyğəmbəri seçəndə orada imiş kimi şahidlik edir. «Əşhədu ənnə Muhammədən ‘abduhu və rəsuluh [Mən şahid oluram ki, Muhəmməd Allahın qulu və elçisidir]!» deməyinin səbəbi də budur. Çünki onun möcüzəsi olan Qurani-Kərim üzərində düşünən hər insan asanlıqla belə bir qənaətə gəlir. Bu cəhət həzrəti Muhəmmədin peyğəmbərliyinin zahiri cəhətidir. Lakin biz onun özünü görməmişik. Quranı Allah tərəfindən gətirən elçinin Muhəmməd peyğəmbər (s. a. v.) olduğunu bizə elə Qurani-Kərimin özü bildirir. Bu da onun qeyb cəhətidir. Buna görə də Muhəmməd peyğəmbərə (s. a. v.) və Quranda adı çəkilən digər peyğəmbərlərə iman gətirmək eyni zamanda qeybə inanmaqdır.

3) Axirət dünyasına inanmaq da qeybə iman etməkdir.

Bunun da görünən və görünməyən cəhətləri var. Ölən təbiətin yenidən canlanması insanın da yenidən diriləcəyinə dair bir işarədir. Allah Təala belə buyurur:

Küləkləri öz mərhəmətinin önündə müjdəçi olaraq göndərən Allahdır. Küləklər yağmur yüklü buludları hərəkət etdirdiyi vaxt, biz o buludları ölü bir məmləkətə tərəf qovur, oraya yağış yağdırır və bu yağışla hər cür mer-meyvə yetişdiririk. Budur, biz ölüləri də belə dirildib çıxardacağıq! Bəlkə, fikirləşib ibrət alasınız (Əraf, 7/57)!

Hər insanın əbədi yaşamaq, başqa sözlə, ölməzlik istəyi var. Hamı bir gün əvəzsiz qalan yaxşılıq və pisliklərin haqq-hesab edilməsini  gözləyir və yaxşılara mükafat, pislərə də cəza verilməli olduğuna inanır. Bütün bunlar bu dünyada həyata keçməyibsə, deməli, bunların həqiqətə çevriləcəyi bir yer mütləq olmalıdır. Allahın kitabı – Qurani-Kərim bu barədə insanı qane edən məlumatlar verdiyinə görə bütün bunlara, yəni, axirət dünyasına inanmaq lazımdır. Bu inanc eyni zamanda Qurana olan inamın da bir parçasıdır. Beləliklə, qeybə iman gətirmək kor-koranə deyil, açıq-aşkar dəlillərə əsaslanan bir imandır. Çünki Quranın Allahın kitabı olduğuna inanan hər bir şəxs o kitabda xəbər verilən şeylərin  doğru olduğunu da dərk edir. İnsanın fitrəti də o xəbərlərin doğru olduğunu təsdiq edir.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.564 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ərə gedəcək qızlar, oğlanda hansı keyfiyyətləri axtarmalıdır? 04.04.16 2.026 dəfə oxundu
2 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 3.346 dəfə oxundu
3 Ateizmlə əlaqədar təbliğata münasibətiniz nədir? 11.08.14 1.168 dəfə oxundu
4 Allahın Rəbb adı Əsmai-hüsnada nə üçün yoxdur? 19.05.13 1.784 dəfə oxundu
5 Öz roluna əsasən Allaha şərik qoşan həqiqətdə də şərik qoşmuş hesab olunur? 29.01.15 1.034 dəfə oxundu
6 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.470 dəfə oxundu
7 Münafiqlər özlərini münafiq olaraq görürlərmi? 05.04.17 400 dəfə oxundu
8 Hansı məzhəbə tabe olmaq lazımdır? 29.04.19 227 dəfə oxundu
9 Ali-İmran surəsinin 86-cı ayəsi kəlimeyi-şəhadətin sübutudur? 03.05.14 1.626 dəfə oxundu
10 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.172 dəfə oxundu
11 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.321 dəfə oxundu
12 Məqamı Mahmud nə deməkdir? 13.08.15 1.084 dəfə oxundu
13 Böyük günah törətmək Allaha şərik qoşmaq deməkdir? 09.02.15 1.324 dəfə oxundu
14 Vəsilə nədir? 27.05.16 2.244 dəfə oxundu
15 Mücadilə surəsi 14-cü ayəsində qəzəbə düçar olan cəmiyyət hansıdır? 10.04.17 286 dəfə oxundu
16 “Sənə gəlib bağışlanma istəsələrdi” ayəsi vəsiləyə dəlil deyilmi? 20.05.19 180 dəfə oxundu
17 Qeybə inanmaq nə deməkdir? 29.04.10 2.564 dəfə oxundu
18 Xeyir və şərin Allahdan olmağı barədə məlumat 12.11.11 3.730 dəfə oxundu
19 Allah elə bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın? 06.01.12 1.997 dəfə oxundu
20 İbadət məsələsində məcburiyyət ola bilər? 08.08.13 1.406 dəfə oxundu
21 Peyğəmbərimizin ruhu hələ də bizimlə bərabərdir? 16.02.15 1.483 dəfə oxundu
22 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 696 dəfə oxundu
23 Bilmədən şirkə düşən insanın halı nədir? 19.04.17 457 dəfə oxundu
24 “Sənin yanına gəlib bağışlanma istəsələrdi” ayəsi vəsiləyə dəlil deyilmi? 19.07.19 130 dəfə oxundu
25 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 4.113 dəfə oxundu
26 İnsanın əqidəsi və ürəyi fitnə-fəsada məruz qala bilər? 07.06.10 1.776 dəfə oxundu
27 Hənif nə deməkdir? 11.07.11 2.682 dəfə oxundu
28 “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” demək nə dərəcədə doğrudur? 02.03.16 4.375 dəfə oxundu
29 “Axırıncı din İslamdır” demək düzdür? 14.08.13 1.428 dəfə oxundu
30 Münafiqləri tanımanın bir üsulu varmı? 18.02.15 1.116 dəfə oxundu
31 Yaxşı niyyətli məmurların məsuliyyətlərinin ölçüsü nədir? 15.07.16 575 dəfə oxundu
32 Samirinin görüb başqasının görmədiyi şey nədir? 01.05.17 538 dəfə oxundu
33 Dünya imtahanında müvəffəq olmaq üçün ən çox nəyə fikir vermək lazımdır? 10.08.14 1.141 dəfə oxundu
34 Edama məhkum edilən İranlı gəncin şiəliyi mühakimə edən kitabı 13.10.15 1.207 dəfə oxundu
35 Əməl imanın bir hissəsidir? 09.06.11 1.662 dəfə oxundu
36 İnsan nə vaxt məsuliyyət daşıyır? Yetkinliklə, yoxsa rüşdlə? 06.05.14 1.599 dəfə oxundu
37 Allah Öz adları ilə məxluqata təcəlli edir? 08.11.13 1.839 dəfə oxundu
38 Günah iş görən insanlar Allaha şərik qoşmuş olurmu? 19.02.15 1.228 dəfə oxundu
39 Quranda Allahdan başqasına itaət əmri varmı? 12.07.16 869 dəfə oxundu
40 Çətin vəziyyətə düşməmək üçün əqidəmizi gizlədə bilərik? 03.05.17 559 dəfə oxundu
41 Dövlət başçılarını təhqir etmənin dini bir cəzası varmı? 22.04.16 764 dəfə oxundu
42 İnsanları təkfir etmək bizim vəzifəmizdir? 28.03.16 614 dəfə oxundu
43 Şirk və küfr 14.07.11 3.646 dəfə oxundu
44 Qiblə əhlini təkfir etmək nə deməkdir? 28.02.12 1.856 dəfə oxundu
45 Zaman nədir? 11.11.13 2.130 dəfə oxundu
46 Yalan danışmağın pis olduğunu hansı təbiət hadisələrindən başa düşə bilərik? 08.03.15 1.215 dəfə oxundu
47 Qumar, faiz və zina bir ölkədə qanuni isə idarəçilərinin məsuliyyəti nədir? 18.07.16 662 dəfə oxundu
48 “Hüzurumuza ilk yaratdığımız kimi gəldiniz” ayəsini necə başa düşəcəyik? 03.07.17 245 dəfə oxundu
49 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.831 dəfə oxundu
50 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.556 dəfə oxundu
51 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 6.996 dəfə oxundu
52 Doğru zənn etdiyimiz səhvlərdən axirətdə məsuliyyət daşıyırıqmı? 20.11.15 862 dəfə oxundu
53 İnsanda Allah inancı anadangəlmə olur, yoxsa kəsbi? 14.11.13 1.604 dəfə oxundu
54 Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? 15.04.16 1.610 dəfə oxundu
55 Hər hansı bir şəxs, utandığı üçün imanını və namazını gizlədə bilərmi? 26.08.16 629 dəfə oxundu
56 Allah üçün sevmək və ya qəzəblənmək nə deməkdir? 17.07.17 287 dəfə oxundu
57 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 2.695 dəfə oxundu
58 İman əql vasitəsilə olmalıdır? 22.11.10 1.853 dəfə oxundu
59 Məzi bulaşmış şalvarla namaz qıla bilərik? 04.01.16 3.584 dəfə oxundu
60 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 768 dəfə oxundu
61 Teizm nə deməkdir? 18.11.13 2.058 dəfə oxundu
62 Haram ayların müasir dövrümüzdə bir hökmü varmı? 12.10.15 837 dəfə oxundu
63 Allah Təala, cəhənnəmlik olsunlar deyə insanları azdırırmı? 31.08.16 650 dəfə oxundu
64 Dövlətin dini olurmu? 07.08.17 94 dəfə oxundu
65 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 2.603 dəfə oxundu
66 Qeyb və qeybə iman gətirmək nə deməkdir? 25.11.10 2.638 dəfə oxundu
67 Allah haradadır? 10.08.11 4.440 dəfə oxundu
68 Qurandakı “Allahın əli” kimi ifadələri necə başa düşməliyik? 17.01.13 2.402 dəfə oxundu
69 Planlarımız alınmırsa, nə etməliyik? 15.12.13 1.774 dəfə oxundu
70 Ağlımızdan keçən şeylərdən ötrü savab və ya günah qazanırıqmı? 15.04.15 1.699 dəfə oxundu
71 Mələklər insanlara necə şəfaət edər? 02.09.16 766 dəfə oxundu
72 İnsanı kafir edən günahlar hansılardı? 27.10.17 606 dəfə oxundu
73 Allah Ərşə istiva etdi. Bu nə deməkdir? 18.12.09 2.222 dəfə oxundu
74 Ömrünü Allah yolunda keçirən bir nəfər can üstündəykən imanını itirə bilər? 25.01.11 2.317 dəfə oxundu
75 Əhli beyti sevmək imanın şərtidirmi? 25.08.15 1.737 dəfə oxundu
76 İbrahim surəsinin 4-cü ayəsinə sizin kimi məna verən qədim dövr alimləri olub? 26.02.13 1.767 dəfə oxundu
77 Dünyanı axirətdən üstün tutmaq insanı imansız hala salır? 17.12.13 1.394 dəfə oxundu
78 Hansı hallarda günah işləyən adam kafir sayılır? 22.04.15 1.386 dəfə oxundu
79 Ərəb dilini bilmədən İslamı doğru mənbədən necə öyrənəcəyik? 09.11.16 576 dəfə oxundu
80 İmamlar xilafət davası güdmüşlərmi? 18.12.17 205 dəfə oxundu
81 Hərdən üsyan edib sonra tövbə etmək günahdır? 23.12.15 977 dəfə oxundu
82 İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir? 26.01.11 2.899 dəfə oxundu
83 Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur? 17.04.14 1.436 dəfə oxundu
84 Valideynin etdiyi pisliklərin əvəzi uşaqlarından çıxır? 04.03.13 3.144 dəfə oxundu
85 İlah sözünü tanrı formasında tərcümə etmək düzdür? 18.12.13 1.362 dəfə oxundu
86 Qurana davranışları yönüylə insanlar neçə qrupa ayrılır? 27.04.15 925 dəfə oxundu
87 İbadətlərinə çox diqqət edən, amma rabitə quran bir adamın halı nədir? 23.12.16 506 dəfə oxundu
88 Bəzi hallarda ibadətlərə qarşı istəksiz olmaq normaldırmı? 22.12.17 166 dəfə oxundu
89 Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı? 03.02.16 1.063 dəfə oxundu
90 Böyük günahlar hansılardır? Böyük günah törədən kafirdir? 31.01.11 16.310 dəfə oxundu
91 Şeytanın Allahdan qorxmağının mənası nədir? 22.09.11 2.124 dəfə oxundu
92 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.799 dəfə oxundu
93 Həzrəti Adəm asi olmasaydı, insanların imtahanı necə olardı? 20.12.13 1.422 dəfə oxundu
94 Ölən şəxslər adına edilən yaxşılıqların savabı ölənə çatırmı? 04.05.15 1.181 dəfə oxundu
95 Təqva kəliməsinin mənası tam olaraq nədir? 17.02.17 407 dəfə oxundu
96 Allahdan başqa ilah və Rəbbdən başqa rəbb qəbul etmək nə deməkdir? 22.01.18 150 dəfə oxundu
97 Şeytan Allaha nə üçün üsyan etdi? Məgər şeytan ağılsız varlıqdır? 18.02.10 2.810 dəfə oxundu
98 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.852 dəfə oxundu
99 Allahı mütləq mənada dərk etmək mümkündür? 13.10.11 2.112 dəfə oxundu
100 Vaxtaşırı olaraq Allahın varlığından şübhələnmək vəsvəsədir? 16.04.13 2.842 dəfə oxundu