Öşrü torpağın yiyəsi verməlidir, yoxsa icarəyə götürən?
Müsəlmanlar > Fitvalar > Öşr Tarix: 16 Nisan 2010 Tövsiyə et Çap et
Sual: Yerfıstığı əkilən bir tarla var. Məhsuldan verilməli olan öşürü kim verməlidir? Tarlanın yiyəsi olan adam, yoxsa o yeri icarəyə götürüb işlədən adam?

Cavab: Allah Təala belə buyurur:

“Çardaqlı və çardaqsız bağ-bağatı inşa edən Allahdır. Dadları müxtəlif olan xurma və məhsulları, zeytun və narı bir-birinə oxşayan və oxşamayan formada yaradan Odur. Bar verdiyi vaxt barından yeyin. Yığım-biçin günü haqqını verin. İsraf etməyin. Çünki Allah israf edənləri sevməz”. (Ənam, 6/141.)

Məhsulu yığan torpağı icarəyə götürən adam olduğuna görə öşürü də o verməlidir. Hənəfi məzhəbində fitva verilən fikir bundan ibarətdir. Digər üç əhli-sünnə məzhəbi də eyni fikirdədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.500 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Öşrü torpağın yiyəsi verməlidir, yoxsa icarəyə götürən? 16.04.10 1.500 dəfə oxundu