Müsəlmanlar
Qadınların örtünməyinin səbəbi nədir?

Qadınların örtünməyinin səbəbi nədir?

Sual: Müsəlman qadınlar nə üçün başlarını bağlayırlar? Onların hicab geyinib təsəttürə bürünməyinin səbəbi nədir?

Cavab: Faiz məsələsində olduğu kimi qadınların örtünməsi məsələsində də əsas səbəb Allah Təalanın bu barədəki buyuruğudur. Amma necə deyərlər, ürəyin arxayın olması üçün başqa səbəblər də araşdırmaq mümkündür. Bu səbəblərdən bəzilərini aşağıdakı kimi xülasə edə bilərik:

1) Qadınlar öz bədənlərini nümayiş etdirməyə (göstərməyə), kişilər də öz növbələrində qadın bədəninə baxmağa həvəslidirlər. Bu baxışmalar danışıb söhbətləşməyə, söhbətləşmələr isə daha da dərinə gedib əxlaqi olmayan halların meydana gəlməsinə gətirib çıxarda bilər. Zinanın geniş yayılması, nəsillərin xarablaşması həmişə qadın-kişi münasibətlərindəki tarazsızlıqdan irəli gəlir. Geyim və örtünmək qadınla kişi münasibətlərində bir tarazlıq meydana gətirir. Bu yolla qadının kişiyə göstərə biləcəyi yerlərlə kişinin baxa biləcəyi yerlər minimum hədlərə endirilmiş olur.

2) Əxlaq baxımından aşağı səviyyədə olan bəzi şəxslər qadınlara sataşırlar. Bu, həqiqətdir. Örtünmək isə qadınlara bir ağırlıq və ciddiyət verdiyi üçün bu cür şəxslər örtülü qadınlara sataşmağa cəsarət edə bilmirlər. Qadınlar da bunun sayəsində rahat gəzmək imkanı əldə edirlər.