Müsəlmanlar

Ramazan Hilalı və Bayramı (2024).

Ramazan orucu və bayramı.

Ramazan bayramının hansı günə təsadüf etdiyini müəyyənləşdirmək məsələsi hər il olduğu kimi bu il də ixtilaf məsələsi olaraq qalır. Görünür vəhdətdən bəhs edən müsəlmanlar bayram günlərini yenə də fərqli günlərdə qeyd edəcəklər.

Bu ixtilaf, İslam din xadimlərinin Qurana əsaslanmamaqlarından, üsul xətalarına yol verməklərindən və ibtidai ənənələrinə bağlı qalmaqları ucbatından baş verməkdədir.

Türkiyənin din işləri komitəsi (1978-ci ildən etibarən) bu məsələdə Quranın istiqamətləndirdiyi düzgün bir metodla (yəni hesabla) hərəkət edir. Quran namaz vaxtlarının müəyyən edilməsində müşahidə aparmağı əmr edir. Qəməri təqvim məsələsini isə elm adamlarından ibarət olan heyət tərəfindən aparılan hesablamalara həvalə edir. Quranda deyilir:

“Ay və günəş müəyyən bir hesaba əsasən hərəkət edir”. (Rəhman, 55/5.)

“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər”. (Yunus, 10/5.)

Peyğəmbərin (s. a. v.) dövründə belə hesablamalar apara bilən elm adamları yox idi. Odur ki, o, yeganə çıxış yolu kimi belə deyirdi:

“Biz ümmi bir cəmiyyətik. Hesabı və yazını bilmirik. Bunu bilirik ki, ay ya 29, ya da 30 gündür”.

“Hilalı (Ramazan ayının hilalını, ayparanı) gördükdə oruc tutmağa başlayın. Hilalı (Şəvval ayının hilalını, ayparanı) gördüyünüz vaxt isə bayram edin. Hava tutqun olsa, hansı aydasınızsa, o ayı 30 günə tamam edin”.

İndiki dövrdə isə ay və günəşin hərəkətlərini hesablayan kifayət qədər elm adamı var. Türkiyə din işləri komitəsinin rəhbərliyi altında 1978-ci ildə “hilalın görülməsi” adlı beynəlxalq konfransı keçirilmiş və orada bu məsələ ilə əlaqədar olaraq düzgün prinsiplər müəyyənləşdirilmişdir. Həmin vaxtdan etibarən təqvimləri hazırlayanlar ayparanın dünyanın hər hansı bir yerində görülməyini əsas tuturlar.  Nəticədə də təqvimlər asronomlar və din alimlərinin birgə apardıqları tədqiqatlara əsasən hazırlanır.

Bu il, Ramazan hilalı və bayramının gəlişinin əlaməti kimi: İlk Ramazan hilalı Martın 11-i başlayıb, Aprelin 10-da bayram ediləcəkdir. Allah oruclarınızı, bayramlarınızı qəbul etsin!

Bununla əlaqədar texniki məlumat aşağıdakı kimidir:

Sidney

Koordinatlar:

Sidney

En dairəsi:

Bucaq:

Günəş üfüqü

(Bu məlumatlar, Türkiyə Diyanət İşləri Nazirliyinin Astronomiya mütəxəssisləri tərəfindən verilmişdir.)

Heç bir Quran ayəsində ayparanın müşahidə olunmağı əmr edilmir. Əksinə, “bilən bir dəstə tərəfindən hesablama apararaq müəyyənləşdirilməli” olması vurğulanmışdır. Belə bir heyətin olmadığı dövrdə peyğəmbərimiz yeganə çıxış yolu kimi ayparanın adi gözlə görülməyini məsləhət görüb. Lakin bunu bir prinsip kimi götürüb tətbiq etmək qəbul olunmaz bir haldır. Çünki indi texniki imkanlar hər cür hesablama aparmaq üçün əlverişlidir. Onsuz da illərin sayı və ay hesabı cahanşümul bir şeydir.

İşləyib çalışmaq bəndələrin işidir, müvəffəqiyyət isə Allahdan gəlir.

Süleymaniyə Vəqfi elmi-araşdırma Mərkəzi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.