Müsəlmanlar

Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi?

Sual: Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi?

Cavab: Səhih sünnənin mənbəyi Qurani-Kərimdir. Hər şey, o cümlədən hədislər də Allahın Kitabına uyğun gəldiyi ölçüdə dəyərləndirilir. Əgər uyğun gəlirsə, biz buna səhih/sağlam deyə bilərik.

Allahın elçisi hikmətlə hərəkət edərdi. Qurandan çıxardığı hikmətlərlə bir çox məsələləri həll edər və bu müstəvidə digər şeylərə də qiymət verərdi. Bu səbəblə o bizə nümunədir.

Buradan sünnənin İslamın ikinci mənbəyi olduğu nəticəsi çıxmaz. Rəsulullah, Quranda olan şeyləri həyata keçirib bilavasitə Quranı canlandırıb. Səhv etdiyi nöqtələrdə isə xəbərdar edilib ki, bunu Quranın bir çox yerində görə bilərik.

Nəticə olaraq, səhih sünnə[1] İslamın ikinci mənbəyi deyil, Qurandan çıxarılmış olan doğru hökmlərdir. İslamın bir mənbəyi var, o da Qurani Kərimdir.

Əlavə məlumat üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Burada: Ənənənin ortaya qoyduğu səhih sünnə nəzərdə tutulmur.