Müsəlmanlar

Vətən uğrunda, Kəbə və ya Kərbəla yolunda ölmək şəhidlikdir?

Sual: Vətən uğrunda, Kəbə və ya Kərbəla yolunda ölmək şəhidlikdir?

Cavab: “Vətən sevgisi imandandır”- deyə bir hədis rəvayət edilir. Ancaq belə bir hədisin uydurma olduğu bilinməkdədir:http://www.muselmanlar.com/fitvalar/6019.html Amma bu da bilinməlidir ki, bir insan əlbəttə öz vətənini sevməlidir. Hər bir şəxs, anadan olduğu, özünün və ailəsinin yaşadığı bir yeri qorumalıdır. Bir də bunu əlavə edək ki, bir vətəni sevmək ya da onu qorumaq ölçüsü; üstündə yaşayan insanların keyfiyyətinə görə dəyişə bilər.

Rəsulullah əleyhissəlamın vətəni Məkkə idi. Məkkədə yer üzünün ən müqəddəs məbədi Kəbə vardı. Ancaq rəsulullah əleyhissəlam heç bir dəfə “Məkkəni kafirlərdən qurtaracayıq!”, “Kəbəni kafirlərdən qurtaracayıq!” “Bunların yolunda öləcəyik!” şüarını səsləndirməmişdir. Rəsulullah əleyhissəlam ilk əvvəl insan faktoruna əhəmiyyət vermiş və insanı bütün dəyərlərdən, məbədlərdən üstün tutmuş, onları maarifləndirmiş, yəni, Allahın istədiyi müsəlman surətinə gətirmiş və ondan sonra Məkkə də Kəbə də və bütün Ərəbistan da onların olmuşdur. Səhabə də bu yolu təqib etmişdir. Ancaq onlardan sonra gələnlər, müsəlmanları Allahın istədiyi kimi deyil; özlərinin, firqələrinin istədiyi kimi olmalarını və istədikləri şeylər uğrunda ölmələrini istəmişlər.

Günümüzdə “Məscidi-Əqsanı qurtaracayıq!” “Yer üzünə İslam yazacayıq!”- deyə səsləndirilən şüarlar emosional, içi boş şüarlardır.

Bu səbəblə Kəbə, Kərbəla, vətən uğrunda ölmək deyə, bir şüar və məqsəd olmaz. Müsəlman təkcə Allahın dini, yəni bir tək həqiqət uğrunda ölə bilər. Çünki insan faktorundan üstün olan və insana insanlıq verən təkcə Allahın dinidir. Bu dinə sahib olan, bütün insani keyfiyyətləri özündə cəm edər. Olmayanların isə, vətəni belə olsa, bir çox keyfiyyətlərini o cümlədən əbədi axirət yurdunu itirmələri qaçınılmazdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.