Müsəlmanlar
Valideyn uşaqlarından hər hansı biri lehinə miras vəsiyyət edə bilərmi?

Valideyn uşaqlarından hər hansı biri lehinə miras vəsiyyət edə bilərmi?

Sual: Valideynlərdən biri ölmədən qabaq uşaqlarından hər hansı biri lehinə miras vəsiyyət edə bilərmi?

Cavab: Əgər valideyn belə bir şeyə təşəbbüs etmişsə, onun elədiyi şəri (qanuni) yöndən etibarsızdır. Heç bir valideyn uşaqlarının mirasından qəpik əksildə bilməz. Onların belə bir haqqı yoxdur. Çünki, Allah, Qurani-Kərimdə bu mirasın nisbətləri ölçüsündə hər kəsə necə paylanacağına dair hökmünü vermişdir.[1] Buna görə, validen vəfat etdiyi zaman, onun mirası Qurani- Kərimdə olan hökmlərə görə paylanmalıdır.

Ənənədə vəsiyyət dedikdə, bildiyimiz tək bir vəsiyyət növü başa düşülür. Halbuki Quranda iki növ vəsiyyətdən bəhs edilir. Biri Allahın digəri insanın. Hər ikisi də Quranda keçər. İnsanların vəsiyyəti ilə əlaqəli:

“Ey iman gətirənlər! Sizdən birinə ölüm gəldiyi zaman, vəsiyyət edəcəksə içinizdən iki ədalətli nəfər şahidlik etsin. Əgər bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gələrsə, özünüzdən olmayan iki nəfər də ola bilər.  Əgər şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: ‘Biz bu (andımızı) lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq’(deyə) and içsinlər.”- buyrulmaqdadır (Maidə, 5/106).

Ənənəvi dinin mənsubları bu ayəni əsas alaraq mirasla əlaqədar Allahın qoyduğu bütün qaydaları ortadan qaldırmaq üçün özlərindən “vəsiyyət” deyə, batıl bir qayda icad ediblər. Bu icad etdikləri şeyin də nə Quranla, nə də sünnəylə əlaqəsi vardır. Buna baxmayaraq, onlar Bəqərə surəsinin 180-cı ayəsinə səhv məal vermək surətilə öz fikirlərinə bu cür alət etməkdədirlər:

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

“Sizdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi maldan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. (Bu,) müttəqilər üçün bir borcdur.”

Bu ayədə ərəb dilində ifadə edilən “الْوَصِيَّةُ = əl-vəsiyyə” kəliməsini yavan şəkildə ələ alıb, Quranda ifadə edilən digər ayələrlə əlaqəsini qopararaq, məal verildiyi təqdirdə, bir nəfərin ölüm əsnasındakı vəsiyyəti başa düşülür. Halbuki, bu ayədə ifadə edilən “الْوَصِيَّةُ = əl-vəsiyyə” kəliməsi, “o vəsiyyət”– deməkdir. Ərəb dilində “əl-vəsiyyə”– deyə ifadə edilən kəlimənin başındakı “əl”– şəkilçisi, “bilinəni” ya da “Quranın başqa bir yerində tərifi verilən” bir şeyi ifadə edər. İnsanlar Qurandakı ayələri bir-birindən qoparmadan, öz sözlərini və fikirlərini Qurana aşılamadan, Quranı Quranla izah etsələr, Onu bütövlükdə ələ alıb incələsələr görərlər ki, “əl-vəsiyyə = o vəsiyyət”– dən qəsd edilənin, Nisə surəsinin 11-ci və 12-ci ayəsində ifadə edilən: “Allah sizə vəsiyyət edər”, “Allah tərəfindən edilmiş bir vəsiyyət (tövsiyə)”-olduğunu görərlər.

Bir çox müfəssirlər də bu ayənin, uydurma bir hədisə əsaslanaraq nəsx (ortadan qaldırmaq) olunduğunu iddia edərlər. Bilavasitə ayənin doğru məalı belə olmalıdır:

“(Ey möminlər!) Sizdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi malını, o vəsiyyətə[2] müvafiq qaydada valideynlərə və yaxın qohumlara bölüşdürməsi müttəqilər üçün bir borcdur.”

Bu ayəyə görə, müsəlmanların ölən birinin malını bölüşdürmək vəzifəsi vardır. Ailəsinə həvalə edilməz. Çünki, miras ailəyə həvalə edildikdə çox böyük problemlər ortaya çıxır. Sonrakı ayədə də: “Kim (bu haqqını) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!” (Bəqərə 181.)

Suala cavab verdi: Abdüləziz Bayındır.[3]

Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4168.html

http://www.muselmanlar.com/?s=miras

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1] Nisə, 11-12, 176.

[2] Nisə 11 və 12-ci ayələrdəki Allahın mirasla əlaqədar tövsiyə etdiyi paylaşmaya. Bir növ Allahın vəssiyyəti.

[3]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []