Müsəlmanlar

İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər?

Sual: Əvvəlki dərslərdə qeyd edilmişdi ki, hal-hazırkı məscidlərdə Cümə namazı qılmaq məsələsində bir problem yoxdur. Ancaq indiki qulluqçular (onlara artıq pişnamaz – imam-camaat deyə bilmirəm) əllərindəki sabit mətni oxumaqdan savayı bir şey danışa bilmirlər. Sadəcə olaraq xütbəni oxuyub minbərdən aşağı enirlər. Bu halda isə mən hesab edirəm ki, xütbə öz məqsədinə çatmır. Siz bu barədə nə deyirsiniz? İndi qılınan Cümə namazları nə dərəcədə səhihdir (düzgün, mötəbər)?

Cavab: Xeyr, Cümə namazlarının səhihliyi məsələsində bir problem yoxdur. Xütbəni də oxuyurlar. İstər bəyənin, istər bəyənməyin. Onsuz da bu xütbə məsələsi əzəldən mübahisəlidir. Buna görə də Cümə namazlarına rəhbərlik etmək məsələsi dövlət tərəfindən təyin olunan şəxslərə həvalə olunmuşdur.

Hənəfi məzhəbinə əsasən imam-camaat ən böyük “vəliyyu-l-əmr”, yəni, ən səlahiyyətli şəxs olmalıdır. Səbəbi də budur: O bölgədəki kişi və qadın bütün müsəlmanlar Cümə günü bir araya cəm olurlar. O vaxt o qədər çox camaatın bu gün olduğu kimi, təyin olunmuş bir imam-camaatı yox idi. Hamı deyir ki, qabağa mən keçim. Üstəlik də, seçki vaxtı filan olduqda hər partiyanın namizədi özü namaz qıldırmaq istəyər. Bu halda da təbii ki, qarışıqlıq və ikitirəlik yaranar. Bəs həll yolu nədir? O da bundan ibarətdir ki, Cümə namazını bir nəfər imam-camaat qıldırır.

Bir sözlə, Hənəfi məzhəbindən olanların “vəliyyu-l-əmr” şərti qoymaqlarının səbəbi budur. Elə isə ən səlahiyyətli şəxs qabağa keçdiyi vaxt onun arxasında duranlar onu bəyəndikləri üçün ona tabe olub namaz qılırlar?! Əlbəttə ki, xeyr! İnsanların bir hissəsi deyir ki, bu şəxs bizim başçımızdır, elə isə ona tabe olmaq lazımdır. Başqa bir hissəsi də fikirləşir ki, əslində bu adam 5 qəpiklik adam deyil, amma nə etmək olar, səlahiyyət onun əlindədir.

Deməli, xütbəni bəyənib bəyənməmək məsələsi təzə problem deyil. Qədimdə də belə olub. Ona görə də bilmək lazımdır ki, heç kəs heç kəsi bəyənmir. Əslində baxanda bu, yaxşı bir haldır. Çünki Allahın insanlara verdiyi: “Xeyirli işlərdə yarışın”, – əmri üçün bir vasitə və səbəb təşkil edir. Yəni, əgər imam-camaat hansısa məsələdə səhvə yol verirsə, camaatdan kimsə bu səhvi münasib bir dil və üslubla düzəldə bilər. Nəticədə də insanların arasında yuxarıda qeyd etdiyimiz faydalı işlərdəki yarış üçün bir zəmin hazırlanar, fikir mübadiləsi aparılar.

Ayrl-ayrı fərdlər məscidə Allahın əmri ilə və əzanın oxunmasıyla getməli, namazlarını qılıb çıxmalıdırlar.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Səhv fikirləri olan pişnamazın arxasında namaz qılmaq düzdür?

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.