Müsəlmanlar

Qadın müğənniyə qulaq asanların qulağına mis töküləcək?

Sual: Deyilənə görə belə bir hədis var: “Kim müğənni bir qadının yanında oturub onun mahnılarına qulaq assa, Qiyamət günündə qulağına əridilmiş mis töküləcək.” Belə bir hədis həqiqətən də, var? Əgər varsa, nə dərəcədə səhihdir?

Cavab: Bəzi mənbələrdə belə bir rəvayət var. Aşağıdakı kimi qeyd olunur:

من جلس إلى قينة يسمع منها صب في أذنيه الآنك يوم القيامة

“Kim bir qadın müğənninin yanında oturub onun oxuduğu mahnılara qulaq assa, qulaqlarına Qiyamətdə mis töküləcək.” ((İbnu-l-Ərəbi, Əhkamu-l-Quran, 3-cü cild, s. 525.))

Səhih (mötəbər) hədis mənbələrində belə bir rəvayət yoxdur. Hədis alimləri bunu “uydurma-qondarma” adlandırırlar. Böyük hədis alimlərindən biri olan Əhməd ibn Hənbəl bu rəvayət haqqında: “Batildir”, – demişdir. ((Baxın: İbnu-l-Cövzi, əl-İləlu-l-mütənahiyə, Beyrut, 1403, 2-ci cild, s. 786.))

Odur ki, heç bir əsli olmayan bu rəvayəti əsas tutmaq və qadın bir müğənniyə qulaq asanların qulaqlarına Qiyamət günü əridilmiş (qaynar) mis töküləcəyini irəli sürmək olmaz.

Yeri gəlmişkən, qadın səsinin haram olub olmadığını aşağıdakı keçiddən öyrənə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1869.html

Dində musiqi və toy keçirməyə münasibətlə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/musiqi

http://www.muselmanlar.com/fitvalar/toy

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.