Müsəlmanlar
İxlas surəsini 11 dəfə oxuyub ölünün ruhuna tapşırmaqla əlaqədar bir hədis var?

İxlas surəsini 11 dəfə oxuyub ölünün ruhuna tapşırmaqla əlaqədar bir hədis var?

Sual: Bir rəvayətə əsasən belə bir hədis var: “Qəbiristanlıqdan keçərkən 11 dəfə İxlas surəsini oxusanız, o qəbirlərin sayı qədər günahlarınız bağışlanır.” Həqiqətən də, belə bir hədis var?

Cavab: Əlaqədar rəvayət belədir:

من مر على المقابر فقرأ فيها إحدى عشرة مرة : {قل هو الله أحد} ثم وهب أجره للأموات؛ أعطي من الأجر بعدد الأموات

“Kim qəbiristanlıqdan keçərkən 11 dəfə ixlas surəsini oxuyub savabını ölülərə göndərərsə, o ölülərin sayı qədər ona savab olar.”

Hədislərlə əlaqədar mənbələrdə belə bir rəvayət yoxdur. Acluni xalq arasında hədis olaraq bilinən rəvayətləri yığdığı Kəşfü-l Xafa adlı kitabında bu rəvayətin Rafiinin Tarixində olduğunu ifadə edib. Lakin rəvayətin vəziyyəti ilə əlaqədar hər hansı bir məlumat vermir. ((Acluni, Kəşfü-l Xafa, 2-cild s. 282.))

Mühəddis (hədis alimi) Fəttəni isə qondarma hədisləri yığdığı kitabında bu rəvayətin “qondarma” olduğunu bildirib. ((Fətəni, Təzkirətü-l Məvzuat, s. 220.))

Sənəd baxımından qondarma olduğu məlum olan bu rəvayətin yazı baxımından da səhih olması mümkün deyil. Çünki ölülərimizə Quran oxudub bağışlamaqla əlaqədar hər hansı ayə və ya səhih bir hədis yoxdur.

Ərraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3215.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.