Müsəlmanlar
Nə cür sübuta yetirmək olar ki, Quran Allahın kitabıdir?

Nə cür sübuta yetirmək olar ki, Quran Allahın kitabıdir?

Sual: Quranın Allahın kitabı olduğunu necə sübut etmək olar?

Cavab: Quranın Allahın kitabı olmağı ilə əlaqədar olaraq rəsulların – Allahın elçilərinin tutduqları bir mövqe var. Biz də ona əsaslana bilərik.

Burada bir məsələni qeyd edim: Bəzi şəxslər deyirlər ki, Quranla bağlı bir arxeoloji tədqiqat aparılmayıb. Belə deyənlər guya lazımi qazıntı işlərini görüb Quranın ilk səhifələrini tapacaqlar! Tutalım ki, belə bir iş gördülər və səhifələri üzə çıxartdılar. O vaxt da o səhifələrdə yazılanların uydurma-qondarma olub olmadığı barədə mübahisə edəcəklər… Demək istəyirəm ki, bu, hamını qane edə bilməz. Halbuki hər bir insan Quranı: “Əşhədu…”, – deyə biləcək qədər dərk etməlidir. Elə isə rəsulların bu məsələdəki tutumu bundan ibarətdir:

Quranın bir adı da Zikrdir. Hicr surəsinin 9-cu ayəsində belə deyilir:

“O Zikri biz nazil etdik. Onu Biz qoruyub saxlayacağıq.”

Zikrin mənası insanın zehnində hazır saxladığı və istifadə üçün əlverişli olan düzgün biliklərdir. Yəni, hikmətin başqa bir versiyası. Deməli, Zikrin mənbəyi təkcə Allahın kitabı olan Quran deyil; Allahın kaintada yaratdığı ayələr də Zikr üçün mənbə təşkil edir. Biz İbrahim peyğəmbərlə (ə. s.) əlaqədar mövzunu müzakirə etdiyimiz vaxt dedik ki, İbrahim peyğəmbər qarşısındakı o müşrik qövmdən: “Heç təzəkkür etmirsinizmi?”, – deyə, soruşub. İbrahim bunu edərkən nəbi, yəni, peyğəmbər deyildi; ona hələ bir kitab nazil edilməmişdi. Qarşısındakı insanlar da Allahın kitabını oxumamışdılar. Elə isə təzəkkür-zikrlə bağlı sual nə üçün verilmişdi. Çünki onlar Allahın kainatda yaratdığı ayələrə (əlamətlər, nişanələr, hökmlər) əsaslanan düzgün biliklərə malik idilər. Bunun mənası belədir: “Siz sizdə olan düzgün məlumatları istifadə etsəniz, mənim dediklərimi dərk edərsiniz.”

Buradan belə bir nəticə çıxır: Hər bir insanın kainatdakı ayələrdən əldə etdiyi düzgün bilikləri var və onun düzgün bilikləri izafi biliklər deyil. Çünki doğruluq ümumbəşəri və cahanşümuldur.

Allahın nəbilərinə verdiyi bir tapşırıq var. Misal üçün, Muhəmməd peyğəmbərə (s. a. v.). Ona belə buyurmuşdur:

“Sən təzkir et! Sən sadəcə olaraq təzkir edənsən.” (Ğaşiyə, 88/21)

Bunun mənası budur: Qarşındakının zehnindəki o zikri hərəkətə sal. Yəni, sən elə bir şey de ki, o şəxsin Allahın yaratdığı ayələrdən əxz etdiyi düzgün bilik canlanıb fəaliyyətə başlasın. O, onsuz da həmin biliklərin mənbəyindən xəbərdardır. Beləcə, iki tərəfin arasında əlaqə yaratdıqda: “Bəli, bu, Allahın kitabıdır”, – deyə bilsin. Sənin vəzifən budur.

Nəticə olaraq, Quranın Allahın kitabı olduğunu sübut etmək ondakı məlumatların cahanşümul olduğunu göstərməklə mümkündür. Yəni, təbiətlə tamamilə üst-üstə düşdüyünü göstərməklə.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.