Müsəlmanlar
İsa peyğəmbərin bədəni yüksəldildi, yoxsa ruhu?

İsa peyğəmbərin bədəni yüksəldildi, yoxsa ruhu?

Sual: İsa əleyhissəlamın yüksəldilməsi barədə sual vermək istəyirəm. Əli-İmran surəsinin 55-ci ayəsi ilə Nisa surəsinin 158-ci ayəsində İsa əleyhissəlamın Allah qatına yüksəldilməsindən bəhs edilir. Yüksəldilən onun bədənidir yoxsa ruhudur?

Cavab: Yüksəldilən bədən deyil, ruhdur. Ölən hər möminin ruhu yüksəldilir. Yüksəldilməyən kafirlərin ruhudur. Allah Təala belə buyurur:

“Ayələrimiz qarşısında yalana sarılan və kibirli olanlar var ha, onlara göylərin qapıları açılmayacaq, dəvə iynə deşiyindən keçənə qədər də Cənnətə girə bilməyəcəklər. Günahkarları bu cür cəzaladırırıq.” (Əraf 7/40)

İsa əleyhissəlamın ruhu da yüksəldilmişdir. Peyğəmbərimiz vəfat edəndə axırıncı sözü bu olmuşdu:

“Allahım Rəfiq-i Əlada…” Yəni cənnətin ən yüksək yerində olmaq istəyirəm”. ( Buxari, Məğazi, 84)

Şəhidlərin ruhu cənnət baxçalarında olacaqdır. Bu mövzuda Yasin surəsinə baxaq:

“Şəhərin o bir ucundan bir adam qaçaraq gəldi və “Ey xalqım! Elçilərə uyun.

Doğru yolda olan və sizdən bir ödəmə də istəməyən bu adamlara uyun.” Dedi.

“Mənə nə olub ki, məni yaradana qulluq etmirəm? Üstəlik Ona döndürüləcəksiniz.”

“Ondan əvvəl bir qisim ilahlar qəbul edərəmmi? Əgər Rəhman mənə bir zərər vermək istəyərsə, onların şəfaətinin faydası olmaz, onlar məni qurtara da bilməzlər.”

“O vaxt açıq bir  sapıqlıq (əyrilik) içində olaram.”

“Baxın mən Rəbbinizə inandım, məni eşidin.”

(Adamı öldürdülər) Ona “ Haydı gir Cənnətə!” deyildi. Dedi ki: “Kaş ki, xalqım vəziyyətimi bilsəydi; Rəbbimin məni bağışladığını və mükafatlandırdığı salih insanlara qatdığını bir bilsəydilər!” (Yasin 36/20-27)

Bütün möminlərin ruhları cənnət baxçasında olacaqdır. Allah Təala belə buyurur:

“Mələklər gözəl halda vəfat etdirdiyi adamlara; “salam sizə” deyərlər. “ Elədiyiniz gözəl şeylərin qarşılığı olaraq girin cənnətə.” (Nəhl 16/32)

Buradakı cənnət, Axirətdə giriləcək cənnət deyildir. Çünki əlaqəli ayələrin heç biri orada əbədi qalmaqdan bəhs etməz. Burası qəbirdəki cənnət, yəni cənnət baxçalarından bir baxçadır.

BƏDƏN YÜKSƏLDİLMƏYƏCƏK, TORPAQ OLACAQDIR.

Quranda bədənlə əlaqəli olaraq belə buyrulur:

“Yer üzündə yaşayacaqsınız, orada öləcəksiniz, yenə oradan çıxarılacaqsınız.” (Əraf 7/25)

“Sizi torpaqdan yaratdıq, ona geri verəcəyik və sizi bir kərə daha ordan çıxarıcıq.” (Təha 20/55)

Bu ayələrdə Peyğəmbər istisna edilməmişdir.

Allah Təala İsa əleyhissəlama: “Səni o kafirlərdən təmizləyəcəm.” (Əli- İmran 55) dediyi üçün onun cəsədini düşmənlərinə təslim etməmişdir. Buna bənzər bir hadisə, Allahın Elçisi Muhamməd (s.a.v.) həyatda ikən yaşanmışdır. O, gözcü olaraq on adamı vəzifələndirmiş və başlarına  Asım b. Sabiti komandir qoymuşdu. Bunlar Usfan ilə Məkkə arasındakı kiçik bir təpədə yüzə qədər oxçu tərəfindən mühasirəyə alınmış, Asım ilə bərabərindəkilərdən yeddi nəfər öldürülmüş, üç nəfər də əsir düşmüşdü.

Asım Bədir müharibəsində Qüreyşin böyüklərindən birini öldürdüyü üçün bu hadisəni eşidən Məkkəlilər, cəsədindən bir parça gətirilməsi üçün adamlar göndərmişlər amma Allah Təala cəsədin üstünə arıları kölgə etmiş, onu qorumuşlar və gələnlər ondan hər hansı bir şey almağı bacarmamışlar.” (Buxari, Məğazi, 28)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.