Müsəlmanlar
Hədislərə əsasən elektronik satış əməliyyatı düzgündür?

Hədislərə əsasən elektronik satış əməliyyatı düzgündür?

Sual: Mən al-verlə əlaqədar hədislərə baxdım. Belə başa düşdüm ki, əldə mövcud olmayan bir malı satmaq düzgün deyil. Bununla belə, indiki dövrdə elektronik satış deyilən əməliyyatlar həyata keçirilir. Buna əsasən alıcı və satıcı internet vasitəsilə al-ver edirlər. Nə alıcı malı görür, nə də satıcı. Əksər hallarda da satılan mal satıcının əlində olmur. Bu cür alış-satış düzgündür?

Cavab: Əldə olmayan malı satmağı qadağan hədis aşağıdakı kimidir:

Həkim ibn Hizam nəql edir:

“Mən peyğəmbərin yanına gedib belə dedim: “Filan adam gəlib məndə olmayan malı məndən satın almaq istəyir. Mən də bazardan alıb ona satıram. Bununla əlaqədar olaraq nə deyə bilərsiniz?”. Allahın elçisi cavab olaraq dedi:

“Səndə olmayan şeyi satma.” ((Tirmizi, Büyu, 19; Əbu Davud,  Büyu, 68; Nəsai, Büyu, 60.))

Yuxarıdakı hədisdə əldə olmayan malın satılmağının qadağan edilməsinin səbəbi tərəflərdən birini pis vəziyyətə salır. Elektronik mühitdə həyata keçirilən alış-satış işində usə malın bütün xüsusiyyətləri izah olunur. Əgər o xüsusiyyət və şərtlərə zidd bir hal olsa, alınan malı qaytarmaq da olur. Əlavə olaraq, əgər satıcı malı satmasa, pul hesaba köçürülmür. Bir sözlə, hədisdə nəzərdə tutulan mənfi hallar baş vermir. Bununla belə, bəzi sui-istifadə halları nəticəsində insanlara mal satılır və pul təhvil alınır, sonra da mal təhvil verilmir. Bu kimi hallar hədisdə qeyd olunan haram əməliyyatlardandır.

Suala cavab verdi: Sərvət Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.