Müsəlmanlar
Ehramdan çıxmaq üçün nə qədər saç kəsdirmək lazımdır?

Ehramdan çıxmaq üçün nə qədər saç kəsdirmək lazımdır?

Sual: Sual: Həccdə və ya ömrədə ehramdan çıxmaq üçün nə qədər saç kəsdirmək lazımdır? Saçı bir az düzəltdirmək kifayətdir, yoxsa dibindən qırxdırıılmalıdır?

Cavab: Bu məsələdə məzhəblərdə müxtəlif fikirlər var. Hənəfilər ən az saçın dörddə birinin kəsilməsini, Şafeilər isə ən azı üç telin kəsilməyini kafi hesab edirlər. Maliki və Hənbəlilər saçın hamısının kəsilməli olduğunu bildirirlər.

Məzhəblərdəki bu ixtilaf bu mövzuda qəti miqdar bildirən bir sübüt olmadığını göstərir. Fəth surəsinin 27-ci ayəsində saçların dibdən kəsilməsi (halq: حلق) 1-ci, qısaldılması (təqsir: تقصير) isə 2-ci sırada qeyd olunduğuna görə kişilərin saçlarını dibdən kədirmələrinin daha yaxşı olacağı deyilir.

Burada mühüm bir məqam var: Adət-ənənəyə əsasən saçı hansı miqdarda kəsdirmək “qısaltdırmaq” hesab olunursa, ona əsasən hərəkət edib ehramdan çıxmaq olar. Yəni, bu, kifayətdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.