Müsəlmanlar
Ən-Nəsai mötəbər bir hədis alimidir?

Ən-Nəsai mötəbər bir hədis alimidir?

Sual: Hədis sahəsində mühüm bir şəxsiyyət kimi qəbul olunan ən-Nəsai həqiqətən də, mötəbər bir hədis alimdir?

Cavab: Ən-Nəsai 6 hədis kitabından (kütubi-sittə) birinin – Əs-Sünənin müəllifidir. 6 hədis kitabının müəlliflərinin axırıncısıdır. Hicri 303, miladi 915-ci ildə dünyasını dəyişib.

Ən-Nəsai mötəbər bir hədis alimi olmaqla yanaşı, hədis tənqidçisidir. Çoxlu kitabı var. Mənbələrdə qeyd olunur ki, onun bizədək gəlib çatmayan əl-cərh və-t-tədil adlı əsərində hədis ravilərinin mötəbər olub olmadıqları tədqiq edilib. Bu barədə ətraflı məlumat üçün aşağıdakı mənbəyə müraciət etmək olar:

M. Yaşar Kandemir, “en-Nesâî”, Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası, 32-ci cild, s. 563-565.

Bununla belə, ən-Nəsainin mötəbər bir hədis alimi olmağı o demək deyil ki, onun əsərindəki bütün hədis rəvayətlərini qəbul etmək olar. Odur ki, hər bir hədisi hədis elminin meyarlarına əsasən sənəd və mətn baxımından təhlil etmək, eləcə də, onunla əlaqədar bütün hədislərə baxmaq, Quran-Sünnə bütövlüyü baxımından qiymətləndirmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.