Müsəlmanlar

“«Hədisi burax, Qurana bax»” deyənlər olacaq.” Bu mötəbər bir hədisdir?

Sual: İnternet şəbəkəsində belə bir cümlə var: “Elə bir vaxt gələcək ki, məndən bir hədis nəql olunduğu vaxt: “Əşi, peyğəmbər belə bir şey deməz. Hədisi bir kənara qoy, sən Qurana bax!”, - deyib məni inkar edənlər olacaq.”. Bu sözün Muhəmməd peyğəmbərin sözü olduğunu deyirlər. Görəsən, bu düzdür?

Cavab: Əbu Yəlanın təxric etdiyi və həzrəti Muhəmmədə (s. a. v.) aid olunan hədis rəvayəti aşağıdakı kimidir:

“Elə bir vaxt gələcək ki… Sizin aranızdan bir nəfərə məndən nəql olunan bir hədis deyildikdə oturduğu yerə söykənmiş halda belə deyəcək: “Rəsulullah belə bir şey deməz. Hədisi burax, mənə Qurandan dəlil gətir” ((Əbu Yəla, Müsnədu Əbi Yəla, 3-cü cild, s. 346.))

Bu rəvayət sənədindəki Yezid ibn Əban ər-Rəqqaşi adlı ravinin ucbatından zəif qəbul olunur. ((Heysəmi, Məcməu-z-zəvaid, daru-l-kutubi-l-ilmiyyə nəşriyyatı, Beyrut, 1988, 1-ci cild, s. 155.))

Hədis elmi baxımından belə bir hədisi dəlil kimi qəbul etmək qeyri-mümkündür.

Səhih (mötəbər) hədislər isə peyğəmbərimizin Qurandan əxz etdiyi hökmlərdir. Onların hansı ayələrdən götürüldüyünü ancaq bir mütəxəssis heyəti müəyyən edə bilər. Buna görə də: “Rəsulullah belə bir şey deməz. Hədisi burax, Qurana bax”, – kimi sözlər qəti surətdə səhvdir.

Peyğəmbərimiz Quranı ən yaxşı başa düşən şəxsdir. Buna görə də bu sahənin mütəxəssisi də odur. O, Quranda onsuz da olan, ancaq bizim asanlıqla görə bilmədiyimiz məqamları bizə izah edir. Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, o özü hal-hazırda həyatda olmasa da, bizim ona bir nümunə-müəllim kimi ehtiyacımız böyükdür. Odur ki, “Rəsulullah belə bir şey deməz. Hədisi burax, Qurana bax” demək bu həqiqəti inkar etmək deməkdir. Bunun da təbii ki, heç bir mənası ola bilməz.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3219.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.