Müsəlmanlar
Haqsız olanı haqlı çıxardan vəkil və hakimin o biri dünyada halı necə olacaq?

Haqsız olanı haqlı çıxardan vəkil və hakimin o biri dünyada halı necə olacaq?

Sual: Hazırkı dövrdə bəzi hakimlər qanunlar çərçivəsində hökm verirlər, amma bəziləri də qanunlardakı “açıq qapılar”dan istifadə edirlər. Bəzi vəkillər də var ki, bir nəfəri öldürdüyünə dair qəti sübut olan bir cinayətkarı müdafiə edirlər. Yenə həmin “açıq qapılar”dan istifadə edərək o cinayətkarın daha az cəza almağına səbəb olurlar. İşi elə bitirirlər ki, haqsız haqlı, haqlı da haqsız çıxır. Bu cür hərəkət edən hakim və vəkillərin o dünyadakı halı necə olacaq?

Cavab: Əgər bir hakim və ya vəkil sualınızda qeyd etdiyiniz kimi hərəkət edirsə, yəni, haqsızı haqlı, haqlını da haqsız çıxardırsa, təbii ki, bunun nəticəsi nə olursa olsun, onu qəbul etməlidir. Amma bu o demək deyil ki, vəkil və hakim olmaq qadağandır; xeyr, əslində bu işləri görmək çox vacibdir. Ki, bu işi namusla görən insanlar da var.

İndiki cəza hüququna əsasən hakimlərin ən çox səlahiyyətli olduqları sahə cəzalandırma sahəsidir.

İslamda isə bu səlahiyyət demək olar ki, sıfır həddindədir. Çünki orada belə bir məntiq var: Əgər müttəhim kürsüsündə oturan şəxs insan olduğu üçün cinayət törədirsə, yəni, belə bir ehtimal varsa və ona görə ittiham edilirsə, deməli, hakim kürsüsündə oturan şəxs də cinayət törədə bilər. Yəni, onun da cinayət törətmək ehtimalı var. Elə isə hakim ona verilən səlahiyyətdən cinayət törətmək üçün istifadə etməməlidir; başqa cür desək, bu məsələdə sui-istifadəyə yol verə bilməz. Buna ixtiyarı yoxdur. İslamda sistem belədir.

Amma indiki dövrdə təəssüf ki, bir hakimin bəraət hökmü verdiyi məsələdə başqa bir hakim edam hökmü verə bilir. Belə hallar olur.

İslam cəza hüququnda obyektiv dəlil qaydası var. Müasir hüquqda isə dəlillər subyektivdir: Bu o deməkdir ki, hər şey dəlil-sübut ola bilər, ancaq heç bir dəlil hakim üçün əsas deyil. Hazırkı sistem budur.

Nəticə olaraq deyək ki, haqlını haqsız, haqsızı isə haqlı çıxardan və ya buna cəhd edən hakim və ya vəkillər o biri dünyada buna görə haqq-hesab olunacaqlar. Onlar elə bu dünyada da məsuliyyət daşıyırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.