Müsəlmanlar
Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib?

Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib?

Sual: Xəlifə Ömər peyğəmbərimizin əmisi Abbasla təvəssül edib: “Ya Rəbbi! Quraqlıq və qıtlıq olanda Sənə peyğəmbərimizlə təvəssül edirdik. Sən də bizə yağış yağdırırdın. İndi də onun əmisi ilə təvəssül edirik. Bizə su bəxş et”, - deyirdi və yağış yağırdı. Bu, Buxarinin hədis külliyatında qeyd olunan bir sözdür. Siz bu sözü necə qiymətləndirirsiniz?

Cavab: Təriqət mənsubları Ömərlə əlaqəli belə bir hadisə nəql edərlər: “Xəlifə və ətrafındakı insanlar yağış duası üçün bir yerə cəm oldular. Özləri ilə Abbası da apardılar. Dedilər ki, ya Allah, biz vaxtilə bu duanı peyğəmbərlə edirdik, Sən də bizə yağış yağdırırdın. İndi isə yanımızda onun əmisi Abbas var. Onun duasını qəbul et!”.

Bir kərə bu cür rəvayətlər əqidəyə dəlil təşkil etməz. Sonrası da nə səhabə bir şey istədiyi zaman Nəbimizi vasitəçi qoymamış nə də Ömər belə bir şeyə təşəbbüs etməz. Çünki belə bir şey şirkə qapı açmaqdadır.

Əlbəttə bizim, dua edərkən təqvalı şəxslərlə birlikdə dua etməyimiz gözəl olar. Lakin, hərhansı bir duada insanları vasitəçi etmək müsəlmanların deyil, müşriklərin əməlidir.

İndiki təvəssül tərəfdarlarının çoxu dua edəndə eyni müşriklər kimi edirlər və insanları da Allahla bərabər çağırırlar. Onlar ölülərlə, daha dəqiq desək, guya xüsusi bacarıq və kəramətlərə malik olan övliyalarla təvəssül edirlər. Bir növ Allahla öz aralarına qoyub dua edirlər.

Halbuki xəlifə Ömərin dövründəki yağış duasında belə bir şey yoxdur. Abbası özləri ilə ola bilsin ona görə aparırlar ki, bəlkə, Allah onun duasını bəlkə qəbul edər.

Yağış duasına kiçik uşaqları, eləcə də heyvanları aparmaq lazımdır. Heyvanlar susuzluqdan mələyir və insanlar ümid edirlər ki, belə bir şəraitdə Allah Təala bu səbəbdən dualarını qəbul edəcək.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.