Müsəlmanlar
Ali-İmranın 100-cü ayəsi məzhəb tərəfgirliyini qadağan edir?

Ali-İmranın 100-cü ayəsi məzhəb tərəfgirliyini qadağan edir?

Sual: Quranın Ali-İmran surəsinin 100-cü ayəsində deyilir ki, kitab verilənlərdən (hər hansı) bir dəstəyə tabe olmayın. Bu ayənin müsəlmanlardan olsa belə, hər cür məzhəbə, camaata, icma və təriqətə tabe olmağı, yəni, təqlidçiliyi qadağan etdiyini demək olarmı?

Cavab: Sualınızda qeyd etdiyiniz ayənin məal-tərcüməsi belədir:

Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra belə, döndərib kafir edərlər”.

Bu ayə yəhudi və xristianlarla əlaqədardır.

Sizin haqqında danışdığınız məsələ ilə əlaqədar Quran ayəsi isə budur:

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir”. (Ənam, 6/159)

Allah bizə müsəlman adı verib. Bundan başqa bir ad münasib deyil. Aşağıdakı ayə bunu açıq-aydın izah edir:

“Allahın uğrunda lazım olduğu kimi döyüşün. Sizi üstün edən Odur. Sizə din barədə heç bir çətinlik yaratmayıb. Atanız İbrahimin getdiyi yolla gedin. Elçisi sizə, siz də başqalarına nümunə olasınız deyə, sizə bundan əvvəl də bu Quranda “MÜSƏLMAN” adını o verdi. Elə isə namazı qılın, zəkatı verin və Allaha möhkəmcə sarılın. O sizin Qoruyucunuzdur. O nə gözəl Qoruyucudur, nə gözəl Köməkçidir O!”. (Hacc, 22/78)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.