Müsəlmanlar
Həmişə bağışlamaq mənfi nəticələr verir?

Həmişə bağışlamaq mənfi nəticələr verir?

Sual: Məni bir məsələ maraqlandırır: Görəsən, İslam dini insanlar arası münasibətlərdə cəza və bağışlamaq haqqında nə deyir? İnsanların səhvlərini həmişə bağışlamaq, onları bir növ yola vermək, xətalarına göz yummaq mənfi nəticələr verir? Belə hərəkət etmək nə dərəcədə düzgündür?

Cavab: İslam dinində biz müsəlmanlara məsləhət görülür ki, həmişə əfv edək. Bu isə necə deyərlər, hər oğulun işi deyil.

Allah Təala belə buyurur:

O təqva sahibləri ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir”. (Ali-İmran, 3/134)

Ancaq bu, səhvə yol verənlərə xəbərdarlıq etməmək və lazım gəldikdə onları cəzalandırmamaq demək deyil. Çünki bəzi hallarda cəza vermək də lazımdır:

Əgər cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir”. (Nəhl, 16/126)

“Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir”. (Şura, 42/40)

Əslində zaman və zəminə, yəni, bir növ mühit və şəraitə əsasən hərəkət etmək lazımdır. Təbii ki, dinin əsas prinsiplərini pozmamaq şərti ilə. Həmişə bağışlamaq istənilən nəticəni verməz. Buna görə də Allah lazım gəldikdə xəbərdarlıq etməyi və hətta cəza prinsiplərini də bizə öyrədib. Elə isə bunlara əsasən hərəkət etmək lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.