Müsəlmanlar
“Balalarım ölsün” demək and kimi qəbul olunur?

“Balalarım ölsün” demək and kimi qəbul olunur?

Sual: Bir kişi arvadına: “Balalarım ölsün ki!”, - deyərək yalan yerə and içib. Deyir ki, ailəsini dağıtmamaq üçün belə edib. Həmin kişi bu vəziyyətdən xilas olmaq üçün nə cür bir kəffarə verməlidir?

Cavab: Allahdan başqa bir varlığa and içmək düzgün deyil. Belə şeylər and hesab olunmur. Abdullah ibn Ömər (r. a.) nəql edir:

“Rəsulullah (s. a. v.) Ömərin (r. a.) atasının adını çəkib and içdiyini eşitdikdə belə buyurdu:

“Allah Təala atanızı yad edib and içməyinizi qadağan edib. Elə isə kim and içsə, ya Allaha and içsin, ya da sussun”. ((Buxari, Əyman (Andlar), 4; Müslim, Əyman, 1 (1646); Əbu Davud, Əyman, 5; Tirmizi, Əyman, 8; Nəsai, Əyman, 5.))

Əbu Hüreyrədən nəql olunan hədisdə belə deyilir:

“Atalarınızın, analarınızın və bütlərinizin adları ilə and içməyin. Ancaq Allahın adı ilə and için. (Allahın adı ilə də) ancaq (sözünüz) düz olduğunuz vaxt and için”. ((Əbu Davud, Eyman, 4.))

Həmin adam dediyi bu arzuolunmaz sözlərə görə tövbə edib Allahdan onu bağışlamağını diləməlidir. Bu kimi sözlər and hesab olunmadığı üçün hər hansı bir kəffarə ödəmək lazım deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.