Müsəlmanlar

Uşaqları Sünnət Etmək

Tibb, Əxlaq və Dini cəhətdən Sünnət etdirmək

Müəllif: Professor Zəki Bayrakdar. (İstanbul Medipol Üniversiteti Tibb Fakultəsi “Uroloq”.)

Son illərdə uşaqların sünnət etdirilməsi məsələsi tibbi, əxlaqi və dini cəhətdən mübahisə mövzusu olmuşdur. Ümid edirik ki, bu yazımız mübahisələrə cavab verəcək və nəticə etibarilə bir qənaət əldə ediləcəkdir.

  • Tibbi Cəhəti

Amerika Pediatri Akademiyasının (AAP) 2012 ilindəki raporuna görə, yeni doğulan uşaqların sünnətinin tibbi faydaları risqlərindən daha çoxdur. AAP-nin bu raporu, uşaqların sünnət edilməsi məsələsində yeni mübahisəyə yol açmışdır.

Halbuki, uşaqların sünnəti; üriner enfeksionlar, fimozis, balanit, kandidiyaz, yüksək risqli HPV enfeksionu, HIV, genital ülser, sifiliz, trikomonas vaginalis, mikoplazma genitalium, herpes simpleks virüs tip 2, sankroid, penil xərçəng, prostat xərçəngi, ve serviks xərçəngi riskini böyük ölçüdə azaltdığı kimi, seksual fonksionlar üzərində də mənfi bir təsir buraxmamaqdadır.

Uşaq sünnəti üçün tövsiyə edilən yaş 0-1 yaş arasıdır. Çünki, infantil/cinsi yetkinliyə çatmamış uşaq sünnətlərində komplikasyonlar/arzuolunmaz hallar daha az, sağalma daha tez və xərclər daha azdır. Bu dövrdəki sünnətin ruh sağlığı yönündən də bir risqi yoxdur. Əgər 0-1 yaş arasında sünnət edilməmiş isə kastrasyon fobisi[1] səbəbilə uşaqları 3-6 yaş arasında sünnət etdirməkdən qaçınmalı və uşağın 7-10 yaşına çatmasını gözləmək daha uyğundur.

Bu xülasədən də aydın olur ki, cərrahi uşaq sünnətinin tibbi faydaları risqlərindən daha çoxdur və bu səbəblə də Amerika Pediatri Akademiyası tərəfindən məsləhət görülməkdədir. Beləki, Amerikada sünnət,  uşaq aşılarından sonra ən çox tətbiq olunan cərrahi bir əməliyyat olub. Hətta son illərdə ABD-də sünnət olan kişilərin sayı %79-dan %81-ə yüksəlmişdir.[2]

Sünnət olmaqla əlaqəli ən çox –tibbi yöndən- mübahisə edilən mövzu, sünnətin cinsi fonksionlar üzərindəki təsiridir. Daha doğrusu sünnətin cinsi fonksionlara mənfi təsir göstərdiyinə dair spekülasyonlardır. Halbuki, bu iddiaları dəstəkləyən heç bir dəlil əldə edilməmişdir.[3]

Morris, sünnətin cinsi fonksionlar üzərindəki təsirlərini incələyən 50-dən çox araşdırmanı sistematik şəkildə incələmiş və nəticə olaraq yüksək keyfiyyətdəki araşdırmaların sünnətin cinsi fonksionlar üzərində hər hansı bir mənfi təsirin olmadığını rapor etmişlər. Bu sistematik incələməyə görə sünnət, xüsusilə də uşaqlıq dövrlərində edilən sünnət, erektil fonksion, tez boşalma, orqazm çətinliyi, cinsi duyğular, zövq kimi cinsi fonksion parametrləri üzərində hərhansı bir mənfi təsir göstərməməkdədir.

Tam tərsinə, sünnətin cinsi fonksionlar üzərində az da olsa müsbət təsirlərin olduğunu bildirən bəzi araşdırmalar vardır. Məsələn, Fink və ark,[4] 18 yaş üzərində sünnət edilən 123 kişini incələmiş və sünnətdən sonra erektil fonksionun pisləşmədiyini, penil hissiyatının azalmadığını, cinsi aktivlikdə hər hansı bir dəyişikliyin meydana gəlmədiyini amma buna qarşı ümumi rahatlama səviyyəsinin artdığını bildirmişdir.

  • Əxlaqi Cəhət

Sünnət etdirməklə əlaqəli bir digər mübahisə də ruhi sağlığın insan üzərindəki təsiridir.

Sünnətin ruhi sağlığa təsiri, cəmiyyətə/mədəniyyətə və inanca görə dəyişir. Məsələn; Ölkəmiz kimi sünnətin yayğın olduğu bir cəmiyyətdə sünnət, ruhi sağlığa müsbət təsir göstərir. Bu cür cəmiyyətlərdə “sünnət olmaq” deyil “sünnət olmamaq” bir əksiklikdir. Hətta bu utanılacaq bir vəziyyətdir. Bəzi sünnətsiz uşaqlar özlərini qüsurlu olaraq hiss edər, bundan ötrü utandıqlarını və özlərini həqiqi kişi olaraq belə görməyənlər olur.[5] Belə ki, Türkiyədə sünnət olmaq, kişilik və güc mənasına gəlir.[6]

Ölkəmizdə edilən araşdırmalar, sünnətin ruh sağlığı üzərində müsbət təsirləri olduğunu, sünnətsiz olmağın isə ciddi mənada psixoloji problemlərə yol açdığını göstərməkdədir.[7]

Sünnətin ruh sağlığı üzərində bir başqa müsbət təsiri də ata-oğul motivasyonunu saxlayaraqmaskülen/kişilik hisslərini tərəzidə tutmasıdır. Bilavasitə sünnət, uşağın cinsi şəxsiyyətinin inkişafı üzərində də müsbət təsir göstərir.

Sünnətin uşaqdan icazə almadan edilməsini  onun əxlaqi yöndən əksik olduğunu deyənlər vardır. Bunu iddia edənlər, uşaqlara edilən aşını da diqqətə alaraq onun da əxlaqi olmadığını deyə bilərlərmi? Bu kimi işlərdə ailənin icazəsi kifayət görülür.

  • Dini Cəhət

Sünnət əslində dini deyil, tibbi bir fəaliyyətdir və bu işin tibbi cəhəti də yuxarıda izah edilmişdir.  Bilavasitə, bu mövzudakı son sözü tibb deməlidir.

Son dövrlərdə sünnətin dini sahəsi ilə əlaqəli mübahisələr əslində daha çox “insan bədəninə toxunulmamasını, sünnətin haram olduğunu” müdafiə edənlər tərəfindən başladılmışdır. Onlara görə sünnət “Allahın ideal olaraq yaratdığı insan bədəninə bir müdaxilədir və haramdır.”

Halbuki bir şeyin haram olması üçün Quranda onun açıq bir dəlili olması lazımdır. Sünnətin haram olduğunu bildirən hər hansı bir ayə Quranda yoxdur. Haramlığı ilə əlaqəli irəli sürülən ayələrin məsələ ilə əlaqəsi yoxdur. Belə ki, ən çox dəlil gətirdikləri ayə belədir: “Doğrusu biz insanı ən gözəl bir surətdə/şəkildə yaratdıq.” (Tin, 95/4)

Bəli, şübhəsiz ki Uca Allah, bizi həm surət həm də ruh etibarilə ən gözəl bir şəkildə yaratmışdır. Amma bu ayədə ifadə edilənlərin şəkil gözəlliyi ilə bir əlaqəsi yoxdur. Çünki ayə belə davam edir:

“Sonra isə onu aşağıların ən aşağısına düşürürük. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat­ hazırlanmışdır.” (Tin 95/5-6)

Deməli, insanın ideal duruşu; yaxşını pisdən ayırd etmək qabiliyyətinə bağlıdır. Buna görə, bəzilərimiz iman edər və gözəl işlər görərkən, yəni “əhsəni təqvim”in haqqını verərkən, bəzilərimiz də bunun haqqını verməz və “əsfələ safilin”ə düşərik. Bir də bunu özümüz edərik, Allah deyil. Nəticədə ayənin mövzuya heç dəxli yoxdur.

Dəlil gətirdikləri digər ayə isə belədir:

(Şeytan) onları mütləq azdıracam və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm.” (Nisə 4/119)

Görüldüyü üzrə bu ayənin də mövzu ilə heçbir əlaqəsi  olmadığı çox açıqdır. Çünki bəhs edilən bu iş, müşriklərin “ənam” (qoyun, keçi, inək və dəvə) cinsi heyvanlara edilən şirk dolu işlərdir. Yəni, özlərini Allahın qəza bəlasından qoruyacaqları inancıyla heyvanların müxtəlif orqanlarını kəsib qədərinə tərk edib buraxırdılar və bunu da Allah belə əmr etdi, Onun dinində belədir, deyərək edirdilər. Nəticədə burada dəyişdirilən də -bədən deyil- fıtrat olaraq tanıtdığı dinidir.[8] Bu səbəblə sünnətin nə fərz olduğu nə də haram olduğu deyilə bilməz.

Bəs, sünnətin Tövratda yer alan bir əmr olması (Yəhudilərə fərz olması) bizim üçün də bir dəlil ola bilərmi?

Quranın əvvəlki kitabları/şəriəti təsdiq etdiyi məlumdur. Quran eyni zamanda özündən əvvəlki kitablarda olan şəri əmrləri ya misli ilə davam etdirmiş ya da daha xeyirlisi/rahatı ilə nəsx/ləğv etmişdir.[9]  Nə var ki, Quran daha xeyirlisi ilə nəsx etdiyi şəriətin hökmünü də bizə bildirmişdir. Yəni, əgər var isə ortadan qaldırdığı bir tətbiqatı da bizə xəbər vermişdir. Məsələn, Yəhudilərdəki zina həddi daşlayaraq öldürmək/rəcm ikən Quran bu cəzanı yüz şallağa düşürmüşdür.[10] Yəhudilərin Ramazan gecələrində zövcələri ilə cinsi əlaqəyə girmək qadağan edildiyi halda Quran bu qadağanı qaldırmışdır.[11] Yəhudilərdə şənbə günü ovlanma qadağası olduğu halda Quranda belə bir qadağa yoxdur.[12] Yenə Yəhudilərdə inək və qoyunun iç yağları və dırnaqlı heyvanların ətləri haram olduğu halda Quranda bizim üçün belə bir qadağa yoxdur.[13]

Görüldüyü kimi, daha xeyirlisi ilə nəsxlər daim bir yüngülləşdirmə yönündə olmuşdur. Bəs, bu halda uşaq sünnətinin Quranda heç yer etməməsi necə yorumlanmalıdır? Eyni zamanda hədislərdə də uşaq sünnətini əmr edən hər hansı bir hədis də yoxdur. Belə ki, bu mövzuda rəvayət edilən ən məşhur hədisdə:

“Beş şey fitrətdəndir; Dırnaq, övrət və qoltuq-altı qılların qırxılması, sünnət/xitan və bığ qısaltmaq.”[14]

Bu hədisdə sünnət etdirməyin bir əmr olduğunu görmürük. Eynilə bığları qısalmaq, dırnaqları kəsmək və qoltuq-altı qılların qırxılması kimi fitri/təbii bir şeyin gigyenik qaydalarından bəhs edilir. Demək ki, sünnət/xitan, Nəbimiz tərəfindən də dində vacib bir iş olaraq deyil, bir gigiyenik məsələ olaraq ələ alınmışdır. Amma buna baxmayaraq sünnət/xitan, müsəlman cəmiyyətlərdə əsrlərdir qeydsiz-şərtsiz qaydada tətbiq edilən bir ənənə olmuş və hətta müsəlmanlığın bir əlaməti olaraq görülmüşdür.

Bizə görə, cərrahi/uşaq sünnəti dini yöndən “caiz=icazəli” və ya “mubah=problemsiz” deyə tərif edilməlidir. Çünki bu sünnət, nə fərz nə də haram deyildir. Üstəlik, adından da gördüyümüz kimi bu tibbi bir fəaliyyətdir. Yəni uşaq sünnəti hədislərdə də yer aldığı kimi sağlıq və gigyenik yöndən faydaları tibbi sahədə qəbul görmüşdür.

O halda belə bir sual verilə bilər ki; Madəm prepisyum dediyimiz bu sünnət dərisini kəsərək almaq (sünnət etmək) tibbi cəhətdən faydalıdır, nə üçün bəs belə bir artıq dəri parçası mövcuddur? Yəni, nə üçün Allah belə bir artıq dəri parçası yaratmışdır?

Bu məsələdə (bəzi şeyləri bilmədiyimiz kimi) belə bir hipotezi də irəli sürə bilərik: Ana bətnində bu artıq dəri parçası penisin ən həssas bölgəsini bir örtü kimi sarığı üçün həm mexanik həm də kimyəvi travmalardan qorumuş olur.

Əlavə sual olaraq, bəs onda bu dəri parçası doğumdan sonra öz-özünə yox olmalı deyildimi? Niyə yox olmur? Sonradan onu kəsib alırlar.

Əslində yeni doğulan hər uşaq daha doğar doğmaz məcburi bir cərrahi əməliyyata ehtiyac duyar; Göbək kordonunun kəsilməsi və klemplənməsi. Belə ki, bu əməliyyatın vaxtından qabaq ya da çox geç edilməsi halında uşaqda çox ciddi problemlərə, sağlığına və hətta ölümünə yol aça bilir.[15]

İnsan kimi doğuran və əmzirən məməli heyvanların heç biri bu cür cərrahi əməliyyata ehtiyac duymur. Niyə təkcə insana xasdır? Şərtlər nə olur olsun (ilk insandan bu yana) hər insan üçün niyə belə bir əməliyyatı həyata keçirmək məcburiyyətindəyik?

Qənaətimə görə, insan bunun phdəsindən gələ bilən, bacarıqlı və bu keyfiyyətlərə sahib olan tək varlıqdır. Eynilə cərrahi/uşaq sünnəti etdirən yeganə varlığın insan olması kimi…

Nəticə və Dəyərləndirmə

Uşaqların sünnət edilməsi dini deyil, tibbi bir fəaliyyətdir. Müasir tibb, tibbi faydaları səbəbilə bunu tövsiyə etməkdədir. Belə ki, tibbin ən inkişaf etdiyi ölkələrdən ABŞ-da sağlıq sığorta şirkətləri sünnəti tövsiyə etməkdədir. Hətta sünnətli kişilərdə və onların zövcələrində daha az sağlıq problemi yaşandığı söylənməkdədir. Bu səbəblə uşaqların sünnəti tibbi cəhətdən tövsiyə ediləcək bir işdir. Əlavə olaraq, əgər ölkəmiz kimi müsəlman cəmiyyətin olduğu bölgələrdə yaşayırsınızsa və oğlunuzun da ruhi və psixoseksual yöndən bəzi problemlər yaşamasını istəmirsizsə, uşağınızın sünnət edilməsi məqsədəuyğundur.

Nəticədə hər ata-ana övladı üçün ən yaxşı olanı həyata keçirmək istəyər. O halda valideynlər cərrahi/uşaq sünnəti məsləsində spekülyativ yorumlara etibar etməməli, müasir elmi məlumatları diqqətə almalıdırlar. Əlbəttə ki bu məlumatlar da mübahisə edilməyəcək səviyyədə mütləq elmi əsaslar deyildir. Amma ən azından bir qaydası olan və nəyi nə üçün tövsiyə edib etmədiyi ortada olan məlumatlardır.

Tibbi Mənbələr:

  1. Arca G, Botet F, Palacio M, Carbonell-Estrany X.Timing of umbilical cord clamping: new thoughts on an old discussion. J Matern Fetal Neonatal Med. 2010 Nov;23(11):1274-85. doi: 10.3109/14767050903551475.
  2. Armagan A, Silay MS, Karatag T et al. Circumcision during the phallic period: does it affect the psychosexual functions in adulthood? Andrologia. 2014 Apr;46(3):254-7. doi: 10.1111/and.12071.
  3. Aydogmus Y, Semiz M, Er O, Bas O, Atay I, Kilinc MF. Psychological and sexual effects of circumcision in adult males. Can Urol Assoc J. 2016 MayJun;10:E156-E160.
  4. Bayraktar Z. Yeni Üroloji Dergisi – The New Journal of Urology 2018;13(2):77-86.
  5. Bleustein CB1, Fogarty JD, Eckholdt H, Arezzo JC, Melman A. Effect of neonatal circumcision on penile neurologic sensation. Urology 2005;65:773-7.
  6. Collins S, Upshaw J, Rutchik S, Ohannessian C, Ortenberg J, Albertsen P. Effects of circumcision on male sexual function: debunking a myth? J Urol 2002;167:2111-2.
  7. Fink KS, Carson CC, DeVellis RF. Adult circumcision outcomes study: effect on erectile function, penile sensitivity, sexual activity and satisfaction. J Urol 2002;167:2113-16.
  8. Jelin AC, Zlatnik MG, Kuppermann M et al. Clamp late and maintain perfusion (CLAMP) policy: delayed cord clamping in preterm infants. J Matern Fetal Neonatal Med. 2016;29(11):1705-9. doi: 10.3109/14767058.2015.1061496. Epub 2015 Aug 12.
  9. Kalkan M, Şahin C, Toraman AR, Turkan S. A comparison of sense of self and self-esteem in uncircumcised men over the age of 20 to those who were circumcised during childhood. Turk J Urol 2010;36:411-417.
  10. Morris BJ, Bailis SA, Wiswell TE. Circumcision rates in the United States: Rising or falling? What e ect might the new a irmative pediatric policy statement have? Mayo Clin Proc 2014;89:677–78.
  11. Morris BJ, Krieger JN. Does male circumcision affect sexual function, sensitivity, or satisfaction?-a systematic review. J Sex Med. 2013 Nov;10:264457. doi: 10.1111/jsm.12293.
  12. Nunberg H. Circumcision and the problems of bisexuality. Rev Psicoanal 1952;9:55-122.
  13. Öztürk OM. Ritual circumcision and castration anxiety. Psychiatry 1973;36:49-60.
  14. Sari N, Büyükünal SN, Zülfikar B. Circumcision ceremoni¬es at the Ottoman palace. J Pediatr Surg 1996;31:920-24.
  15. Şahin F, Beyazova U, Aktürk A. Attitudes and practices re¬garding circumcision in Turkey. Child: Care, Health and Development 2003;29:275-80.
  16. Tian Y, Liu W, Wang JZ, Wazir R, Yue X, Wang KJ. Effects of circumcision on male sexual functions: a systematic review and meta-analysis. Asian J Androl 2013; 15: 662-66.
  17. Yavuz M, Demir T, Doğangün B. The effect of circumcision on the mental health of children: A Review. J Turk Psychi¬atry 2012;23:63-70.
  18. Yılmaz E, Batılsam E, Basar MM, Basar H. Psychological trauma of circumcision in the phallic period could be avoi¬ded by using topical steroids. Int J Urol 2003;10:651-56.

[1] Kastrasyon fobisi, uşağın öz penisini itirmək qorxusu ilə keçirdiyi qorxu hissi.

[2] Morris, 2014.

[3] Morris 2013; Collins, 2002; Tian, 2013.

[4] Fink, 2002.

[5] Öztürk, 1973; Şahin, 2003; Yavuz, 2012.

[6] O cümlədən belə bir cəmiyyətin bəzi qadın və qızları sünnətsiz kişilərin kişiliklərində bir eyib olduğunu sanırlar.

[7] Armağan, 2014; Aydoğmuş, 2016; Kalkan, 2010; Öztürk, 1973; Şahin, 2003; Yavuz, 2012; Yılmaz, 2003.

[8] Rum, 30/30.

[9] Bəqərə, 2/106.

[10] Nur, 24/2.

[11] Bəqərə, 2/187.

[12] Nahl, 16/124.

[13] Nisə, 4/160; Ənam, 6/46.

[14] Buhari, Libas, 63, 64; Müslüm, Təharət, 49, 50;  Tirmizi, Ədəb, 14 (2756).

[15] Arca, 2010; Jelin, 2015.