Müsəlmanlar

Üstündə İmamların şəkli olan şeyləri asmaq, geyinmək olarmı?

Sual: İran bazarlarında İmam Əli və Hüseyn başda olmaqla İmamlara bənzədilən boyalı rəsmlər satılır. Bunları alıb geyinə bilərikmi?

Cavab: Unutmamalıyıq ki, qədim tarixdə yaşamış şəxsiyyətlərin rəsmləri, rəssamın təsəvvürlərindən ibarətdir və həqiqəti əks etdirmir. Şübhəsiz ki, marketlərdə satılan rəsmlərin də həmin şəxslərlə və şəkilləri ilə heç bir əlaqəsi yoxdur. O cümlədən peyğəmbərimizin, onun əhli beytinin və səhabənin heç birinin rəsmi/şəkli, o zaman heç bir rəssam tərəfindən də çəkilməyib.

Bəzi insanlar, “axı belə rəsmlərin nə zərəri ola bilər? Rəsmlər, onları sevdiyimizi dəyər verdiyimizi ifadə edir” deyirlər. Halbuki, həqiqət heç də onların dedikləri kimi deyil. İmamların və insanların müqəddəsləşdirdikləri şəxslərin şəkilləri digər sadə insanların şəkilləri kimi deyil və onlara adi insanlar kimi də baxılmır. Belə ki; onlardan hər hansı birinin xəyali rəsminin bir cahil tərəfindən həqiqi rəsmi kimi qəbul edildiyi zaman, şeytan onun təsəvvvüründə batıl düşüncələrə yol açar. Məsələn; öz yanında olduğuna, köməklik etdiyinə, qeyri-adi gücə sahib olduğuna, özünü gördüyünə, çağırdığı zaman cavab verdiyinə inanır və hətta Allahı çağıracaq yerdə onu çağırmağa başlayır. Artıq hər yerdə; evində, iş yerində, köynəyində, qoynunda müqəddəsləşdirdiyi şəxsin şəklini asdığını hətta tatirovkasında/döyməsində həmin şəxsin şəklini çəkdiyini görərsiz.

Onlar, müqəddəlsəşdirdikləri şəxslərin özlərini dünyada qoruyacağını və axirətdə də qurtaracağını, şəfaət edəcəklərini düşünürlər. Belə bir düşüncə onları, Allahın qadağan etdiyi və bağışlamayacağı günaha yəni şirkə sövq edir. Nəticə etibariylə, sizi şirkə düşürəcək belə şeylərdən uzaq durun və özünüzü təhlükəyə atmayın!

Həm İranda həm də bütpərəst ölkələrin əksəriyyətində dinindən, kitabından qafil olan insanları Allahdan uzaqlaşdırıb, şəxslərə yönləndirmək, onları istismar edib müqəddəsləşdirmək üçün hər cür uydurmalara, oyunlara baş vururlar. Məhz dini siyasi əməllərinə qurban edən və imamları bu yolda istismar edən İranda da bu cür bazarların və düşüncələrin yayğınlaşması, cahil xalqı idarə etməsinə və İranın ayaqda qalmasına köməklik göstərməkdədir.

Buna bənzər sual-cavabla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.muselmanlar.com/fitvalar/6619.html

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.