Müsəlmanlar

Günah tökməklə əlaqəli uydurma hədislər.

Günah tökməklə əlaqəli uydurma hədislər.

Peyğəmbər əleyhissəlam və imamlar adından çox sayıda günah tökməklə əlaqəli rəvayətlər nəql edilmişdir. Belə ki, insanların çox rahat şəkildə günahlarını tökən, onları cənnətə yollayan və bir anlamda günah işləməyə təşviq edən çox sayıda rəvayətlər mövcuddur. Bu rəvayətləri, Allahın kitabıyla və peyğəmbər əleyhissəlamın həyatı ilə dəyərləndirəndə görürük ki, əslində bütün bunların nə dinimizlə, kitabımızla nə peyğəmbərimizlə nə də imamlarla bir əlaqəsi yoxdur.

Biz, bunlardan bir neçəsini sizə təqdim edirik:

“Kim bir gündə yüz dəfə “Subhanəllah vəlhamdulilləhi”- desə, səhvləri hətta dənizin köpüyü qədər (çox) olsa belə tökülər.”[1]

“Kim bi Cümə namazına gəlsə digər Cümə arasında işləmiş olduğu günahları bağışlanar.”

Bir başqa rəvayət: “Hər kim Cümə günü dünyadan köçərsə, onun qəbir əzabı olmaz və cəhənnəm əzabından xilas olar.”[2]

Bu kimi rəvayətlər əslində Allahın dinini alçaltmaq, xəfifə almaq və Quranın əmrlərindən insanları uzaq tutmağa sövq edir.

“Qəlbində xardal dənəsi qədər kibir olan olan cənnətə girə bilməz. Yenə də qəlbində xardal toxumu qədər imanı olan da cəhənnəmə girməz.[3]

“Hər hansı bir möminin ayağına tikan batar və ya başına bundan böyük bir sıxıntı gələrsə, bunlar səbəbiylə onun bir dərəcəsi yüksəlir və bir günahı silinir.”[4] 

“Kim Allah üçün həcc edər, pis söz və davranışlardan (həccdə) özünü qoruyarsa (qul haqqı xaric), anasından doğduğu gün kimi (günahlarından arınmış olaraq həcdən) dönər.”[5]

“Hər kim qəbirsanlığa girər və Yasin oxuyar, sonra da savabını ölülərə bağışlayarsa, o gün Allah Təala, onların əzabını azaldır. Oxuyanın da o qəbirsanlıqda yatan ölülər qədər savabı olur.”[6]

Bu kimi rəvayətləri uyduranlara və xurafələrə qananlara qarşı Rəbbimizin Quranda bu dediklərini xatırlatmaqda fayda vardır:

(Əhli Kitabdan) Sonra bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. – deyən kimsələr onların yerinə keçdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda )olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf 7/169.)

Bu səbəblə biz; dinimiz, peyğəmbərimiz və imamlar adından hər rəvayət edilən sözlərə inanmamalı ya da bu rəvayətləri Allahın kitabına ərz etməliyik.

Oxşar mövzulara baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13557.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Buxari, “Daavat” 54, Müslim, “Zikr” 28, Tirmizi, “Daavat” 61.

[2] Küleyni, Üsulu-Kafi, c. 1, had. 373; Tirmizi, “Cənaiz” 73.

[3] Müslüm, iman, 48.

[4] Müslüm, Birr, 46; Tirmizi, Cənaiz, 1.

[5] Buxari, Həcc 4; Müslüm, Həcc 438.

[6] İbn Kudamə, el-Muğni, 2/422.