Müsəlmanlar

Bir insan əli yüngül, ayağı ağır ola bilərmi?

Sual: El arasında filankəsin əli yüngüldü və ya ayağı ağırdı deyirlər. Bu kimi söhbətlərin dini cəhətdən bir həqiqəti varmı?

Cavab: Bu kimi düşüncələr, cəhalətdən və əsli olmayan iddialardan ibarətdir. İnsanlar, həqiqətləri və hadisələri doğru dəyərləndirmədiyi zaman bu kimi xürafələrə yönəlirlər. Belə ki, Quranda Musa əleyhissəlama qarşı çıxanlar da buna bənzər ifadələr işlətmişlər:

“Onlara xeyir gəldiyi zaman: “Bu bizim haqqımızdır!” – deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz.” (Əraf, 7/131)

Bir başqa ayədə Saleh əleyhissəlam haqqında belə dedilər:

“Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq…” (Nəml, 27/47.)

Qısacası; Əli yüngül, əli ağır, ayağı yüngül ayağı ağır” insan yoxdur. Bu kimi sözlər, insanın özü ilə və ya özündən sonra gətirdiklərini bildirmək üçün işlədilən məcazi ifadələrdir.

Heç kim nə özünün nə də başqasının başına nə gələcəyini bilməz. Hər şey Allahın əlindədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5495.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.