Sad surəsi 88 ayədən ibarətdir. Birinci ayədə ifadə edilən “sad” hərfi həmçinin surəyə isim olmuşdur.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
ص وَالْقُرْآنِ ذِي الذِّكْرِ
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ
- Əslində kafirlər bir qürur və ayrılıq içindədirlər.[4]
كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ
- Onlardan əvvəl neçə-neçə nəsilləri həlak etdik.[5] Həmin əsnada yalvarıb yaxardılar, amma artıq qurtuluş vaxtı deyildi.
وَعَجِبُوا أَن جَاءهُم مُّنذِرٌ مِّنْهُمْ وَقَالَ الْكَافِرُونَ هَذَا سَاحِرٌ كَذَّابٌ
- O kafirlər, özlərinə aralarından bir xəbərdar edənin gəlməsinə təəccüb etdilər və belə dedilər: “Bu, yalancı bir sehirbazdır!”[6]
أَجَعَلَ الْآلِهَةَ إِلَهًا وَاحِدًا إِنَّ هَذَا لَشَيْءٌ عُجَابٌ
- (Muhəmməd) ilahları tək bir ilahmı etdi?[7] Həqiqətən, bu, çox təəccüb ediləcək bir şeydir!”
وَانطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَى آلِهَتِكُمْ إِنَّ هَذَا لَشَيْءٌ يُرَادُ
- Onların öndə gələnləri (toplandıqları yerdən) ayrılıb getdilər: “Gedin öz ilahlarınıza bağlı qalın.[8] Əlbəttə, sizdən istənilən əsas şey budur!
مَا سَمِعْنَا بِهَذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَذَا إِلَّا اخْتِلَاقٌ
- Son dini yaşama tərzimizdə də[9] (Xristianlıqda)[10] belə bir şey duymadıq. Bu sadəcə bir uydurmadır!
أَأُنزِلَ عَلَيْهِ الذِّكْرُ مِن بَيْنِنَا بَلْ هُمْ فِي شَكٍّ مِّن ذِكْرِي بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ
- Məgər o zikir/Quran aramızdan onamı nazil oldu?[11] Əslində, onlar Mənim zikrim/Quran haqqında şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ əzabımı dadmayıblar.
أَمْ عِندَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ
- Yoxsa Əziz/qüdrətli və qarşılıqsız bol ruzi verən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?[12]
أَمْ لَهُم مُّلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ
- Yaxud göylərin, yerin və onların arasındakıların hökmranlığı onlardadırmı? Elə isə, imkanlarını səfərbər edib (göyə) yüksəlsinlər.[13]
جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الْأَحْزَابِ
- Onlar, burada (Məkkədə) məğlubiyyətə uğrayacaq[14] müxtəlif qruplardan/qəbilədən ibarət bir ordudur.[15]
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ
- Onlardan öncə Nuh xalqı, Ad və dirəklər/piramidlər sahibi[16] Firon da yalanlamışdı.
وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الأَيْكَةِ أُوْلَئِكَ الْأَحْزَابُ
- Səmud, Lut xalqı və Əykə əhalisi də[17]… Bax bunlar (həlak edilmiş) qruplar/qəbilələrdi.
إِن كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ
- Hamısı da elçiləri yalanladılar. Sonunda cəzam onlara haqq oldu.[18]
وَمَا يَنظُرُ هَؤُلَاء إِلَّا صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ
- Bunlar da həmçinin yüksək bir səsdən başqasını gözləmirlər, (bilsinlər ki) o səs bir an belə geçikməz![19]
وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ
- (Müşriklər istehza edərək) belə dedilər: “Rəbbimiz! Bizim payımızı haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver![20]
اصْبِرْ عَلَى مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ إِنَّهُ أَوَّابٌ
- Sən onların söylədiklərinə səbr et[21] və güçlü-qüvvətli Davudu yada sal! O, daim Allaha yönələn biri idi.
إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ
- Biz dağları Davudun xidmətinə verdik. Axşam çağı və quşluq vaxtı[22] onunla birlikdə Allahı təsbih edər/boyun əyərdilər.[23]
وَالطَّيْرَ مَحْشُورَةً كُلٌّ لَّهُ أَوَّابٌ
- Qanadlı canlıları da bütövlükdə (xidmətinə verdik), hamısı Ona*Allaha yönəlirdi.[24]
وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ
- Biz onun ( Davudun) hökmranlığını möhkəmləndirdik. Ona hikmət (doğru qərar vermə qabiliyyəti) və doğru sözü batıldan ayırd etmək qabiliyyəti verdik.[25]
وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ
- Bir-birləri ilə çəkişənlərin[26] xəbəri gəlib sənə çatdımı? Bir gün onlar mihraba (Davudun oturduğu məkana)[27] gəlib sızmışdılar.[28]
إِذْ دَخَلُوا عَلَى دَاوُودَ فَفَزِعَ مِنْهُمْ قَالُوا لَا تَخَفْ خَصْمَانِ بَغَى بَعْضُنَا عَلَى بَعْضٍ فَاحْكُم بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَى سَوَاء الصِّرَاطِ
- Davudun yanına daxil olduqları zaman o onlardan qorxub təşvişə düşdü. Onlar dedilər: “Qorxma! Biz bir-birimizin haqqına girmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə! Bizə doğru yolu göstər.
إِنَّ هَذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
- “(Davaçılardan biri) Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bir tək qoyunum var. O, “ona baxmağı da mənə həvalə et!”-dedi və bu mübahisədə məni məğlub etdi.
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَى نِعَاجِهِ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَى بَعْضٍ إِلَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ
- (Davud digər tərəfi dinləmədən) dedi ki: “Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birlərinə sözsüz ki, haqsızlıq edərlər. İnanıb güvənən və xeyirxah işlər görənlər isə belə etməzlər. Onların da ki sayısı çox azdır!” Davud Bizim onu sınağa çəkdiyimizi anladı və dərhal Rəbbindən bağışlanmasını dilədi, rükuya qapanaraq (Rəbbinə) yönəldi/tövbə etdi.[29]
فَغَفَرْنَا لَهُ ذَلِكَ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَى وَحُسْنَ مَآبٍ
- Biz də onun xətasını bağışladıq. Şübhəsiz, onun üçün qatımızda xüsusi bir yaxınlıq və gözəl bir dönüş yeri vardır.
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
- “Ey Davud! Bu torpaqlarda səni xəlifə (səni əvvəlkilərin yerinə) təyin etdik. O halda insanlar arasında doğru hokm ver. Həva-həvəslərinə uyma! Bu səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allahın yolundan azanları haqq-hesab gününü unutduqları üçün[30] şiddətli bir əzab gözləyir.[31]
وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ
- Biz göyü, yeri və ikisinin arasındakıları boşuna yaratmadıq.[32] Bu, kafirlik edənlərin zənnidir! Vay cəhənnəm atəşində yanacaq olan kafirlərin halına![33]
أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ
- Yaxsa Biz inanıb güvənən və xeyirxah işlər görənləri, yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq? Yaxud pis işlərdən çəkinib qorunanları günahkarlarla bir tutacağıq?[34]
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الْأَلْبَابِ
- Bu Kitab, həm ayələrini ətraflı düşünmək[35] həm də ağlını işlədənlərin[36] doğru biliyə yiyələnmələri[37] üçün sənə nazil etdiyimiz mübarək/bərəkətli bir kitabdır.[38]
وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ
- Davuda (oğlu) Süleymanı bəxş etdik.[39] Süleyman nə gözəl bir bəndədir! Çünki o, daim (Bizə) yönəlirdi.[40]
إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ
- Bir axşam üstü ona möhtəşəm yarış atları təqdim edildi.
فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَن ذِكْرِ رَبِّي حَتَّى تَوَارَتْ بِالْحِجَابِ
- Dedi ki: “Mən mal-mülkü (atlar daxil), Rəbbimi xatırlatdığı üçün sevirəm.” Nəhayət, günəş batdı.
رُدُّوهَا عَلَيَّ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ
- (Süleyman) “Onları təkrar mənə gətirin!” – dedi. Sonra da ayaqlarını və boyunlarını məsh edib sığallamağa başladı.
وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَى كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ
- Biz Süleymanı sınağa çəkdik. Taxtının üstünə bir cəsəd qoyduq. Arxasından yenə Bizə yönəldi.
قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَّا يَنبَغِي لِأَحَدٍ مِّنْ بَعْدِي إِنَّكَ أَنتَ الْوَهَّابُ
- Dedi: “Rəbbim! Məni bağışla və mənə məndən sonra heç kimə nəsib olmayacaq bir hakimiyyət ver. Qarşılıqsız bol ruzi verən Sənsən Sən!”
فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاء حَيْثُ أَصَابَ
- Bunun üzərinə Biz də küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə xəfif əsərdi.[41]
وَالشَّيَاطِينَ كُلَّ بَنَّاء وَغَوَّاصٍ
- Həmçinin bənna və dalğıc bütün şeytanları
وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ
- Eləcə də zəncirlərlə bir-birinə bağlanmış digər şeytanları (Süleymanın xidmətinə verdik).[42]
هَذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
- Bu, Bizim sənə qarşılıqsız verdiklərimizdir; istərsən başqalarına da bağışla, istərsən özündə tut saxla (vermə)!”[43]
وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَى وَحُسْنَ مَآبٍ
- Şübhəsiz, onun üçün qatımızda xüsusi bir yaxınlıq və gözəl bir dönüş yeri vardır.
وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ
- Bəndəmiz Əyyubu da yada sal! Bir gün o Rəbbinə yalvararaq belə səslənmişdi: “Şeytan mənə yorğunluq və əzab-əziyyət verdi.
ارْكُضْ بِرِجْلِكَ هَذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ
- (Ona dedik ki) “Ayağınla yerə vur! Bax bu, yuyunulacaq və içiləcək sərin sudur!”
وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَى لِأُوْلِي الْأَلْبَابِ
- Biz ona tərəfimizdən bir rəhmət və ağlını işlədənlərə[44] xatırda qalacaq bir bilik/dərs olsun deyə, ona ailəsini və bir o qədərini də bəxş etdik.[45]
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِب بِّهِ وَلَا تَحْنَثْ إِنَّا وَجَدْنَاهُ صَابِرًا نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ
- Ona: “Əlinə bir tutam ot al, onunla (bədəninə) vur.[46] (Xəstəliyi şeytandan bilərək) Günaha girmə!”[47] – dedik. Onu səbr edən gördük. O nə gözəl bir bəndədir! Çünki o, daim (Bizə) yönəlirdi.
وَاذْكُرْ عِبَادَنَا إبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ أُوْلِي الْأَيْدِي وَالْأَبْصَارِ
- Güclü və bəsirətli bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yada sal!
إِنَّا أَخْلَصْنَاهُم بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ
- Biz axirət yurdunu ixlasları/Allahın saf dininə bağlılıqları səbəbilə ağlından çıxarmayanların ixlasını/Allahın saf dininə bağlılıqlarını təsdiqlədik.
وَإِنَّهُمْ عِندَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ
- Onlar Bizim qatımızda seçkin, xeyirli kimsələrdəndir.[48]
وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ وَكُلٌّ مِّنْ الْأَخْيَارِ
- İsmaili, Əlyəsəni və Zülkifli də yada sal! Onların hamısı xeyirxah kimsələrdəndir.[49]
هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ
- Bu, ağlında saxlanılması lazım olan doğru bilikdir. Pisliklərdən çəkinib qorunanlara, əlbəttə, gözəl bir dönüş yeri vardır.[50]
جَنَّاتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الْأَبْوَابُ
مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ
- Onlar orada taxtlara söykənərək bir çox meyvə və içkilər sifariş edəcəklər.[53]
وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ
- Yanlarında gözlərini onlardan ayırmayan, eyni yaşda dişi varlıqlar/hürilər[54] olacaqdır.
هَذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ
- Bax bunlar, haqq-hesab günündə sizə vəd olunan şeylərdir.[55]
إِنَّ هَذَا لَرِزْقُنَا مَا لَهُ مِن نَّفَادٍ
- Bu, əlbəttə, verəcəyimiz ruzilərdir, əsla tükənməyəcəkdir.[56]
هَذَا وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ
- Bax (pisliklərdən çəkinib qorunanların halı) budur! Şübhəsiz ki, həddini aşanlar üçün isə, əlbəttə, çox pis bir dönüş yeri vardır:
جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ
- Cəhənnəm! Oraya atılıb qalacaqlar! Ora nə pis bir yataqdır![57]
هَذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ
- Budur qaynar və soyuq…[58] Artıq onu dadsınlar!
وَآخَرُ مِن شَكْلِهِ أَزْوَاجٌ
- Buna bənzər daha başqa qat-qat (əzab)…
هَذَا فَوْجٌ مُّقْتَحِمٌ مَّعَكُمْ لَا مَرْحَبًا بِهِمْ إِنَّهُمْ صَالُوا النَّارِ
- (Başçılarına belə deyiləcək) “Budur, (dünyada) kor-koranə sizə tabe olan dəstə, burda da sizinlə bərabərdirlər.” (Başçıları isə) “Onlar rahatlıq üzü görməsin! Şübhəsiz, onlar da bu atəşə atılıb qalacaqlar.[59]
قَالُوا بَلْ أَنتُمْ لَا مَرْحَبًا بِكُمْ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا فَبِئْسَ الْقَرَارُ
- (Onlar da başçılarına) “Əsl siz rahat üzü görməyin! Onu bizim önümüzə siz gətirdiniz! Ora nə pis bir qərargahdır!” – deyəcəklər.
قَالُوا رَبَّنَا مَن قَدَّمَ لَنَا هَذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ
- Onlar deyəcəklər: “Rəbbimiz! Bunu bizim önümüzə kim gətiribsə, ona o atəşdə ikiqat əzab ver!”[60]
وَقَالُوا مَا لَنَا لَا نَرَى رِجَالًا كُنَّا نَعُدُّهُم مِّنَ الْأَشْرَارِ
- (Bir-birlərinə) “Niyə bəzi adamları görə bilmirik? Biz (dünyada) onları pis/şər adamlar olaraq irəli sürərdik” – deyəcəkllər.
أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ
- Biz onları (boş yerəmi) məsxərəyə qoyurduq?
- Yoxsa onlar gözlərimizdənmi qaçıblar?[61]
إِنَّ ذَلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ
- Şübhəsiz ki, bu, atəş əhlinin bir-birləri ilə çəkişməsi mütləq bir həqiqətdir![62]
قُلْ إِنَّمَا أَنَا مُنذِرٌ وَمَا مِنْ إِلَهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
- De ki: “Mən yalnız bir xəbərdar edənəm![63] Allahdan başqa ilah yoxdur![64] O, təkdir, Qahhardır/hər şeyi əmri altına alandır.[65]
رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ
- Göylərin, yerin və ikisi arasında olanların Rəbbidir/Sahibidir. Əzizdir/güc-qüdrət sahibidir, çox bağışlayandır.”[66]
قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ
- De ki: “O möhtəşəm/böyük bir xəbərdir.[67]
أَنتُمْ عَنْهُ مُعْرِضُونَ
- Siz isə ondan üz döndərirsiniz.[68]
مَا كَانَ لِي مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَى إِذْ يَخْتَصِمُونَ
- Mələyi-Əlada (mələklər məclisində) onların bir-biri ilə çəkişmələri barədə mənim bir məlumatım yoxdur.[69]
إِن يُوحَى إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ
- Mənə, mənim sadəcə açıq-aşkar xəbərdar edən (bir elçi) olduğum vəhy olunur.[70]
إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ
- Bir gün Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir bəşər[71] yaradacağam.
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ
- Ona son şəklini verib içinə ruhumdan üflədiyim zaman[72] onun qarşısında səcdəyə qapanın/ehtiramla əyilin!”[73]
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
- (Allahın əmri üzərinə) mələklər hamısı birlikdə səcdə etdilər/ehtiramla əyildilər.[74]
إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنْ الْكَافِرِينَ
- Ancaq İblis səcdə etmədi. O təkəbbür göstərdi və kafirlərdən oldu.[75]
قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ الْعَالِينَ
- Allah dedi ki: “Ey İblis! Öz əllərimlə yaratdığıma səcdə etməyinə/ ehtiramla əyilməyinə mane olan nədir? Təkəbbür göstərdinmi, yoxsa özünü üstün tutanlardanmı oldun?[76]
قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ
- İblis: “Mən ondan daha xeyirliyəm/dəyərliyəm. Məni atəşdən yaratdın, onu palçıqdan yaratdın.”[77] – dedi.
قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ
- Allah dedi ki: “Elə isə çıx oradan! Artıq sən qovuldun![78]
وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَى يَوْمِ الدِّينِ
قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ
- (İblis) Dedi ki: “Rəbbim! O zaman mənə yenidən dirildiləcəkləri günə qədər möhlət ver!”
قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ
- (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,[81]
إِلَى يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
- O məlum vaxtın gününə qədər!”[82]
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
- (İblis) Dedi ki: “İzzətinə and olsun ki, onların hamısını mütləq azdıracağam![83]
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
- Ancaq onlardan ixlaslı/ Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş olanlar xaric.”[84]
قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ
- (Allah) Dedi: “Bax bu haqqdır/doğrudur. Mən də haqqı söyləyirəm:
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ
- Cəhənnəmi mütləq səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam.”[85]
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ
- De ki: “Mən gördüyüm işə qarşılıq sizdən heç bir ücrət istəmirəm.[86] Belə bir məsuliyyətin altına da öz başıma girmiş deyiləm.
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
- Bu (Quran), aləmlər üçün ancaq bir zikir/xatırda tutulması lazım olan doğru bilik/xatırlatmadır.[87]
وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ
- Onun verdiyi xəbəri bir müddət sonra mütləq öyrənəcəksiniz.”[88]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).
[3] Yusuf 12/104, Ənbiya 21/10, 50, Zuxruf 43/44, Təkvir 81/27.
[4] Bax: Haşr 59/24. “Şiqaq” (شقاق) sözü “şaqq” (شَقّ) sözünün feli ismi (kişi cinsində) olub, bir şeydə çat və ya bir şeyi parçalamaq mənasını verir. Çatlağın hər iki tərəfindəki hər hissə “şiqq” (شِقّ) adlanır. (Mekayis, Mufradat, Lisanul Ərəb).
[5] Ənam 6/6, Yunus 10/13, İsra 17/17, Məryəm 19/74, 98, Tə-ha 20/128, Səcdə 32/26, Yasin 36/31, Qaf 50/36,
[6] Yunus 10/2, Qaf 50/2.
[7] Tanrı, əmrlərinə qeyd-şərtsiz əməl edilən varlıqdır. Tək bir ilah var, o da Allah. Allahdan başqa bir ilahın varlığını qəbul etmək şirkdir. Məkkə müşrikləri birdən çox ilahın varlığını iddia etdikləri üçün Muhəmməd Peyğəmbərin (s.a.s.) çağırışına təəccübləndilər.
[8] Furqan 25/42.
[9] “Dini həyat tərzi” – deyə məal verdiyimiz “millət” sözü çox vaxt “din” kimi tərcümə olunur. Halbuki Quranda “Allahın dini” ifadəsi olduğu halda, “Allahın milləti” ifadəsi keçmir. Bu söz İbrahim, İshaq və Yaqub peyğəmbərlərə, eləcə də kafirlərə münasibətdə istifadə olunur (Yusuf 12:37). Bütün müsbət ifadələrdə şirkdən uzaq dini anlayış və Allaha birbaşa, tam bir təslimiyyət vurğulanır. Bu da göstərir ki, “millət” dinin özü deyil, mömin və ya kafir olmasından asılı olmayaraq fərdlərin “dini həyat tərzidir” (Bəqərə 2:120, 130).
[10] Müşriklər Allahı özlərindən uzaq, bir padşah kimi hesab edirlər və Ona çatmaq üçün Allaha yaxın olduqlarına inandıqları bəzi varlıqları vasitəçi kimi qəbul edirlər. Xristianlar da İsanı Allahın oğlu hesab edir və beləliklə, Ona şərik qoşurlar. Onlar həmçinin rahiblərini Rəbb kimi qəbul ediblər. Bunun İsanın təbliğ etdiyi saf dinlə heç bir əlaqəsi yoxdur (Maidə 5:116-117). Əlimizdə olan İncil də bunu qəbul etmir (Mark 12:28-31). Quran bu inancı şirk hesab edir (Maidə 5/72-75, Tevbe 9/30-31). Məkkəlilərin eşitdiyi onlardakı bu uydurma inanc idi.
[11] Zuxruf 43/31.
[12] Zuxruf 43/32, Tur 52/37.
[13] Hicr 15/14-15, Müminun 23/17, Mümin 40/36-37, Rəhman 55/33.
[14] Qəmərr 54/44-45.
[15] Duhan 44/24.
[16] Fəcr 89/10. Misir fironları günəş tanrısı “Ra” ya adadıqları sütunlar/piramidlər kimi tikililər ucaldırdılar. Bu tikililər dini, siyasi simvolik xarakteri daşısa da astronomik müşahidələr üçün də istifadə olunurdu.
[17] Ərəb dilində sıx, bir-birinə bağlı ağaclıqlar (Lisanul-Ərəb) mənasını verən eykə (أيكة) sözü, Şüeybin elçi kimi göndərildiyi şəhər olan Mədyənin (Əraf 7/85) başqa bir adıdır (Şüəra 26/176-189, Kaf 50/14). Tövratda Mədyən xalqının (və Amaleqlilərin) İsrail torpağına (Kənan) necə davamlı basqınlar etdiyi və məhsullarını talan etdiyi təsvir olunur. Bu, onların hərbi gücünü və bölgənin yolları və sərvətləri üzərində nəzarətlərini göstərir (Hakimlər 6-8). Şüeyb peyğəmbər onları çəki və ölçüdə ədalətsizlik etməmələri, ölkədə fəsad törətməmələri və insanları Allahın yolundan uzaqlaşdırmamaları üçün xəbərdar etdi.(Əraf 7/85-86; Hud 11/84-87). Lakin onlar və rəhbərləri Şüeybi yalan danışmaqda günahlandırdılar, ondan işlərindən uzaq durmasını istədilər və onu və xalqını ölkədən qovmaqla hədələdilər. Bunun üzərinə Şüeyb onları yaxınlaşan ilahi əzabdan xəbərdar etdi və şiddətli bir zəlzələ və dəhşətli bir səslə məhv edildilər (Əraf 7/85-92, Hud 11/84-95, Hicr 15/78-79, Ənkəbut 29/36-37).
[18] Tövbə 9/70, İbrahim 14/9, Həcc 22/42-45, Furqan 25/37-38, Mümin 40/5, 30-31, Qaf 50/12-14, Nəcm 53/51-53, Buruc 85/17-20, Fəcr 89/6-13.
[19] Yasin 36/49.
[20] Ənam 6/57-58, Hud 11/32, Rad 13/6, Həcc 22/47, Ənkəbut 29/53.
[21] Nəhl 16/127, Tə-ha 20/130, Rum 30/60, Mümin 40/77, Əhqaf 46/35, Qaf 50/39, Qələm 68/48.
[22] Bu vaxt qılınan namaza Duha namazı və ya İşraq namazı deyilir. Türkcə buna quşluq namazı da deyilir (Təbəri, Təfsir, 21/169).
[23] İsra 17/44,
[24] Ənbiya 21/79, Səbə 34/10.
[25] Bəqərə 2/251, Nəml 27/15.
[26] Bu surənin 22-23-cü ayələrinə əsasən, iddiaçılar özlərini “iki qardaş” kimi təqdim ediblər. Lakin, feil cəm şəklində işlənib. Ərəb dilində cəm üç və ya daha çox insanı ifadə etdiyindən, iddiaçılarla birlikdə başqalarının da olduğu aydındır.
[27] “Mihrab” sözü müxtəlif mənalarda, o cümlədən: otaq, sultanın şəxsi otağı, əsas otaq, hərəmxana, insanların oturub toplaşdığı yer və s. kimi mənalarda istifadə olunur. (Lisanul-Ərəb və el-Kamusul-Muhît) (Ali-İmran 3/37-39, Məryəm 19/11).
[28] Bunlar insan cildində mələklər olmalıdır. Onların bütün qoruyucu maneələri aşaraq Davud peyğəmbərin şəxsi otaqlarına nüfuz etmələri və ona əmr vermələri, Davudun bunun Allahdan bir imtahan olduğunu anlaması, bağışlanma diləməsi və dua etməsi bunu təsdiqləyir.
[29] Davud əleyhissalam qarşı tərəfi dinləmədən və məsələni dərindən araşdırmadan tələsik qərar verməsi səhv idi. Bu məsələdə heç bir ədalətsizlik və ya ortaqlıq təklifi yox idi. Qanunsuzluqda ittiham olunan qardaş yalnız digərinin qoyunlarına baxmaq istəyirdi. Tək bir qoyuna baxmağın çətinliyini nəzərə alsaq, bu təklif əslində qoyun sahibinin xeyrinə idi. Davud peyğəmbər (əleyhissalam) sonradan səhvini başa düşdü və sınağa çəkildiyini görərək Allaha yönəldi/tövbə etdi
[30] Ayənin mətnində “unutmaq” sözü işlənir. Lakin bu, əsl unutma deyil, sanki unutmuş kimi davranmaqdır. Çünki Allah heç kəsi unutduqları üçün məsuliyyətə cəlb etmir (Bəqərə 2/286).
[31] “Şiddətli” mənasını verdiyimiz söz “şədid” (شديد)-dir, yəni “möhkəm bağlı”. Allahın verdiyi cəza qulun əməllərindən asılıdır (Ənam 6/160). Qiyamət gününü unudanların cəzası həmin gün onların unudulmaları olur (Casiyə 45/34-35).
[32] Ali İmran 3/191, Hicr 15/85, Ənbiya 21/16, Duhan 44/38.
[33] Zariyat 51/60.
[34] Səcdə 32/18-20, Zümər 39/9, Mümin 40/58, Casiye 45/21-22, Həşr 59/20
[35] Nisa 4/82, Müminun 23/68, Muhamməd 47/24.
[36] Ərəblər ağıllı adamlara “Ricalul-Lubb” – deyirlər (Lisanul Ərəb).
[37] Rad 13/19, İbrahim 14/52, Zümər 39/27, Duhan 44/58.
[38] Ənam 6/92, 155, Ənbiya 21/50.
[39] Nəml 27/16.
[40] Nəml 27/15.
[41] Süleyman əleyhissəlamın əmrinə verilən külək bir ayədə “âsifen (عَاصِفةً)” (Ənbiya 21/81) deyə təsvir edilir. Bu ayədə onun əmr etdiyi yerə gedən halı isə “ruhâen (رُخَاء)” kimi ifadə edilir. Tərcümələrdə “âsif” sözü “güclü” mənasını verir. Güclü bir külək təyinat yerinə yavaşca getmədiyi üçün lüğətə (Mekâyis) uyğun olaraq “âsif” sözü “sürətli əsən” mənası verilməlidir. Yəni, bu külək əmr edilən işi yerinə yetirmək üçün lazım olan sürətlə və bunu edərkən başqa yerə də zərər verməyəcək qədər yumşaq, xəfif əsməlidir.
[42] Ənbiya 21/82, Səbə 34/12-13.
[43] Nəml 27/40.
[44] Ərəblər ağıllı adamlara “Ricalul-Lubb” – deyirlər (Lisanul Ərəb). Bu səsəblə “Ulul Əlbab” kəlməsinə “ağlını işlədənlər anlamı verildi.
[45] “Əhli” (أهل) sözü, Qurani Kərimdə və ərəb dilində “ailə, insanın həyat yoldaşı və uşaqları”na şamil edilir (Hud 11/40, 45-47). Bu ayədə keçən “Biz ona ailəsini və bir o qədərini də bəxş etdik” ifadəsi, Allahın Əyyub ailəsini geri qaytardığını və ona sahib olduqları qədər və bir qədər də artıq arvad və uşaq verdiyini göstərir (Ənbiya 21:83-84).
[46] Ayədəki darb (ضرب) sözünün kök mənası bir şeyi digərinin üzərinə vurmaq və ya bərkitmək (Mufradat) deməkdir. Bu da ki öz növbəsində vurulan ya da bərkidilən şeyə görə dəyişir.
[47] Ayədə “hins (حنث)” sözü günah və bəla (Mekâyîs) mənasını verir. Təfsir və tərcümələrdə bu sözə “andınızı pozmayın!” mənası verilir. Bu söz başqa bir ayədə günah anlamında keçər (Vakıa 56/46). “Andı pozmaq” Quranda “nəqd” (نقض) sözü ilə ifadə olunur (Nəhl 16/91-92). “hins” sözünə günah mənasını vermək Quranın ümumi kontekstinə uyğundur. Əyyub (əleyhissalam)-a verilən xəbərdarlığın səbəbi onun xəstəliyini şeytana aid etməsi idi. Lakin Şeytanın Allaha güvənənlər üzərində belə bir təsiri yoxdur (Hicr 15/42, Nəhl 16/99-100). Bundan sonra o, Rəbbinə yalvardı: “Mənə bir bəla üz verdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən”. Allah onun duasını qəbul etdi və bəlasını aradan qaldırdı (Ənbiya 21/83-84).
[48] Məryəm 19/49-50, Ənbiya 21/72-73.
[49] Ənam 6/86, Məryəm 19/54-57, Ənbiya 21/85-86.
[50] Rad 13/29.
[51] Məskunlaşmaq və qalmaq üçün yer (Mufradat) mənasını verən “ədn” (عدن) sözü Cənnətin adı deyil, onun bir atributudur. Cənnətin digər atributlarına hər cür ağacın, xüsusən də üzüm bağlarının olduğu böyük bir bağ mənasını verən “Firdövs” (الفردوس) (Kəhf 18/107), bol nemət mənasını verən “Nəim” (النَّعِيمِ) (Maidə 5/65) və qalmaq və yaşamaq üçün yer mənasını verən “Məvâ” (الْمَأْوَى) (Secde 32/19) daxildir.
[52] Zümər 39/73.
[53] Yasin 36/57, Saffat 37/41-43, Zuxruf 43/73, Duhan 44/55, Tur 52/22, Vaqiə 56/20, Mürsəlat 77/42.
[54] Cənnətdə həm kişi, həm də qadın möminlərin ixtiyarında olacaq xidmətçilər hurilərdir (Saffat 37/48-49, Duhan 44/54; Tur 52/20; Rəhman 55/56,72; Vaqiə 56/22; Nəbə 78/33).
[55] Qaf 50/31-32.
[56] Hud 11/108, Rad 13/35, Vaqiə 56/33.
[57] Ali İmran 3/12, Nəbə 78/21-23.
[58] “Ğasaq” həm qaranlıq, həm də soyuq deməkdir (Lisan əl-Ərəb). Təfsirlərdə “əl-ğassâk (الغَسّاق)” sözü əsasən “irin” kimi şərh olunur, lakin bəziləri bunu “çox soyuq” kimi də şərh edirlər (Təbəri). Növbəti ayədəki “əzvac (أزواج)” sözü “zevc (زوج)” sözünün cəm formasıdır və oxşar və ya əks iki şeydən birini ifadə edir (Mufradat). “Sad” surəsinin 38/58-ci ayəsində oxşarlığı ifadə edən “şəkl (شَكْلِ)” sözü də var. Buna görə də, bu ayədəki “hamîm (حميم)” çox isti mənasını verdiyindən, onun əksi olan “ğasak” çox soyuq mənasını verməlidir. Hər ikisinin ortaq xüsusiyyəti insanı yandırmasıdır. İrin bu xüsusiyyətə malik deyil. (Kəhf 18/29, Saffat 37/67, Vaqiə 56/53-55, Nəbə 78/24-25, Ğaşiyyə 88/5).
[59] Saffat 37/33.
[60] Əraf 7/38, Əhzab 33/68.
[61] Müminun 23/110, Mutaffifin 83/29-30.
[62] İbrahim 14/21, Sebe 34/31-33, Saffat 37/27-32.
[63] Rad 13/7, Naziat 79/45.
[64] Ali İmran 3/18, Ənam 6/102, Əraf 7/158, Qəsas 28/70, 88, Təğabün 64/13.
[65] Rad 13/16, Zümər 39/4.
[66] Məryəm 19/65, Şuəra 26/24, Saffat 37/5, Nəbə 78/37.
[67] Nəbə 78/1-2.
[68] Rad 13/5, İsra 17/49, 98, Muminun 23/82, Nəml 27/67, Saffat 37/16-17, Qaf 50/3, Vaqiə 56/47-48, Naziat 79/10-11.
[69] Bəqərə 2/30.
[70] Əhqaf 46/9.
[71] Dərinin xarici hissəsinə “başara” (البشرة) (Mufradat) deyilir. İnsanların “başara” (بشر) adlandırılmasının səbəbi, onların dəri quruluşunun digər canlılardan fərqli olmasıdır. Buna görə də, insanlar paltar geyinməyə ehtiyacı olan yeganə varlıqlardır. Paltarlar onların dünyanın istənilən yerində və istənilən fəslində yaşamalarına imkan verir. Quranda ilk insan olan Adəmin palçıqdan yaradılan ilk bəşər olduğunu və paltar geyindirildiyi açıq şəkildə bildirilir (Əraf 7/20-22, 26-27, Nəhl 16/81). Bütün bunlar insanların başqa bir varlıqdan təkamül keçirdiyi iddiasını təkzib edir.
[72] Bəqərə 2/31-34.
[73] Hicr 15/29. Səcdənin kök anlamı əyilməkdir (Müfrədat).
[74] Bəqərə 2/34, Əraf 7/11, Hicr 15/30, İsra 17/61, Kəhf 18/50, Tə-ha 20/116.
[75] Əraf 7/12, Hicr 15/31.
[76] Hicr 15/32. Allahın sınaq üçün yaratdığı varlıqlar insanlar və cinlərdir (Zariyat 51/56). Mələklər Allahın vəzifələndirdiyi cinlərdir.
[77] Əraf 7/12, Hicr 15/33, İsra 17/61-62.
[78] Əraf 7/13, Hicr 15/34, İsra 17/63.
[79] “Din” sözü “adət, vəziyyət; bir işə qarşılıq vermək və verilən cavab, itaət/təslim olmaq” (əs-Sihah) mənasını verir. Quranda din həmçinin insanın qəbul edib ona uyğun yaşamağa söz verdiyi sistem deməkdir (Ali-İmran 3/19, Kafirun 109/6). Əgər bu din Allahın dinidirsə, yalnız Allaha itaət edilir və mükafat Ondan gözlənilir. “Din günü” də bu dünyada edilənlərin qarşılığının alınacağı axirət günüdür (Fatihə 1/4-5, Nur 24/25, Saffat 37/19-20, Zariyat 51/6 12-13, Vaqiə 56/56, Maaric 70/26, Muddəssir 74/46, İnfitar 82/9, 15-19).
[80] Lənət; qəzəblənmək, qovmaq və xaric etmək deməkdir (Müfrədat). Bunu ən yaxşı ifadə edən söz “xaric etmə”dir.
[81] Əraf 7/14-15, Hicr 15/36-37.
[82] “Məlum vaxtın günü” surun ilk dəfə çalındığı gündür. Bu ayə mələklərin də ölümlü olduqlarını, lakin bəzilərinə Qiyamət gününə qədər yaşamaq hüququ verildiyini göstərir. İblis sonuncu canlının öldüyü günə qədər yaşayacaq (Hicr 15/38).
[83] Əraf 7/16-17, Hicr 15/39.
[84] “Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş” – deyə tərcümə etdiyimiz “muhlas”dır. Lüğətdə “İxlas” bir şeyi çirk və bulanıqlıqdan təmizləmək, saflaşdırmaq, onu təmiz və qatqısız etmək deməkdir. Quranda bu söz, dinini yalnız Allaha həsr edən, yəni Allahın dininə heç nə əlavə etməyən, yalnız Ona ibadət edən, riyakarlıqdan və şirkdən uzaq olan səmimi insanların ortaq xüsusiyyətini təsvir etmək üçün istifadə olunur. Bu xüsusiyyətə malik olan şəxsə “mühlis”, Allah tərəfindən bəyənilən xüsusiyyətə isə “mühlas” deyilir. İblis (Şeytan) bu xüsusiyyətə malik olanları yoldan çıxara bilməz (Hicr 15/39-40; Sad, 38/82-83).
[85] Əraf 7/18, Hicr 15/42-43, İsra 17/63.
[86] Ənam 6/90, Yusuf 12/104, Muminun 23/72, Furqan 25/57, Şura 42/23, Tur 52/40, Qələm 68/46.
[87] Yusuf 12/104, Ənbiya 21/10, 24, 50, Yasin 36/69, Zuxruf 43/44, Qələm 68/52, Tekvir 81/27.
[88] Zümər 39/39-40, Zuxruf 43/89, Nəbə78/4-5, Təkasür 102/3-4.




