Müsəlmanlar

Saffat surəsi

Saffat surəsi 182 ayədən ibarətdir. Saffat sözü, surənin ilk ayəsində keçir və mənası “səf-səf duranlar, düzülənlər” – deməkdir. 

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

وَالصَّافَّاتِ صَفًّا

  1. And olsun səf halında/çiyin-çiyinə duranlara,

 

فَالزَّاجِرَاتِ زَجْرًا

  1. (pisliklərə) qətiyyətlə qarşı çıxanlara,

 

فَالتَّالِيَاتِ ذِكْرًا

  1. Zikrin/doğruların arxasında olanlara![1]

 

إِنَّ إِلَهَكُمْ لَوَاحِدٌ

  1. Sizin ilahınız, həqiqətən, tək bir ilahdır.[2]

 

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ

  1. O göylərin, yerin və ikisinin arasında olanların Rəbbi/Sahibidir. Məşriqlərin (Günəşin doğuş nöqtələrinin)[3] də Rəbbidir.

 

إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ

  1. Şübhəsiz ki, Biz dünya səmasını planetlərlə[4] bəzədik.

 

 وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ

  1. Onu hər xeyirsiz Şeytandan mühafizə etdik.[5]

 

لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ

  1. Onlar Mələyi Əlaya[6]/Mələklər aləminə qulaq asa bilməzlər. Hər tərəfdən qovularlar.

 

دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

  1. Tamamilə kənarlaşdırılırlar. Onları daimi olan bir əzab gözləyir.[7]

 

إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ

  1. Ancaq (onlardan) hər kim bir söz qapıb qaçarsa, onu da dərhal dəlib keçən bir işıq şüası təqib edər.[8]

 

فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ

  1. İndi sən onlardan soruş: “Onları yaratmaq daha çətindir, yoxsa digər yaratdıqlarımızı?”[9] Şübhəsiz, Biz onları yapışqan bir palçıqdan yaratdıq.[10]

 

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ

  1. Sən bu suala təəccübləndin. Onlar isə məsxərəyə qoyurlar.

 

وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ

  1. Onlara bir xatırlatma/doğru bilik verildikdə o biliyə yiyələnmirlər.[11]

 

وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ

  1. Bir ayə gördükləri zaman onunla məsxərə etməyə çalışırlar.[12]

 

 وَقَالُوا إِنْ هَذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

  1. Onlar deyirlər: “Bu sadəcə açıq-aşkar bir sehrdir.[13]

 

أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ

  1. Biz, ölüb torpaq və sümük yığını olduqdan sonra, həqiqətən, təkrar dirildiləcəyik?

 

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

  1. Keçmiş ata-babalarımız da?”[14]

 

قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَ

  1. De ki: “Bəli” Həm də boynu bükük/alçalmış olaraq (dirildiləcəksiniz)!”[15]

 

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ

  1. O, sadəcə kəskin bir səslənişdir. Qaldırılınca ətraflarına baxıb dururlar.[16]

 

وَقَالُوا يَا وَيْلَ نَا هَذَا يَوْمُ الدِّينِ

  1. “Vay halımıza!” Bu, gözlənilən din/haqq-hesab günüdür!”[17] – deyərlər.

 

هَذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنتُمْ بِهِ تُكَذِّبُونَ

  1. Elə bu, sizin yalan saydığınız, yaxşını pisdən ayırd etmə günüdür.[18]

 

احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ

  1. Zülm edənləri, onların tərəfdarlarını[19] və qulluq etdiklərini bir araya toplayın!

 

مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَى صِرَاطِ الْجَحِيمِ

  1. Allah ilə öz aralarına qoyaraq qulluq etdiklərini…[20] Onları yaxıcı atəşin (cəhənnəmin) yoluna yönləndirin!

 

وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ

  1. Onları tutun! Çünki onlar sorğu-sual olunacaqlar:

 

مَا لَكُمْ لَا تَنَاصَرُونَ

  1. “İndi nə oldu sizə, bir-birinizə yardım etmirsiniz?”[21]

 

بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ

  1. Əslində onlar o gün təslim olmuşlar.[22]

 

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءلُونَ

  1. Bir-birlərinə dönüb soruşarlar:

 

قَالُوا إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ

  1. “Siz bizə həmişə sağ tərəfdən gəlirdiniz (haqdan yana görünürdünüz)”[23] – deyərlər.

 

قَالُوا بَل لَّمْ تَكُونُوا مُؤْمِنِينَ

  1. Onlar belə cavab verir: “Siz onsuz da mömin/inanıb güvənən kəslər deyildiniz![24]

 

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَانٍ بَلْ كُنتُمْ قَوْمًا طَاغِينَ

  1. Bizim sizin üzərinizdə bir hökmranlığımız da yox idi. Əksinə, siz özünüz azğın bir xalq idiniz.[25]

 

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا إِنَّا لَذَائِقُونَ

  1. Artıq Rəbbimizin haqqımızdakı əzab sözü haqq oldu.[26] Biz onu mütləq dadacağıq.

 

فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ

  1. Sizi boş xəyallara salıb azdırdıq, çünki biz də azmışlardan idik.[27]

 

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

  1. Artıq o gün onlar o əzabda müştərəkdirlər.[28]

 

 إِنَّا كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ

  1. Biz günahkarlara bax belə davranırıq.[29]

 

إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ

  1. Çünki onlara: “Allahdan başqa ilah yoxdur!” – deyilən zaman təkəbbürlənirdilər.[30]

 

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوا آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ

  1. “Biz, cinlərin təsirində olan bir şairə görə ilahlarımızı tərk edərikmi?”[31] – deyirdilər.

 

بَلْ جَاء بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ

  1. Əslində o, haqqı gətirmiş[32] və bütün elçiləri təsdiq etmişdi.[33]

 

 إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ

  1. Siz, o acı verən əzabı mütləq dadacaqsınız.

 

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

  1. Sizə yalnız etdiyiniz əməllərin qarşılığı veriləcəkdir.[34]

 

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

  1. Ancaq Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələri istisnadır.[35]

 

أُوْلَئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ

  1. Məhz onlar üçün məlum bir ruzi[36] vardır.

 

فَوَاكِهُ وَهُم مُّكْرَمُونَ

  1. Meyvələr… Onlara ikram olunacaqdır.[37]

 

فِي جَنَّاتِ النَّعِيمِ

  1. Nemətlərlə dolu/Nəim cənnətlərində…[38]

 

عَلَى سُرُرٍ مُّتَقَابِلِينَ

  1. Taxtlar üzərində bir-biri ilə üzbəüz əyləşəcəklər.[39]

 

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِن مَّعِينٍ

  1. Onların ətrafında çeşməsindən doldurulmuş qədəhlər dolandırılır.[40]

 

بَيْضَاء لَذَّةٍ لِّلشَّارِبِينَ

  1. Şəffaf, içənlər üçün ləzzət verər.[41]

 

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ

  1. Onda nə bir zərər vardır nə də onun təsiri ilə başları dönməz.[42]

 

وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ

  1. Yanlarında (xidmət etmək üçün), gözlərini onlardan ayırmayan iri gözlü hurilər vardır.[43]

 

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ

  1. Sanki onlar saxlanılmış yumurtalar kimidir.[44]

 

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءلُونَ

  1. (Cənnətdəkilər) bir-birilərinə qarşılıqlı sorğu-sual edirlər.

 

قَالَ قَائِلٌ مِّنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ

  1. Onlardan biri belə deyər: “ Mənim bir yaxınım vardı.

 

يَقُولُ أَئِنَّكَ لَمِنْ الْمُصَدِّقِينَ

  1. Deyərdi ki: “Sən, həqiqətən, (yenidən dirilişi) doğru sayanlardansan, elə mi?

 

أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَدِينُونَ

  1. Biz, ölüb torpaq və sümük yığını olduqdan sonra, həqiqətən, haqq-hesaba çəkiləcəyik?[45]

 

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ

  1. Onunla (o yaxınımla) əlaqəli bir məlumatınız varmı?” – deyər.

 

فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاء الْجَحِيمِ

  1. Sonra onunla əlaqəli məlumatı alır və onu cəhənnəmin tam ortasında görür.[46]

 

قَالَ تَاللَّهِ إِنْ كِدتَّ لَتُرْدِينِ

  1. Belə deyər: “Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin.

 

وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنتُ مِنَ الْمُحْضَرِينَ

  1. Əgər Rəbbimin neməti olmasaydı, sözsüz ki, mən də oraya gətirilənlərdən olardım.”

 

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ

  1. (Cənnət əhli) “Biz bir daha ölməyəcəyik, elə deyilmi?

 

إِلَّا مَوْتَتَنَا الْأُولَى وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

  1. (Dünyadakı) ilk ölümümüzdən başqa![47] Əzaba da məruz qalmayacağıq.

 

إِنَّ هَذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ

  1. Həqiqətən, bu, böyük bir qurtuluşdur![48]

 

لِمِثْلِ هَذَا فَلْيَعْمَلْ الْعَامِلُونَ

  1. Bax çalışanlar bunun üçün çalışsınlar![49]

 

أَذَلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ

  1. Ziyafət olaraq bu daha xeyirlidir,[50] yoxsa zəqqum ağacı?[51]

 

إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِّلظَّالِمِينَ

  1. Biz onu zalımlar üçün bir fitnə/cəza vasitəsi etdik.[52]

 

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ

  1. O, alovlu atəşin dibində bitən bir ağacdır.

 

طَلْعُهَا كَأَنَّهُ رُؤُوسُ الشَّيَاطِينِ

  1. Onun tumurcuqları sanki şeytanların başlarıdır.

 

فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِؤُونَ مِنْهَا الْبُطُونَ

  1. Cəhənnəmdəkilər yalnız ondan yeyib qarınlarını onunla dolduracaqlar.

 

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ

  1. Sonra onlar üçün onun üstündən qaynar su ilə qarışdırılmış bir içki var.[53]

 

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ

  1. Sonra qayıdıb gələcəkləri yer, heç şübhəsiz, yenə o yaxıcı atəşdir.

 

إِنَّهُمْ أَلْفَوْا آبَاءهُمْ ضَالِّينَ

  1. Çünki onlar ata-babalarını yoldan çıxmış halda gördülər.

 

فَهُمْ عَلَى آثَارِهِمْ يُهْرَعُونَ

  1. Özləri də qaça-qaça onların izindən kor təbii getdilər.[54]

 

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ

  1. Əlbəttə, onlardan əvvəl keçmişdəkilərin əksəriyyəti də yoldan çıxmışdı.

 

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ

  1. Əlbəttə ki, Biz onlara xəbərdar edən elçilər göndərmişdik.[55]

 

فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ

  1. Bir baxın xəbərdar edilənlərin aqibəti necə oldu![56]

 

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

  1. İxlaslı/ Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələrin[57] halı isə başqadır.

 

وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ

  1. Nuh Bizə yalvarıb səslənmişdi.[58] Biz də ona nə gözəl bir qarşılıq verdik.[59]

 

وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ

  1. Onu və ailəsini o böyük fəlakətdən qurtardıq.[60]

 

وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمْ الْبَاقِينَ

  1. Onun nəslini daim etdik.[61]

 

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

  1. Sonradan gələnlər arasında şanını da qoruyub saxladıq.

 

سَلَامٌ عَلَى نُوحٍ فِي الْعَالَمِينَ

  1. Aləmlər içində Nuha salam olsun!

 

 إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

  1. Biz, gözəl davrananları bax belə mükafatlandırırıq.

 

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

  1. Həqiqətən, o Bizə inanıb güvənən bəndələrimizdən idi.

 

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

  1. Sonra digərlərini suda boğduq.[62]

 

وَإِنَّ مِن شِيعَتِهِ لَإِبْرَاهِيمَ

  1. Həqiqətən, onun ardıcıllarından biri də İbrahim idi.[63]

 

إِذْ جَاء رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ

  1. Bir gün o, Rəbbinin huzuruna səlim/təmiz bir qəlblə gəlmişdi.[64]

 

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ

  1. Atasına və xalqına belə demişdi: “Siz nəyə qulluq edirsiniz?”[65]

 

أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ

  1. Allah ilə aranıza qoyacaq uydurma ilahlarmı istəyirsiniz?[66]

 

فَمَا ظَنُّكُم بِرَبِّ الْعَالَمِينَ

  1. Aləmlərin Rəbbi barəsində zənniniz nədir?[67]

 

فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ

  1. Sonra ulduzlara nəzər saldı.

 

فَقَالَ إِنِّي سَقِيمٌ

  1. Arxasından “Mən xəstəyəm!” – dedi.[68]

 

فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ

  1. Onlar da ondan üz çevirdilər və dönüb getdilər.

 

فَرَاغَ إِلَى آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ

  1. Sonra İbrahim xəlvətcə onların ilahlarının yanına yaxınlaşıb belə dedi: “(Sizə təqdim olunanları) yemirsiniz?

 

مَا لَكُمْ لَا تَنطِقُونَ

  1. Sizə nə olub, niyə danışmırsınız?”

 

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ

  1. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.[69]

 

فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ

  1. Xalqı tez bir zamanda onun yanına yönəldi.[70]

 

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ

  1. (İbrahim onlara) dedi: “Özünüz yonub düzəltdiyiniz şeylərəmi qulluq edirsiniz?[71]

 

 وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ

  1. Halbuki sizi də, sizin düzəltdiyiniz şeyləri də Allah yaratmışdır.”

 

قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ

  1. Onlar dedilər: “Onun üçün bir bina hazırlayın və onu yaxıcı atəşin içinə atın!”[72]

 

فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ

  1. Onlar ona bir tələ qurmaq istədilər, biz də onları səfil kimsələrə çevirdik.[73]

 

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَى رَبِّي سَيَهْدِينِ

  1. (İbrahim) belə dedi: Mən Rəbbimə/Onun əmr etdiyi yerə gedirəm. O mənə doğru yolu göstərəcəkdir.[74]

 

رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ

  1. Rəbbim! Mənə əməlisalehlərdən/xeyirxahlardan olacaq birini bəxş et!

 

فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ

  1. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.

 

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانظُرْ مَاذَا تَرَى قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِي إِن شَاء اللَّهُ مِنَ الصَّابِرِينَ

  1. (Oğlu) özü ilə birlikdə iş görəcək çağa gəldikdə[75] (İbrahim) dedi: “Oğlum! Yuxularımda səni həqiqətən (qurban olaraq) kəsdiyimi görürəm. Bax gör, bu barədə nə düşünürsən?” O da dedi ki: “Atacan! Sənə nə əmr olunubsa, onu da et!” İnşallah, mənim səbirli/dirayətli davrananlardan olduğumu görəcəksən.”[76]

 

فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ

  1. Hər ikisi tamamilə təslim olduğu və (İbrahim) onu üzü üstə yerə yatırdığı zaman

 

وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ

  1. Ona “Ey İbrahim!” – deyə səsləndik:

 

قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

  1. “Artıq sən gördüyün röyanın haqqını verdin, (oğlunu kəsmək lazım deyil) Biz gözəl davrananları bax belə mükafatlandırırıq.”

 

إِنَّ هَذَا لَهُوَ الْبَلَاء الْمُبِينُ

  1. Şübhəsiz ki, bu açıq-aşkar bir imtahan idi.[77]

 

وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ

  1. Onun (İsmayılın) fidyəsi olaraq kəsiləcək (qurbanlıq) böyük bir heyvan verdik.

 

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

  1. (İbrahimin) ad-sanını sonradan gələnlər arasında yaşatdıq.[78]

 

سَلَامٌ عَلَى إِبْرَاهِيمَ

  1. İbrahimə salam olsun!

 

كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

  1. Biz gözəl davrananları belə mükafatlandırırıq.[79]

 

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

  1. O, Bizə inanıb güvənən bəndələrimizdəndi.

 

وَبَشَّرْنَاهُ بِإِسْحَقَ نَبِيًّا مِّنَ الصَّالِحِينَ

  1. Onu həmçinin xeyirxah bəndələrdən bir Nəbi olaraq İshaq ilə müjdələdik.[80]

 

وَبَارَكْنَا عَلَيْهِ وَعَلَى إِسْحَقَ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِ مُبِينٌ

  1. Biz ona da İshaqa da bərəkət verdik. Onların hər ikisinin nəslindən[81] gözəl davrananlar da oldu, özlərinə açıq-aşkar zülm edənlər də.[82]

 

وَلَقَدْ مَنَنَّا عَلَى مُوسَى وَهَارُونَ

  1. Əlbəttə, Biz Musaya və Haruna çox yaxşılıqlar etdik.[83]

 

وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ

  1. Onları və xalqını böyük fəlakətdən[84] xilas etdik.

 

وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ

  1. Onlara yardım etdikdən sonra, onlar qalib gəldilər.[85]

 

وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ

  1. Hər ikisinə açıqlayan o kitabı (Tövratı) verdik.[86]

 

وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

  1. İkisinə də doğru yolu göstərdik.

 

وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ

  1. İkisinin də ad-sanını sonradan gələnlər arasında yaşatdıq.

 

سَلَامٌ عَلَى مُوسَى وَهَارُونَ

  1. Musaya və Haruna salam olsun!

 

إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

  1. Əlbəttə, Biz gözəl davrananları bax belə mükafatlandırırıq.[87]

 

إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

  1. O ikisi Bizə inanıb güvənən bəndələrimizdəndi.

 

وَإِنَّ إِلْيَاسَ لَمِنْ الْمُرْسَلِينَ

  1. Şübhəsiz, İlyas da elçi olaraq göndərilənlərdəndi.[88]

 

إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ

  1. Bir gün xalqına belə dedi: “Siz pisliklərdən çəkinib qorunmursunuz?[89]

 

أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ

  1. Yaradanların ən gözəlini qoyub Bəl bütünə[90] dua edirsiniz?

 

اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ

  1. Həm sizin Rəbbiniz, həm də keçmişdəki ata-babalarınızın Rəbbi olan Allahı!”[91]

 

 فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ

  1. Ancaq onu yalanladılar. Ona görə də onlar heç şübhəsiz, (cəhənnəmə) gətiriləcəklər.

 

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

  1. Ancaq Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələri istisnadır.[92]

 

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

  1. İlyasın ad-sanını da sonradan gələnlər arasında yaşatdıq.

 

سَلَامٌ عَلَى إِلْ يَاسِينَ

  1. İlyasa salam olsun![93]

 

إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

  1. Əlbəttə, Biz gözəl davrananları bax belə mükafatlandırırıq.

 

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

  1. Həqiqətən, o Bizə inanıb güvənən bəndələrimizdəndi.

 

وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَ

  1. Şübhəsiz, Lut da elçi olaraq göndərilənlərdəndi.[94]

 

إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

  1. Bir zamanlar onu və bütün ailəsini xilas etdik.[95]

 

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

  1. Qalıntıları qalacaq olanlardan[96] yaşlı bir qadın (Lutun arvadı) xaric.[97]

 

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

  1. Sonra digərlərini yerlə bir etdik.[98]

 

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ

  1. Siz hər səhər onların üzərindən keçib gedirsiniz.[99]

 

 وَبِاللَّيْلِ أَفَلَا تَعْقِلُونَ

  1. Hər gecə də (keçirsiniz). Heç ağlınızı işlətmirsiniz?

 

وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ

  1. Şübhəsiz, Yunus da elçi olaraq göndərilənlərdəndi.[100]

 

إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ

  1. Bir gün o, dolu bir gəmiyə qaçdı.

 

 فَسَاهَمَ فَكَانَ مِنْ الْمُدْحَضِينَ

  1. (Gəmidəkilərlə) püşk atmaya qatıldı, (uduzub gəmidən) atılanlardan oldu.[101]

 

فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ

  1. Böyük bir balıq[102] onu qapdı/ağzına aldı,[103] o əsnada özünü qınayırdı.[104]

 

فَلَوْلَا أَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ

  1. Əgər o, təsbih edənlərdən/Allahı nöqsan sifətlərdən uzaq tutan olmasaydı,[105]

 

لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ

  1. (insanların) dirildiləcəkləri günə qədər əlbəttə balığın içində qalardı.[106]

 

 فَنَبَذْنَاهُ بِالْعَرَاء وَهُوَ سَقِيمٌ

  1. Sonra onu xəstə bir vəziyyətdə sahilə atdıq.[107]

 

وَأَنبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ

  1. Onun üzərinə balqabaq növündən bir bitki bitirdik.

وَأَرْسَلْنَاهُ إِلَى مِئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ

  1. Biz onu (təkrar) yüz min hətta daha çox insana elçi göndərdik.[108]

 

فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ

  1. Bu səfər ona inandılar. Biz də onları bir müddət keçici nemətlərdən faydalandırdıq.[109]

 

فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ

  1. İndi onlara (Məkkəlilərə) görüşlərini soruş: “Qızlar sənin Rəbbinin, oğullar isə onlarındır?[110]

 

أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ

  1. Yoxsa mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?[111]

 

أَلَا إِنَّهُمْ مِنْ إِفْكِهِمْ لَيَقُولُونَ

  1. Bilin ki, onlar uydurduqları yalanlar səbəbilə[112] belə deyirlər:

 

وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

  1. “Allahın övladları var!” Həqiqətən, onlar çox yalancıdırlar![113]

 

أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ

  1. Allah qızları oğullardan üstün tutubmu?

 

مَالَكُمْ كَيْفَ تَحْكُمُونَ

  1. Sizə nə olub? Belə bir qərara necə gəlirsiz?

 

أَفَلَا تَذَكَّرُونَ

  1. Heç doğru düşünüb ibrət almırsınız?[114]

 

أَمْ لَكُمْ سُلْطَانٌ مُبِينٌ

  1. Yoxsa sizin açıq-aşkar bir dəlilinizmi var?[115]

 

فَأْتُوا بِكِتَابِكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

  1. Əgər doğru söyləyənlərsinizsə, gətirin kitabınızı!

 

 وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ

  1. Onlar Allah ilə cinlər[116] arasında bir nəsəb bağı qurdular. Halbuki, cinlər də özlərinin (Allahın yaratdığı bəndələrdən olduğunu)[117] Allahın huzuruna çıxarılacaqlarını çox yaxşı bilirlər.[118]

 

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

  1. Allah onların uydurduqları bənzətmələrdən uzaqdır.[119]

 

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

  1. İxlası/Allahın saf dininə bağlılığı təsdiqlənmiş bəndələrin[120] halı isə başqadır.

 

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ

  1. (Ey müşriklər!) Nə siz nə də qulluq etdikləriniz,

 

مَا أَنْتُمْ عَلَيْهِ بِفَاتِنِينَ

  1. Heç biriniz, heç kimsəni Allahın istəmədiyi pis yola yönləndirə bilməz!

 

إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ

  1. Amma yaxıcı atəşə özü yönələn xaric.[121]

 

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ

  1. (Mələklər) :“Bizdən hər kəsin müəyyən bir məqamı vardır.

 

وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ

  1. Əlbəttə, biz (orada) səf tutanlarıq.[122]

 

وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ

  1. Əlbəttə, biz Allaha boyun əyənlərik.”

 

وَإِنْ كَانُوا لَيَقُولُونَ

  1. (Müşriklər isə) inadla belə deyirdilər:

 

لَوْ أَنَّ عِنْدَنَا ذِكْرًا مِنَ الْأَوَّلِينَ

  1. Əgər əvvəlkilərin zikrindən/kitabından biz də olsaydı,[123]

 

لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

  1. Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələr,[124] əlbəttə, biz olardıq.”

 

فَكَفَرُوا بِهِ فَسَوْفَ يَعْلَمُونَ

  1. (Quran nazil olunca) onu görməzlikdən gəldilər, irəlidə öyrənəcəklər.[125]

 

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ

  1. Elçi olaraq göndərilən bəndələrimiz üçün, keçmişdən/əzəldən bəri söylədiyimiz budur:

 

إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ

  1. Onlara mütləq kömək göstəriləcəkdir.[126]

 

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ

  1. Şübhəsiz, ordularımız qalib gələcəkdir.[127]

 

فَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينٍ

  1. O halda sən bir müddət onlardan üz çevir.[128]

 

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ

  1. Onları bax gözlə, irəlidə onlar da görəcəklər.[129]

 

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

  1. Əzabımızın tezliklə gəlməsini istəyirlər?[130]

 

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاء صَبَاحُ الْمُنذَرِينَ

  1. Əzabımız olduqları yerə endiyi zaman o xəbərdar edilənlərin sabahı necə də pis olacaq![131]

 

وَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينٍ

  1. O halda sən bir müddət onlardan üz çevir.[132]

 

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ

  1. Onları bax gözlə, irəlidə onlar da görəcəklər.[133]

 

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ

  1. Sənin Rəbbin izzət və şərəf sahibi Rəbbin,[134] onların uydurduqları bənzətmələrdən uzaqdır.[135]

 

وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ

  1. Salam olsun elçilərə![136]

 

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

  1. Hər cür tərif Aləmlərin Rəbbi olan Allaha məxsusdur.[137]

 

 

 

 

[1] Ali İmran 3/104, Kəhf 18/27, Ankəbut 29/45.

[2]  Bəqərə 2/163, Nahl 16/22, 51, Tâhâ 20/98, İhlas 112/1.

[3] 21 dekabrdan 21 iyuna qədər Günəşin doğuş nöqtələri davamlı olaraq şimala doğru dəyişir; 21 iyunda əks istiqamətdə hərəkət edir və 21 dekabra qədər davamlı olaraq cənuba doğru hərəkət edir. Buna görə də, 21 iyun və 21 dekabr gündönümü adlanır. 20 dekabrda ən qısa gündüz və ən uzun gecə şimal yarımkürəsində, ən uzun gündüz və ən qısa gecə isə cənub yarımkürəsində olur. 20 iyun isə bunun əksidir. 20 mart və 22 sentyabrda günəş tam orta doğuş nöqtəsindədir, ona görə də bu günlərdə bütün dünyada gecə ilə gündüz bərabərdir (Şuəra surəsi 26/28, Ər-Rəhman surəsi 55/17, Məaric surəsi 70/40, Müzzəmmil surəsi 73/9).

[4] Ayədəki “kevâkib (كواكب)” sözü “planet” mənasını verən “kevkeb (كواكب)” sözünün cəm formasıdır. Bir çox tərcümələrdə bu sözə “ulduz” mənası verilsə də, Quranda “ulduz” üçün “kevkeb” yox, “necm (نجم)” sözü istifadə olunur. Həqiqətən də, ulduzların Qiyamət/Diriliş günündən əvvəl sönəcəyi (Mursalat 77/8, Təkvir 81/2) və planetlərin səpələnəcəyi (İnfitar 82/2) iki anlayışın fərqli olduğunu açıq şəkildə göstərir. Ulduzların sönəcəyi faktı onların işığının özlərindən olduğunu vurğulayır, planetlərin isə öz işığının olmadığını göstərir (Yusuf 12/4).

[5] Hicr 15/16-17, Cin 72/8.

[6] Mələyi Əla, böyük Mələklər aləmidir (Sad 38/69). Şeytanlar ora yaxınlaşdırılmazlar (Hicr 15/17, Şuara 26/210-212).

[7] Mülk 67/5.

[8] Hicr 15/18, Cin 72/8-9.

[9] Mümin 40/57, Naziat 79/27.

[10] Ənam 6/2, Müminun 23/12, Səcdə 32/7.

[11] Ənfal 8/31, Loğman 31/7, Casiyə 45/25.

[12] Casiyə 45/8-9. Qəmər 54/2.

[13] Səbə 34/43, Əhqaf 46/7, Müddəssir 74/1825.

 

[14] Rad 13/5, İsra 17/49, 98, Muminun 23/82, Nəml 27/67, Qaf 50/3, Vaqiə 56/47-48, Naziat 79/10-11.

[15] Nəml 27/87.

[16] Sur iki dəfə çalınacaq. Birinci dəfə yerin, dağların və göylərin quruluşu dəyişəcək (Əl-Haqqa 69:13-16). İkinci dəfə isə dirilmə baş verəcək (Yasin 36:51-53, Zumər 39:68)

[17] Din” sözü “adət, vəziyyət; bir hərəkətə cavab vermək və verilən cavab, itaət/könüllü təslim olmaq” (əs-Sihah) deməkdir. Quranda din insanın qəbul etdiyi və ona uyğun yaşamağa söz verdiyi sistem anlamındadır (Ali-İmran 3/19, Kafirun 109/6). Əgər bu din Allahın dinidirsə, təslim olmaq yalnız Allaha məxsusdur və mükafat Ondan gözlənilir. “Qiyamət günü” insanın bu dünyada etdiyi əməllərin nəticələrinin alınacağı axirət günüdür (Fatihə 1/4-5, Nur 24/25, Sad 38/78, Zariyat 51/6 12-13, Vaqiə 56/56, Məaric 70/26, Muddəsir 74/46, İnfitar 82/9, 15-19).

[18] Duhan 44/40-42, Mürselat 77/13-15, 35-38, Nebe 78/17-20.

[19] Bu ayədəki “əzvâc (أزْوَاجَ)” sözü “zövcələri” deyil, “bir-birinə yoldaşlıq edənlər” mənasını verir. Vaqiə surəsində bir-birinə yoldaşlıq edənlər üç kateqoriyaya bölünür: Öndə olanlar, kitabı sağdan verilənlər və kitabı soldan verilənlər (Vaqiə 56/7-10).

[20] Allah ilə özləri arasına qoyulan insanların əksəriyyəti onlara ibadət etmələrini qəbul etməyəcək (Bəqərə 2/165-167).

[21] Şuara 26/91-94, İnfitar 82/19.

[22] Nəhl 16/87, Şuəra 26/96102.

[23]  Sağdan yaxınlaşmaq, şeytanın etdiyi kimi, haqq yolundan azdırarkən haqq yolunda olan kimi görünmək deməkdir (Əraf 7/16-17, Ənkəbut 29/12).

[24] Səbə 34/32.

[25] İnsan və cin şeytanlarının heç kimi özünə tabe etdirmək gücü yoxdur. Onlar yalnız özlərinə tabe olanlara təsir edə bilərlər. Bu, şeytanların öz güclərindən deyil, onlara tabe olanların öz seçimlərindən qaynaqlanır (İbrahim 14/22, Hicr 15/39-42, Nəhl 16/99-100, İsra 17/61-65, Səbə 34/21).

[26] Həcc 22/18, Zümər 39/19, Fussilət 41/25, Əhqaf 46/18.

[27] Qəsas 28/63.

[28] Əraf 7/38, İbrahim 14/21, Mümin 40/47-48, Zuxruf 43/39.

[29] Ali İmran 3/56, Əraf 7/40-41, Fatır 35/36.

[30] Zümər 39/59, Casiyə 45/31.

[31] Hicr 15/6, Tur 32/29, Qələm 68/51.

[32] İsra 17/105, Müminun 23/90, Qəsas 28/85.

[33] Bəqərə 2/101.

[34] Hər bir xalqın keçmişində bir xəbərdarlıq edəni olub (Fatir 26/23-24), lakin əksəriyyətinin bunlardan xəbəri yoxdur. Yəhudilər və xristianlar Tövrat və İncilə sahib olsalar da, İsa ilə Məhəmməd arasındakı uzun zaman fasiləsinə görə, onlar da “Bizə xəbərdarlıq edən gəlmədi” deyə bilərdilər (Maide 5/19). Eyni şey İsmayıl və keçmişlərində kitabı alan Məkkə əhli üçün də keçərlidir (Bəqərə 2/136, Ali-İmran 3/84, Nisa 4/163, Ənam 6/84-89). Məsələyə bu baxımdan baxdıqda, Məhəmmədin bütün bəşəriyyətə xəbərdarlıq edən kimi göndərilməsinin səbəbi aydın olur (Ənam 6/155-157, Səcdə 22/2-3, Səbə 34/44). Həqiqətən də, Allah lazımi xəbərdarlıqları etmək üçün bir elçi göndərmədən heç kəsi cəzalandırmaz (İsra 17/15, Yunus 10/52, Yasin 36/54, Zumər 39/71-72, Tur 52/16, Təhrim 66/7, Mülk 67/8-11). Allah heç kəsi gücündən artıq bir məsuliyyətlə yükləmədiyi üçün xəbərdarlıq almayanlar fitrətlərinə/təbiətlərinə uyğun hərəkət etməklə məsuldurlar (Bəqərə 2/286).

[35] “Allahın dininə Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələr” – deyə tərcümə etdiyimiz “muhlas”dır. Lüğətdə “İxlas” bir şeyi çirk və bulanıqlıqdan təmizləmək, saflaşdırmaq, onu təmiz və qatqısız etmək deməkdir. Quranda bu söz, dinini yalnız Allaha həsr edən, yəni Allahın dininə heç nə əlavə etməyən, yalnız Ona ibadət edən, riyakarlıqdan və şirkdən uzaq olan səmimi insanların ortaq xüsusiyyətini təsvir etmək üçün istifadə olunur. Bu xüsusiyyətə malik olan şəxsə “mühlis”, Allah tərəfindən bəyənilən xüsusiyyətə isə “mühlas” deyilir. İblis (Şeytan) bu xüsusiyyətə malik olanları yoldan çıxara bilməz (Hicr 15/39-40; Sad 38/82-83).

[36] Cənnətdə təqdim ediləcək hər şey onların bildiyi və sevdiyi şeylərdən olacaq, lakin hər birinin fərqli dadı olacaq, ona görə də hər dəfə onları daha çox sevəcəklər (Bəqərə 2/25, Ənfal 8/4, Həcc 22:50, Səbə 34/4).

[37] Yasin 36/57, Sad 38/51, Zuxruf 43/73, Duhan 44/55, Tur 52/22, Vaqiə 56/20-21, Mürsəlat 77/41-43.

[38] Yunus 10/9, Həcc 22/56, Vaqiə 56/10-12, Qələm 68/34, Məaric 70/32-35.

[39] Hicr 15/47, Tur 52/20, Vaqiə 56/15-16.

[40] Zuxruf 43/71, Vaqiə 56/17-18.

[41] Sad 38/51, Muhamməd 47/15.

[42] Tur 52/23, Vaqiə 56/19, İnsan 76/15-18.

[43] Cənnətdə həm kişi, həm də qadın möminlərin ixtiyarında olacaq xidmətçilər hurilərdir (Sad 38/52, Duhan 44/54; Tur 52/20; Rəhman 55/56,72; Vaqiə 56/22; Nəbə 78/33).

[44] Vaqiə 56/23.

[45] Saffat 37/16.

[46] Əraf 7/44-50.

[47] Duhan 44/56.

[48] Nisa 4/13, Maide 5/119, En’âm 6/16, Tevbe 9/72, 100, Mü’min 40/9, Hadid 57/12, Saf 61/10-13.

[49] Ali İmran 3/133, Hədid 57/21.

[50] Furqan 25/11-16, Muhamməd 47/15.

[51] İsra 17/60, Duhan 44/43-46, Vaqiə 56/51-52.

[52] “Fitnə” qızılı çirkabından ayırmaq üçün oda atmaqdır (Müfradat). Quranda bu söz sınaq (Əraf 7/155), aldatma (Əraf 7/27), cəhənnəm odu (Zariyat 51/10-14) və müharibə (Bəqərə 2/216) mənalarına gəlir.

[53] Vaqiə 56/53-55, Gaşiyə 88/5.

[54] Bəqərə 2/170, Maidə 5/104, Əraf 7/28, Zuxruf 43/22-24.

[55] Şuəra 26/208, Fatır 35/24.

[56] Yunus 10/73, Şuəra 26/173, Nəml 27/58, Saffat 37/177.

[57] “Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələr” – deyə tərcümə etdiyimiz “muhlas” qavramı ilə əlaqəli ətraflı məlumat üçün baxın: Zümər 39/2-3.

[58] Enbiya 21/76, Şuara 26/117-118, Kamer 54/10, Nuh 71/26-28.

[59] Nuh qissəsi haqqında ətraflı məlumat üçün baxın: Əraf 7/59-64, Yunus 10/71-73, Hud 11/25-48, Muminun 23/23-30, Şuara 26/105122, Qəmərr 54/9-16, Nuh 71/1-28.

[60] Əraf 7/64, Yunus 10/73, Ənbiya 21/76, Şuəra 26/119.

[61] Bütün bəşəriyyət Nuhdan (əleyhissalam) və onunla birlikdə gəmiyə minənlərdən (İsra 17:3) törəmişdir. Bütün peyğəmbərlər də Nuhdan (əleyhissalam) və onunla birlikdə gəmiyə minənlərdən törəmişdir (Ənam 6/84, Məryəm 19/58, Hədid 57/26).

[62] Əraf 7/64, Yunus 10/73, Ənbiya 21/77, Furqan 25/37, Şuəra 26/120.

[63] İbrahim əleyhissəlam, Nuh əleyhissəlamın nəslindəndir (Ali İmran 3/33-34).

[64] Nahl 16/120.

[65] Məryəm 19/41-42, Ənbiya 21/52, Şuəra 26/69-70.

[66] Ənkebut 29/17.

[67] Ənam 6/75-81.

[68] Həmin gün onlar üçün bir toplanma günü idi. Bir yerə toplaşdılar, yemək gətirdilər və bütlərin qarşısına qoyub xeyir-dua verdilər (Saffat 37/91). Ulduzlara ibadət etdilər. Allah İbrahimə (əleyhissalam) bu inancın səhv olduğunu göstərmişdi. Sonra onları hər cür xəbərdar etmişdi (Ənam 6/75-82). Yola gəlməyəcəklərini gəlməyəcəklərini anladıqda, bütlərini məhv etmək qərarına gəldi. Onları dağıtmaq üçün bir hiylə qurdu; tanrı hesab etdikləri ulduzlara baxaraq dedi: “Xəstəyəm!” Ulduzların onu vurduğuna inanaraq gətirdikləri yeməkləri qoyub qaçdılar. Hamısı getdikdən sonra o, bütlərə etmək istədiyini etdi (Ənbiya 21/57-70).

[69] İbrahim yetkinlik yaşına çatanda atasını bütlərə ibadət etməmək barədə xəbərdar etdi, lakin planetlər, ay və günəş haqqında: “Bu mənim rəbbimdir” dedi. Onun bu münasibəti ulduzların həmin cəmiyyətdə tanrı hesab edildiyinin sübutudur. Müşahidələri vasitəsilə onların da rəbb ola bilməyəcəyini başa düşdükdə, yalnız Allaha üz tutdu və xalqının inancına qarşı çıxdı (Ənam 6:74-81). O, onların bütlərinə oyun qurmaq istədi; toplaşan insanların qarşısında ulduzlara baxıb “Xəstəyəm” dedikdə, insanlar ondan üz döndərdilər. Bu, onların İbrahimi ulduzların vurduğu qənaətinə gəldiklərinin göstəricisi olmalıdır. O da bundan istifadə etdi və onların bütlərini məhv etdi (Ənbiya 21/57-58).

[70] Ənbiya 21/59-62.

[71] Ənbiya 21/66-67.

[72] Ənbiya 21/68.

[73] Ənbiya 21/69-70.

[74] Ənbiya 21:71, Ənkəbut 29:26, Zuxruf 43:27. Bu əmr həmçinin Tövratın Yaradılış 12/1-3 bölümlərinə də keçər.

[75] İbrahim əleyhisssəlam oğlu İsmayılla birlikdə Kəbəni köhnə təməlləri üzərində yenidən tikmişdir (Quran 2:127), lakin onun oğlu İshaqla birlikdə etdiyi hər hansı bir şeydən bəhs edən bir ayə yoxdur.

[76] İsmayıl (əleyhissalam) atasına verdiyi sözə tərəddüdsüz əməl etdiyi üçün ona “doğru danışan” (Sadiq əl-Vəd) deyildi (Məryəm 19/54).

[77] Bəqərə 2/124.

[78] Şuəra 26/84.

[79] Məryəm 19/50.

[80] Ənam 6/84, Hud 11/71, Məryəm 19/49, Ənbiya 21/72, Ənkəbut 29/27.

[81] Ayədə keçən “hər ikisinin nəsli” ifadəsi “İsmayıl və İshaqın nəslindən” mənasındadır.

[82] Bəqərə 2/124.

[83] Ta-hə 20/37-40.

[84] Onlar Fironun zülmündən xilas oldular (Bəqərə 2:49-50, 44:30-31).

[85] Qəsas 28/35.

[86] Ənbiya 21/48, Müminun 23/45, Furqan 25/35.

[87] Ənam 6/84.

[88] Ənam 6/85.

[89] Daha əvvəllər Nuh (Şuəra 26/106), Hud (Şüəra26:124), Saleh (26/142), Lut (26/161) və Şuayb (26/177) aleyhissəlam da öz xalqını bənzər şəkildə xəbərdar etmişdilər.

[90] “Baal” Tövratda xatırlanan bir bütdür. Uqarit mətnlərinə görə, Baal Kənan torpağında bərəkət və bol məhsul gətirmək üçün çağırılan bütlərdən biri idi. İsraillilər Misirdən çıxıb Kənan torpağına girəndə bu bütə ibadət etməyə başladılar. Bu barədə peyğəmbərləri tərəfindən xəbərdarlıq edilmişdi (Bax: Hakimlər 2:1-13; 3:1-6; 8:29-35; 1 Krallar 18:1-40; 2 Krallar 1:1-18; Hoşea 9:10; 11:1-2; 13:1-3; 14:1-3; 4-9). Ən böyük mübarizəni İlyas aparmışdı (1 Krallar 18:1-40).

[91] Bənzər ifadələr üçün bax: Şuara 26/26, Duhan 44/8.

[92] “Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələri” – deyə məal verdiyimiz “muxlas” ifadəsi üçün baxın: Saffat 37/40.

[93] Ayədə “İlyasin” sözü İlyas əleyhissalamı göstərir. Bu söz cəm ifadə, ayələrin konteksti və əvəzliklərin təkil ifadəsi İlyasdan başqasına istinad etməyi qeyri-mümkün edir. Eyni hal Seyna (Muminun 23/20) və Sinin (Tin 95/2) kəlmələrndə də vardır.

[94] Şuəra 26/160-175.

[95] Əraf 7/83, Hicr 15/59, Ənbiya 21/74, Şuara 26/170, Ənkəbut 29/32-33.

[96] “Qalıntıları qalacaq olanlar” – deyə məal verdiyimiz kəlmə “ğabir” (غابر) dir. Bu söz, Lutun arvadı və digər vulkan külləri altında qalan inanmayanlarla ilə bağlı və cəmi yeddi ayədə keçir (Əraf 7/83, Hicr 15/60, Şuara 26/171, Neml 27/57, Ənkəbut 29/32-33). Quranda vulkan püskürməsindən həlak olan digər qrup Fil Əhlidir. Orada “ğabir” əvəzinə “içi yeyilmiş bitki qabığı” ​​sözü istifadə olunur (Fil 105/5). Bu, vulkan külü altında basdırılan cəsədlərin içinin məhv olduğunu, yalnız xarici hissəsinin qaldığını göstərir.

[97] Tövratın Yaradılış kitabının 19-cu fəslində Lut peyğəmbərin qövmünün kükürd və od yağışı ilə məhv edilməsi təsvir olunur. Orada Lutun arvadının duza çevrildiyi qeyd olunur.

[98] Şuara 26/172.

[99] Hicr 15/75-76.

[100] Ənam 6/86.

[101] Tövratın Yunus kitabının birinci fəslinə görə, Yunus peyğəmbərin vəzifəsindən qaçmaq üçün mindiyi gəmi şiddətli bir fırtınaya uğrayır. Dənizçilər yüklü gəmini yüngülləşdirmək və tanrılarına dua etmək üçün yükü dənizə atmağa başlayırlar. Bu fəlakətin səbəbkarını müəyyən etmək üçün püşk atmağa qərar verirlər və püşk Yunus peyğəmbərin üzərinə düşür. Yunus dənizə atıldıqda fırtına sakitləşir.

[102] Yalnız bir balina növü Yunus əleyhissəlamı ağzında diri saxlaya bilərdi. Balinalar ağız quruluşuna görə iki kateqoriyaya bölünür: dişli və dişsiz. Dişsiz balina növlərinin ağızları 50-400 ayaq üstə duran insanı yerləşdirə biləcək qədər böyükdür; lakin, boğazlarının və mədə dəliklərinin diametri cəmi 10-15 sm-dir və bu da onların insanı bütöv şəkildə udmasını qeyri-mümkün edir. Balinalar yeməyini çeynəmədən bütöv şəkildə udurlar. Onlar uzun müddət ağızlarında çoxlu miqdarda qida saxlaya bilirlər və yüksək yağ tərkibi sayəsində həftələrlə və ya aylarla qidasız yaşaya bilirlər. İnsanlardan fərqli olaraq, onların ağızlarında həzm fermentləri yoxdur; lakin, ağızlarında olan dəniz bakteriyaları və mikroorqanizmləri insanlarda yumşaq toxumaların ölümünə və ya zəhərlənməyə səbəb olacaq infeksiyalara səbəb ola bilər. Buna görə də, balina Yunusu ağzına götürəndə, o, balinanın ağzında qalmış, təmasda olduğu mikroorqanizmlər səbəbindən xəstəliyə yoluxmuş, yorulub bitab düşmüş və sonra sahilə atılmış olmalıdır (Saffat 37/145).

[103] “Loxmanı ağzına aldı” anlamına gələn “iltekame” (“ألتقم”) (Lisan’ul-ərəb) kəlməsi keçdiyi üçün məalda “balıq onu ağzına aldı” deyilmişdir.

[104] Qələm 68/48.

[105] Balıq Yunus peyğəmbəri ağzına almışdı, amma o, balığın ağzında olduğunu bilmirdi; qaranlıq və mağara kimi bir yerə girdiyini düşünürdü. Bu halda ikən özünü günahlandırıb tövbə edir və bağışlanması üçün Allaha yalvarırdı. (Nisa 4/17-18, Ənbiya 21/87-88).

[106] Özünü danladığı əsnada gəmidən atılan Yunus, özünü qaranlıq bir yerdə gördü. Lakin o, böyük bir balığın ağzına alınmışdı. (Ənbiya 21/87). Tövratda, Yunus 1/17 bölümündə Yunusun üç gün və üç gecə balığın içində qaldığı bildirilir.

[107] Ənbiya 21/88. Eyni hadisə Tövrat / Yunus 2:10 bölümündə təsvir olunur.

[108] Qələm 68/50. Tövrat/ Yunus 3:1-2 bölümündə bu şəhər Ninovadır və o qədər böyük idi ki, onu yalnız üç günə gəzib qurtarmaq mümkün idi. Ninovanın o dövrdə Aşşur imperiyasının paytaxtı olduğu qeyd olunur.

[109] Bunlar Yunus peyğəmbərin xalqı idi. Onlar tövbə etdilər, ona iman gətirdilər və həlak olmaqdan xilas oldular (Yunus 10:98).

[110] Ənam 6/100, Nahl 16/57, İsra 17/40, Zuxruf 43/16, Tur 52/39, Nəcm 53/21.

[111] Nisa 4/117, Zuxruf 43/19, Nəcm 53/27-28.

[112] Məryəm 19/89.

[113]  Bəqərə 2/116, Yunus 10/68, Kəhf 18/4, Məryəm 19/88-93, Ənbiya 21/26.

[114] Nahl 16/17, Müminun 23/85.

[115] Kəhf 18/5.

[116] Burada “cinlər” ifadəsi mələklərə aiddir. Çünki onlara görə Allahla nəsil əlaqəsi olan yeganə varlıqlar mələklərdir (İsra 17/40, Nəcm 53/19-23).

[117] Zariyat 51/56.

[118] Mələkləri Allahın hüzuruna gətirəcək olanlar onların əməllərini  yazan başqa mələklər. Onlar özlərinə tapşırılan şəxsə yaxınlaşırlar; biri onları məhkəmə yerinə aparır, digəri isə əməl dəftərini daşıyır. Məhkəmə yerində hamısı birlikdə növbə gözləyir (Qaf 50/17-27, Nəbə 78/38). Bu müddət ərzində müşriklər müşrik olmadıqlarına and içirlər (Ənam 6/23), münafiqlər isə müsəlmanları aldatdıqları kimi Allahı da aldada biləcəklərini düşünərək münafiq olmadıqlarına and içirlər (Bəqərə 2/9, 75-77) (Mücadilə 58/18). Bütün günahkarlar yalan danışırlar və deyirlər: “Biz dünyada yalnız qısa bir müddət qaldıq” (Rum 30/55). Növbələri çatanda və günahlarının qeydlərini gördükdə qorxudan titrəyirlər və bütün böyük və kiçik günahlarını etiraf edirlər (Kəhf 18/49).

[119] Ənam 6/100, Müminun 23/91, Saffat 37/180, Zuxruf 43/81-82.

[120] “Allahın saf dininə bağlılığı təsdiqlənmiş bəndələr” – deyə tərcümə etdiyimiz “muhlas” qavramı ilə əlaqəli baxın: Zümər 39/2-3.

[121] Saffat 37/30.

[122] Nəbə 78/38.

[123] Ənam 6/155-157, Fatır 35/42.

[124] “Allahın dininə bir şey qatmadığı təsdiqlənmiş bəndələr” – deyə tərcümə etdiyimiz “muhlas” qavramı ilə əlaqəli baxın: Zümər 39/2-3.

[125] Hicr 15/3, Mümin 40/70, Zuxruf 43/89.

[126] Yunus 10/103, Rum 30/47, Mümin 40/51, Mücadələ 58/21.

[127] Maide 5/56.

[128] Saffat 37/178, Zariyat 51/54, Qələm 54/6.

[129] Saffat 37/179, Qələm 68/5.

[130] Yunus 10/50, Şuəra 26/204.

[131] Saffat 37/73.

[132] Saffat 37/174, Zariyat 51/54, Qəmər 54/6.

[133] Saffat 37/175, Qələm 68/5.

[134] Yunus 10/65, Fatır 35/10, Münafiqun 63/8.

[135] Saffat 37/159.

[136] Nəml 27/59.

[137] Fatiha 1/2, Ənam 6/1, Qasas 28/70, Rum 30/18, Səbə 34/1, Fatır 35/1, Təğabun 64/1.