Müsəlmanlar

Sidik qaçıran biri dəstəmaz və namaz məsələsində necə davranmalıdır?

Sual: Mənim orqanımdan özümdən asılı olmadan sidik qaçır. Dəstəmazımı saxlaya bilmirəm. Bəzi hallarda namazda belə bu axıntı davam edir. Mən namazımı necə qılım?

Cavab: Sidik qaçırma, hər hansı bir axıntı və yellənmə xəstəliyi olanlar, namaz vaxtı çatanda dəstəmazını alıb namazlarını qılsınlar. O arada istəyir sidik qaçsın, istəyir qaz çıxsın namazını bitirsin. Bəzi din xadimləri, bu kimi hallarda insanın paltarı natəmiz olduğu üçün onu da dəyişsin deyirlər. Onların bu dedikləri, insanları çətinliyə sövq edir. Siz, onların bu kimi fətvalarına etibar etməyin.

Dinimizdə belə bir qaidə vardır: “Məcburiyyətlər, qadağaları ortadan qaldırır.” Bu kimi hallar da məcburiyyətdən qaynaqlanır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6522.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7302.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.